Инструкция холодильная витрина Бирюса B310PN

Страница 60 (стр. 60 из 77)

Бренд: B310Pn

Страница 60 документа Холодильная витрина Бирюса B310PN. Раздел: Холодильники. Бренд: B310Pn.

Текст страницы

TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

Vitrinin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edin:
• Vitrini elektrik şəbəkəsinə qoşmadan əvvəl taxıclığın saz vəziyyətdə olduğuna və elektrik
qaytaqda və taxıcda zədələrin olmadığına əmin olun.
• Elektrik qaytaqda zədələnmə olduqda, elektrik cərəyan ilə zədələnmə təhlükəsinin qarşısını
almaq üçün elektrik qaytaq servis mərkəzinin mütəxəssisi və ya analoji ixtisaslaşmış heyət
tərəfindən dəyişdirilməlidir.
• Vitrinin korpusunda cərəyan keçirən hissələrində qısaqapanma əlamətləri olduqda (metal
hissələrə toxunduqda çimdiklənmə), vitrini elektrik şəbəkəsindən ayırın və nasazlığı aradan
qaldırmaq üçün mexanik çağırın.
• Vitrinə və təbii torpaqlamaya malik qurğulara (qaz plitəsi, isitmə radiatorları, su kəməri kranları)
eyni vaxtda toxunmayın.
• Vitrini içəridən və xaricdən təmizləyərkən, vitrin altında döşəmələri yuyarkən və nasazlıqların
aradan qaldırarkən onu elektrik şəbəkəsindən ayırın.

DİQQƏT!

• Bu vitrinlər, fiziki, sinir və ya əqli qüsurlu və ya təcrübə və bilik çatışmazlığı olan insanlar
(uşaqlar da daxil olmaqla) tərəfindən istifadə üçün nəzərdə tutulmayıb, lakin bu cür
şəxslərin təhlükəsizliyinə məsul şəxs tərəfindən bu vitrinin istifadəsinə nəzarət edildiyi və
ya təlimat verildiyi hallar istisnadır!
• Soyuducu sistemin dövrəsinin zədələnməsinə yol verməyin!
• Soyuducu sistemin hermetizasiyası pozulduqda otağı əsaslı surətdə havalandırın vəaçıq
oddan istifadə etməyin!
• Vitrinin havalandırma deliklərini bağlamayın!
• İstehsalçı tərəfindən tövsiyə olunan tipdə olmadıqda, qida saxlama bölmələrinin
içərisində elektrik cihazlarından istifadə etməyin!
• Biryusa 102, 152, 152Р, 154DN, 235DN, 290, 290N, 310, 310N, 310Р, 310PN, 461RN,
461RDN, 461KRDN, 521RN, 521RDN, 521KRDN model vitrinlər tezalışan soyuducu agent
R600а ilə doldurulub, buna görə vitrinin nəqli və quraşdırılması zamanı soyuducu agentin
dövr etdiyi dövrənin elementlərindən heç birinin zədəli olmadığına diqqət edin. Belə
zədələr olduqda, vitrinin olduğu otaq havalandırılanadək açıq oddan və ya digər alışma
mənbələrindən istifadə etmək qadağandır.

AZƏRBAYCAN

Soyuducunun düzgün işləməsi və uzun müddət sizə xidmət etməsi üçün bir sıra məhdudiyyətə
əməl edilməlidir:

QADAĞANDIR!

• Vitrini üfüqi vəziyyətdə nəql etmək, vitrinin qablaşmasının markalanmasında yol verildiyi
hallar istisnadır!
• Vitrini qapısı açıq vəziyyətdə istismar etmək!
• Vitrini qapısı zədəli vəziyyətdə istismar etmək!
• Vitrini atmosfer yağıntılarının, birbaşa günəş şüalarının təsiri altında istismar etmək!
• Vitrini yüksək nəmlik olan otaqlarda (tavan, divarlar və otaqdakı əşyalar nəm ilə
örtülmüşdür), həmçinin elektrik keçirici döşəməsi olan otaqlarda istifadə etmək! Vitrin - ilk
növbədə elektrik cihazdır və onun yüksək nəmlik şəraitində istifadəsi qısa qapanmaya və
ya elektrik cərəyanı vurmasına səbəb ola bilər!
• Vitrini elektrik şəbəkəsinə qoşmaq üçün keçidlik, iki yuvalı keçidlik, üç yuvalı keçidlik və
uzatma qaytaqlarından istifadə etmək, çünki onlar alovlanmaya səbəb ola bilər!
• İş zamanı kompressora toxunmaq, çünki iş zamanı o 90°C temperaturadək qızır!
• Kompressorda ərimiş su üçün nəzərdə tutulan qab olmadıqda vitrini istismar etmək,
çünki kompressor relesinə suyun düşməsi qısaqapanmaya səbəb ola bilər!
• Vitrinin üzərinə alovlanmaya səbəb ola biləcək elektrik qızdırıcılarını quraşdırmaq!
• Vitrinin elektrik sisteminə suyun düşməsinə yol verməmək üçün vitrinin üzərinə içində
maye olan qablar qoymaq!
• Havalandırıcı işləmədiyi halda vitrini istismar etmək!
• Havalandırıcını zədələyəcək hər hansı əşyaları havanın dövranı üçün nəzərdə tutulan
deliyə salmaq!
• Havanın dövranı üçün nəzərdə tutulan deliyin qarşısını məhsullar ilə bağlamaq, eləcə də
məhsulları qoruyucu örtükdən 20 mm az məsafədə yerləşdirmək!
• Vitrinin konstruksiyasına özbaşına dəyişiklik etmək! Bu, vitrinin sınmasına və ya düzgün
işləməməsinə gətirib çıxara bilər. Vitrinin elektrik sxeminin pozulması qısaqapanmaya və,
bunun nəticəsi olaraq, alovlanmaya səbəb ola bilər!
• Vitrini taxta yeşiklər, masalar, stullar, divar oyuqlarında və s. quraşdırmaq.

59

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.