Инструкция стиральная машина Бирюса WM-SM510/04

Страница 175 (стр. 175 из 193)

Бренд: Wm-Sm510/04

Страница 175 документа Стиральная машина Бирюса WM-SM510/04. Раздел: Стиральные машины. Бренд: Wm-Sm510/04.

Текст страницы

Biryusa WM-SM510/04

• Tez yuma 42 dəq. (Быстрая 42 мин): bu rejim 20°С temperaturda istənilən növ parçaları
yuma rejimidir, az çirklənmiş əşyaların gündəlik yuyulması üçün nəzərdə tutulub.
Paltaryuyan
maşının iş
rejimləri

• İdman (Спортивная): bu rejim idman geyimləri və ayaqqabılarının aşağı temperaturda
yuyulması üçün nəzərdə tutulub. İdman ayaqqabılarının yuyulması zamanı bir dəfəyə iki cüt
ayaqqabıdan artıq yuyulması tövsiyə olunmur.

• Həcmli əşyalar (Объемные вещи): qalın, böyük ölçülü məmulatların, məsələn üst geyimlərin
yuyulması üçün rejim. Yuma başlamadan öncə geyimləri barabanda bərabər yerləşdirmək
tövsiyə olunur.

• Yun (Шерсть): bu rejim yalnız istehsalçının maşında yuma nəzərdə tutduğu yun və yarıyun
məmulatların yuyulması üçün nəzərdə tutulub. Məmulatın etiketində yolverilən temperatur
rejiminə dair məlumatları diqqətlə oxumaq lazımdır. Yun məmulatlar üçün xüsusi yuyucu
vasitələrdən istifadə etmək tövsiyə olunur.

• Barabanın təmizlənməsi (Очистка барабана): rejim maşının barabanının yüksək
temperaturda böyük miqdarda su ilə təmizlənməsi və sterilləşdirilməsi üçün nəzərdə tutulub.
Bu rejim geyimlərin yuyulması üçün nəzərdə tutulmayıb. Ən yaxşı nəticəyə nail olmaq üçün az
miqdarda yuyucu vasitə əlavə etmək tövsiyə olunur.

Paltaryuyan
maşının
funksiyaları

• Təxirəsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrəsinin başa çatacağı vaxtı
təyin etmək imkanı verir. «4» düyməsinə basdıqda yumanın bitmə vaxtı arasında keçid baş verir
və seçilmiş vaxta müvafiq indikator yanmağa başlayır. Vaxtı 12 saat seçdikdə eyni anda «3 saat»
və «9 saat» indikatorları yanmağa başlayır. Vaxtı 15 saat seçdikdə eyni anda «6 saat» və «9
saat» indikatorları yanmağa başlayır. Vaxtı 18 saat seçdikdə eyni anda «3 saat», «6 saat» və «9
saat» indikatorları yanmağa başlayır. Funksiya yuma rejimi və funksiyaları seçildikdən sonra işə
salına bilər.

AZƏRBAYCAN

• Yuma prosesində geyimlərin əlavə edilməsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesində barabana əlavə etməyə imkan verir. Bunun üçün dövrəni işə salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyədən sonra qapının kilidlənməsi indikatoru
sönəcək. Bu o deməkdir ki, qapını açıb geyimləri barabana əlavə etmək olar. Geyimləri əlavə
etdikdən sonra yuma dövrəsini davam etmək üçün qapını bağlayıb «Start/Pauza» düyməsinə
basmaq lazımdır.
Qapının kilidlənməsi indikatoru sönmürsə və qapı açılmırsa, dövrənin həmin anında geyimlərin
əlavə edilməsi, məsələn, temperaturun və yaxud barabanda su səviyyəsinin olduqca yüksək
olması səbəbi ilə mümkün deyil.

• İslatma (Замачивание): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların yuyulması üçün
işə salmaq tövsiyə olunur. Bu funksiya işə düşdükdə lazımi miqdarda su yığıldıqdan sonra və
yuma başlamadan qabaq bir neçə dəqiqəlik pauza yerinə yetirilir. Bu funksiyanı işə salmaq üçün
«Təxirəsalınmış start» düyməsini 3 saniyə ərzində basıb saxlamaq lazımdır, bundan sonra
indikator «11» yanmağa başlayacaq. Kilidləməni söndürmək üçün göstərilən hərəkətləri təkrar
etmək lazımdır.

• Uşaqlardan kilidləmə (Блокировка от детей): uşaqların təsadüfən sazlamaları dəyişməsinin
qarşısını almaq üçün rejimlərin dəyişdiricisi kilidlənməsinin və «Start/Pauza» düyməsinin işə
salmaq üçün nəzərdə tutulub. Funksiyanı işə salmaq üçün «Temperatur» düyməsini basıb
3 saniyə saxlamaq lazımdır. Bundan sonra indikator «12» yanmağa başlayır. Kilidləməni
söndürmək üçün göstərilən hərəkətləri təkrar etmək lazımdır.

174

Оглавление

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.