Текст страницы
Zəmanət kartı
Hörmətli Alıcı!
«Biryusa» ticarət markasının məhsullarını seçdiyiniz üçün təşəkkür edirik!
AZƏRBAYCAN
Zəmanət şərtləri:
İstehsalçı-zavodun zəmanət öhdəlikləri Rusiya Federasiyasının mövcud qanunvericiliyi əsasında hazırlanmışdır.
«Biryusa» məişət avtomat paltaryuma-qurutma maşınları üçün zəmanət müddəti 2 ildir.
Zəmanət müddəti ərzində cihazda nasazlıq aşkar edildiyi təqdirdə, istehsalçı (satıcı) «İstehlakçı hüquqlarının
müdafiəsi haqqında» Rusiya Federasiyasının Qanunu ilə nəzərdə tutulmuş istehlakçının tələblərini ödəməyi
öhdəsinə götürür.
Anlaşılmazlıqlara yol verməmək üçün sizdən xahiş edirik ki, məhsulların istismarı və saxlanması qaydalarını və
şərtlərini, zəmanət şərtlərini diqqətlə öyrənin, həmçinin zəmanət talonunun düzgün doldurulmasını yoxlayın.
Zəmanət kartı o halda etibarlı sayılır ki, məhsulun modeli, seriya nömrəsi, istehsal və satış tarixi, satıcı
şirkətin aydın möhürləri və alıcının imzası düzgün və aydın göstərilsin. Məhsulun seriya nömrəsi və
modeli zəmanət talonunda göstərilənlərə uyğun olmalıdır.
Zəmanət xidmətinin müddəti cihazın satıldığı tarixdən hesablanır. Satış tarixini müəyyən etmək mümkün
olmadıqda, Rusiya Federasiyasının «İstehlakçı hüquqlarının müdafiəsi haqqında» Qanununa uyğun olaraq,
zəmanət müddəti məhsulun istehsal edildiyi tarixdən hesablanır. Zəmanət təmiri zamanı məhsulun alınma
tarixinin təsdiqi və ya Rusiya Federasiyasının «İstehlakçı hüquqlarının müdafiəsi haqqında» Qanununda
nəzərdə tutulmuş digər tələblərin irəli sürülməsi üçün sizdən xahiş edirik ki, müşayiətedici sənədləri (çek, qəbz,
düzgün və aydın şəkildə doldurulmuş zəmanət talonu, satınalma tarixini və yerini təsdiq edən digər sənədlər)
özünüzdə saxlayasınız. Məhsulun keyfiyyəti ilə bağlı hər hansı narazılıqlara yalnız məhsulun keyfiyyətinin ilkin
yoxlanılmasından sonra «Biryusa» səlahiyyətli xidmət mərkəzinin nümayəndəsi tərəfindən baxılır.
DİQQƏT! Cihazı alarkən satıcı ilə birlikdə onun işləmə qabiliyyətini, təlimat kitabçasında göstərilən
komplektliyini və mexaniki zədələrin olmamasını yoxlayın. İstehsalçı-zavod istehlakçıya verildikdən təhvil
verildikdən sonra baş verən cihazın mexaniki zədələnməsinə və onun natamamlığına görə məsuliyyət
daşımır.
Cihazın təmiri istismar olunduğu yerdə və ya zəmanət emalatxanasında həyata keçirilir. Cihazın təmiri,
dəyişdirilməsi və istehlakçıya qaytarılması üçün zəmanət emalatxanasına çatdırılması satıcının (istehsalçının) və
ya onunla bağlanmış müqavilə əsasında satıcının (istehsalçının) funksiyalarını yerinə yetirən təşkilatın qüvvəsi və
vəsaiti hesabına həyata keçirilir.
№1, №2, №3 və №4 zəmanətli təmir talonları zəmanət müddəti ərzində detalları və hissələri dəyişdirməklə
təmir başa çatdıqdan sonra, o cümlədən zəmanət müddəti ərzində detalları və hissələri dəyişdirmədən cihazın
sazlanması və texniki xidmət göstərilməsi üzrə işlərin aparılması zamanı mexanik tərəfindən geri götürülür.
Talonlar zəmanət emalatxanasının mexaniki tərəfindən götürüldükdə talon kötüyündə məlumatların
qeyd edilməsini tələb edin.
ZƏMANƏTLİ XİDMƏT AŞAĞIDAKI HALLARDA TƏTBİQ EDİLMİR:
istehlakçının istismar üzrə təlimat kitabçasında nəzərdə tutulan nəqletmə, saxlama, quraşdırma, qulluq
qaydalarına, təhlükəsizlik və istismar tələblərinə riayət etməməsi zamanı;
təmiri istehsalçı müəssisə tərəfindən zəmanət xidmətini icra etmək səlahiyyəti verilməyən şəxslərin aparması
zamanı;
ekstremal şərait və ya fors-major (yanğın, təbii fəlakət və s.) hallar nəticəsində yaranan nasazlıqlar zamanı;
ev həşəratlarının və gəmiricilərin hərəkətləri, digər kənar amillərin təsiri,habelə istismar üzrə təlimatda
göstərilən texniki tələblərin əhəmiyyətli dərəcədə pozulması, o cümlədən elektrik şəbəkəsinin ilə müəyyən edilmiş
parametrlərinin qeyri-sabitliyi ilə əlaqədar zədələndikdə və ya normal fəaliyyəti pozulduqda.
Siz səlahiyyətli servis mərkəzlərinin telefonları və ünvanları haqqında məlumatı www.biryusa.ru saytımızda, və
ya QR kodu skan etməklə tapa bilərsiniz.
182