Текст страницы
NƏQLETMƏ VƏ SAXLAMA
• Maşını şaquli vəziyyətdə möhkəm bərkidərək bütün qapalı nəqliyyat növləri ilə nəql etməyə yol
verilir.
• Nəqletmə ilə bağlı işlərdən öncə paltaryuyan maşını elektrik şəbəkədən ayırmaq lazımdır.
• Nəqletmədən öncə kilidləmə boltları və nəqletmə zamanı maşını qoruyacaq qurğuları
quraşdırmaq lazımdır.
• Nəqletmə və yerdəyişmə zamanı maşının qapısı kip bağlanmalıdır.
DİQQƏT!
• Paltaryuyan maşın yalnız şaquli vəziyyətdə nəql edilməlidir!
• Maşının quraşdırılmış nəqletmə boltları olmadan nəqli yolverilməzdir! Nəqletmə
boltlarının quraşdırılması yalnız ixtisaslaşmış heyət tərəfindən icra edilməlidir!
• Qablaşdırılmış paltaryuyan maşın təbii havalandırması olan və nisbi nəmliyi 80%-dən çox
olmayan qapalı yerlərdə saxlanmalıdır.
• Maşın uzun müddət istifadə edilmədikdə və ya qızdırılmayan yerdə saxlanıldıqda, maşından
suyu tam axıtmaq lazımdır («Suaxıtma nasosunun filtrinin təmizlənməsi» bəndinə bax, suyun
axıdılması zamanı maşını aşağı əymək lazımdır).
UTİLİZASİYA
• Müəyyən edilmiş istismar müddəti bitdikdən sonra istehsalçı paltaryuyan maşının təhlükəsiz
istismarına görə məsuliyyət daşımır.
• Paltaryuyan maşın yerli idarəetmə orqanları tərəfindən müəyyən edilmiş elektrik və
elektron avadanlığın utilizasiyası qaydalarına uyğun olaraq utilizasiya edilməlidir. Maşının
utilizasiyasından öncə elektrik qidalanma şnurunu kəsərək onu yararsız hala gətirmək lazımdır.
• Qablaşdırma materialları yerli qaydalara uyğun olaraq emal edilməli və təkrar istifadə
edilməlidir.
AZƏRBAYCAN
178