Текст страницы
İSTİSMARA HAZIRLIQ
Qablaşmanın
açılması
Qablaşdırma lentlərini kəsin, qablaşmanı səliqə ilə çıxarın.
Biryusa 102, 154DN termometr ilə:
• Vitrini zədələmədən səliqə ilə arxa divara yerləşdirin.
• 13 nömrəli qayka açarının köməyi ilə taxta altlığın bərkidici boltlarını açın və altlığı çıxarın.
Bundan sonra yivli deliklərə komplektləşməyə daxil olan nizamlayıcı dayaqları burub bağlayın.
Dayaq altıbucaq şəklində yerinə yetirilib və onun burub bağlanması çətindirsə, döndərmək üçün
27 nömrəli açardan istifadə edin.
• Vitrini şaquli vəziyyətdə quraşdırın.
İstismara başlamazdan əvvəl həmçinin vitrinin hissələrindən (işıqdiodlu lampadan, kontrollerin
displeyindən və s.) qoruyucu örtüyünü çıxarmaq lazımdır.
Vitrinin
quraşdırılması
• Vitrinin quraşdırıldığı yerin döşəməsi düz və möhkəm olmalıdır.
• Vitrin birbaşa günəş işığı düşməyən yerdə, maneələrdən və istilik mənbələrindən (işıqlandırıcı
və qızdırıcı cizahlar və s.) ən az 50 sm məsafədə quraşdırılmalıdır.
• Havanın dövr etməsini təmin etmək üçün vitrinin üstündə ən az 10 sm boş yer olmalıdır.
• Yerinin rahat dəyişdirilməsi üçün vitrinlər təkərli dayaqlar ilə təchiz olunub.
• Qapıların öz-özünə bağlanması üçün soyuducunu biraz arxaya əyərək (5-7mm) quraşdırmaq
tövsiyə olunur.
• Ehtiyac olduqda vitrinin qapılarının əks istiqamətdə açılması üçün k qapıların yerini dəyişmək
mümkündür. Qapının yerinin dəyişdirilməsi zəmanət öhdəliklərinə aid deyil və servis mərkəzinin
mexaniki (ayrıca ödəniş ilə) və ya «Qapının yerinin dəyişdirilməsi» fəslində verilmiş təlimatlara
uyğun olaraq istifadəçi tərəfindən müstəqil şəkildə həyata keçirilir.
Biryusa 461RN, 461RDN, 461RDNQ, 521RN, 521RDN, 521RDNQ:
• Şüşə qapını açmazdan əvvəl vitrin nizamlayıcı dayaqlara elə qaydada quraşdırılmalıdır ki,
qabaq təkər dayaqlar döşəməyə dəyməsin.
• Vitrini quraşdırdıqdan sonra nizamlayıcı dayaqların kontrqaykalarını sıxmaq lazımdır.
AZƏRBAYCAN
DİQQƏT!
Bu tələblərə əməl etməmə vitrinin qapısı açıldıqda onun aşması ilə nəticələnə bilər!
Kontrqayka
Nizamlayıcı dayaq
Qabaq təkər dayaq
DİQQƏT!
Vitrin ətraf mühitin temperaturu 16°C-dən 32°C-yə qədər olan (16-dən 40 °C-yə qədər
olan modellər üçün Biryusa 290N, 310N), nisbi nəmliyi 55%-dən artıq olmayan quru
havalandırılan otaqda istismar üçün nəzərdə tutulub. Otaqda nisbi nəmlik 55%-dən çox
olduqda, şüşə qapıda kondensatın əmələ gəlməsi mümkündür.
Vtrinin
tarazlaşdırılması
• Soyuducunun üfüqi müstəvidə tarazlaşdırılması nizamlayıcı dayaqların burularaq bərkidilməsi
və ya açılması ilə həyata keçirilir.
• Qapıların öz-özünə bağlanması üçün vitrini şaquli oxdan biraz arxaya əyərək (5-7mm)
quraşdırmaq tövsiyə olunur.
DİQQƏT!
Soyuducunu tarazlaşdırarkən istismar prosesində vibrasiyanın və səsin yaranmasının
qarşısını almaq üçün onun dayanıqlı vəziyyətində olduğuna əmin olmaq lazımdır.
60