Инструкция стиральная машина Бирюса WM-SM510/04

Страница 167 (стр. 167 из 193)

Бренд: Wm-Sm510/04

Страница 167 документа Стиральная машина Бирюса WM-SM510/04. Раздел: Стиральные машины. Бренд: Wm-Sm510/04.

Текст страницы

Biryusa WM-SL1214/15

• İlkin yuma (Предварительная стирка): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların
yuyulması üçün işə salmaq tövsiyə olunur. Köhnə və hopmuş çirki təmizləməyə imkan verir.

Paltaryuyan
maşının
funksiyaları

• İslatma (Замачивание): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların yuyulması üçün işə
salmaq tövsiyə olunur. Bu funksiya işə düşdükdə lazımi miqdarda su yığıldıqdan sonra və yuma
başlamadan qabaq bir neçə dəqiqəlik pauza yerinə yetirilir.

• Qırışsız (Без складок): bu funksiya yuma prosesində sıxmadan sonra barabanın yavaş
fırlanmasının köməyi ilə geyimlərin çox qırışmasının qarşısını alır.

• Mənim dövrəm (Мой цикл): dövrənin parametrlərini maşının yaddaşına yazmaq üçün
dəyişdiricini istənilən rejimə keçirmə və lazımi parametrləri (temperaturu, sıxma sürətini), eləcə
də yuma funksiyalarını seçmək lazımdır. Bundan sonra «Mənim dövrəm» düyməsini basaraq
səsli siqnal əmələ gələnədək 3 saniyə saxlamaq lazımdır.
Maşını daha öncə seçilmiş rejimdə işə salmaq üçün «Mənim dövrəm» düyməsinə bir dəfə
basmaq, bundan sonra «Start/Pauza» düyməsinə basmaq lazımdır.

• Təxirəsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrəsinin başa çatacağı vaxtı
təyin etmək imkanı verir. Müvafiq düyməyə ardıcıl basdıqda yuma dövrəsinin başa çatmasına
qalan vaxt dəyişir. Displeydə seçilmiş vaxt əks olunur. Yumanın başa çatmasına qalmış vaxt
1 saat addımla 3 saatdan 19 saatadək diapazonda təyin edilə bilər. Funksiya yuma rejimi və
funksiyaları seçildikdən sonra işə salına bilər.

AZƏRBAYCAN

• Yuma prosesində geyimlərin əlavə edilməsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesində barabana əlavə etməyə imkan verir. Bunun üçün dövrəni işə salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyədən sonra qapının kilidlənməsi indikatoru
sönəcək. Bu o deməkdir ki, qapını açıb geyimləri barabana əlavə etmək olar. Geyimləri əlavə
etdikdən sonra yuma dövrəsini davam etmək üçün qapını bağlayıb «Start/Pauza» düyməsinə
basmaq lazımdır.
Qapının kilidlənməsi indikatoru sönmürsə və qapı açılmırsa, dövrənin həmin anında geyimlərin
əlavə edilməsi, məsələn, temperaturun və yaxud barabanda su səviyyəsinin olduqca yüksək
olması səbəbi ilə mümkün deyil.

• Səsli siqnalın söndürülməsi (Отключение звукового сигнала): maşını işə saldıqdan
sonra səsli siqnalın söndürülməsi üçün «İlkin yuma» düyməsini basıb 3 saniyə saxlayın. Səsli
siqnalizasiyanın bərpası üçün hərəkəti təkrar edin.

• Uşaqlardan kilidləmə (Блокировка от детей): uşaqların təsadüfən sazlamaları
dəyişməsinin qarşısını almaq üçün rejimlərin dəyişdiricisi kilidlənməsinin və «Start/Pauza»
düyməsinin işə salmaq üçün nəzərdə tutulub. Bu funksiyanı işə salmaq üçün yuma dövrəsi
zamanı «Təxirəsalınmış start» düyməsini basıb 3 saniyə saxlamaq lazımdır. Bundan sonra
uşaqlardan kilidləmə indikatoru yanmağa başlayır, displeydə «CL» indikasiyası əks olunur.
Kilidləməni söndürmək üçün göstərilən düymələri ən az 3 saniyə basıb saxlamaq lazımdır.

166

Оглавление

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.