Текст страницы
Biryusa WMD-SM914/05
• İlkin yuma (Предварительная стирка): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların
yuyulması üçün işə salmaq tövsiyə olunur. Köhnə və hopmuş çirki təmizləməyə imkan verir.
Paltaryuma-
qurutma
maşınının
funksiyaları
• İslatma (Замачивание): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların yuyulması üçün işə
salmaq tövsiyə olunur. Bu funksiya işə düşdükdə lazımi miqdarda su yığıldıqdan sonra və yuma
başlamadan qabaq bir neçə dəqiqəlik pauza yerinə yetirilir.
• Qırışsız (Без складок): bu funksiya yuma prosesində sıxmadan sonra barabanın yavaş
fırlanmasının köməyi ilə geyimlərin çox qırışmasının qarşısını alır.
• Mənim dövrəm (Мой цикл): dövrənin parametrlərini maşının yaddaşına yazmaq üçün
dəyişdiricini istənilən rejimə keçirmə və lazımi parametrləri (temperaturu, sıxma sürətini), eləcə
də yuma funksiyalarını seçmək lazımdır. Bundan sonra «Mənim dövrəm» düyməsini basaraq
səsli siqnal əmələ gələnədək 3 saniyə saxlamaq lazımdır.
Maşını daha öncə seçilmiş rejimdə işə salmaq üçün «Mənim dövrəm» düyməsinə bir dəfə
basmaq, bundan sonra «Start/Pauza» düyməsinə basmaq lazımdır.
• Təxirəsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrəsinin başa çatacağı vaxtı
təyin etmək imkanı verir. Müvafiq düyməyə ardıcıl basdıqda yuma dövrəsinin başa çatmasına
qalan vaxt dəyişir. Displeydə seçilmiş vaxt əks olunur. Yumanın başa çatmasına qalmış vaxt
1 saat addımla 3 saatdan 19 saatadək diapazonda təyin edilə bilər. Funksiya yuma rejimi və
funksiyaları seçildikdən sonra işə salına bilər.
AZƏRBAYCAN
• Yuma prosesində geyimlərin əlavə edilməsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesində barabana əlavə etməyə imkan verir. Bunun üçün dövrəni işə salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyədən sonra qapının kilidlənməsi indikatoru
sönəcək. Bu o deməkdir ki, qapını açıb geyimləri barabana əlavə etmək olar. Geyimləri əlavə
etdikdən sonra yuma dövrəsini davam etmək üçün qapını bağlayıb «Start/Pauza» düyməsinə
basmaq lazımdır.
Qapının kilidlənməsi indikatoru sönmürsə və qapı açılmırsa, dövrənin həmin anında geyimlərin
əlavə edilməsi, məsələn, temperaturun və yaxud barabanda su səviyyəsinin olduqca yüksək
olması səbəbi ilə mümkün deyil.
• Səsli siqnalın söndürülməsi (Отключение звукового сигнала): maşını işə saldıqdan
sonra səsli siqnalın söndürülməsi üçün «İlkin yuma» düyməsini basıb 3 saniyə saxlayın. Səsli
siqnalizasiyanın bərpası üçün hərəkəti təkrar edin.
• Uşaqlardan kilidləmə (Блокировка от детей): uşaqların təsadüfən sazlamaları
dəyişməsinin qarşısını almaq üçün rejimlərin dəyişdiricisi kilidlənməsinin və «Start/Pauza»
düyməsinin işə salmaq üçün nəzərdə tutulub. Bu funksiyanı işə salmaq üçün yuma dövrəsi
zamanı «Təxirəsalınmış start» düyməsini basıb 3 saniyə saxlamaq lazımdır. Bundan sonra
uşaqlardan kilidləmə indikatoru yanmağa başlayır, displeydə «CL» indikasiyası əks olunur.
Kilidləməni söndürmək üçün göstərilən düymələri ən az 3 saniyə basıb saxlamaq lazımdır.
• Qurutma (əlavə funksiya) (Сушка (доп. функция)): bu funksiya əsas yuma dövrəsi
bitdikdən sonra geyimləri qurutma dövrəsinin əlavə edilməsi üçün nəzərdə tutulub. «Qurutma»
düyməsinə ardıcıl basmaqla əlavə quruma parametrlərinin dəyişməsi baş verir, müvafqi
indikatorlar yanmağa başlayır:
- Standart qurutma temperaturu (Стандартная) – pambıq, xüsusi qulluq tələb olunmayan
parçalardan olan məmulatlar.
- Aşağı qurutma temperaturu (Низкая) – sintetik və delikat parçalardan olan məmulatlar üçün,
qurutma vaxtı uzadılıb.
- Taymer (Таймер) – qurutma vaxtının seçilməsi (müddət həmçinin «Qurutma» düyməsinə
ardıcıl basmaqla təyin olunur). Seçilmiş qurutma vaxtı displeydə əks olunur
- Ütüləmə (Глаженье) - sonradan ütülənəcək məmulatların qısamüddətli qurudulması.
- Yüksək qurutma temperaturu (Высокая) - yüksək temperaturun uzunmüddətli təsirinə
davamlı olan yüksək qalınlığı olan məmularlar üçün nəzərdə tutulub.
178