Текст страницы
XİDMƏT VƏ QULLUQ
Təzə qida
məhsullarını
saxlamaq
üçün bölmə
Biryusa 409, 411, 418, 420, 422, 424 modellərində təzə qida məhsullarının saxlama bölməsində
buxarlandırıcı avtomatik olaraq əriyir. Buxarlandırıcının üzərində qırov və ya donmuş damcılar
şəklində yığılan nəm kompressor söndürüldükdə əriyir və suboşaltma sistemi vasitəsilə ərimiş
su üçün olan konteynerə axır və burada kompressorun verdiyi istilik hesabına buxarlanır. Normal
iş üçün drenaj dəliyinin tıxanmamasına diqqət yetirilməlidir. Drenaj çuxuru tıxanıbsa, o, drenaj
əlavəsi ilə təmizlənməlidir.
DİQQƏT!
İş zamanı donmuş damdacılar əmələ gələ bilər - buxarlandırıcının üzərində donmuş
damcılar nöqsan deyil.
Donmuş qida
məhsullarını
saxlamaq üçün
bölmə
• Qar örtüyü ərzaqların intensiv soyumasının qarşısını alır və soyuducunun elektrik enerji sərfinin
artmasına səbəb olur. Dondurulmuş qida məhsulları üçün saxlama bölməsinin buxarlandırıcısının
rəflərində qar örtüyü 5 mm-dən çox yığılarsa, soyuducunun donunu əritmək və təmizləmək
tövsiyə olunur. Bunun üçün avadanlığı elektrik şəbəkəsindən ayırın.
• Ərzaqları soyuducudan çıxarın.
• Qapını açıq saxlayın, buzun əriməsini sürətləndirmək üçün dondurulmuş qida məhsullarının
saxlama bölməsinə isti su ilə dolu qab qoyun.
• Buz əridikcə onu plastik və ya taxta kürəciklə ilə təmizləmək olar.
• Biryusa 407, 408, 410 modellərinin donunu əridərkən şəkildə göstərildiyi kimi soyuducunun
şkafının rəfinə, arxa divara sıx halda ərimiş suyu yığmaq üçün qab qoyun.
• Soyuducunun daxili və xarici səthlərini ilıq sabun məhlulunda isladılmış yumşaq parça ilə yuyub
təmiz su ilə yaxalayın və silib qurulayın. Qapıları açıq vəziyyətdə bir saat havalandırın.
AZƏRBAYCAN
DİQQƏT!
Dondurulmuş qida saxlama bölməsinin buxarlandırıcı səthindən buzu çıxarmaq üçün
bunlardan istifadə etməyin:
• soyuducu sisteminin hermetikliyini poza bilən iti və ya cızıcı əşyalar;
• saç qurutma fenlər və ya digər qızdırıcı qurğular.
Qapının daxili panelini yuyarkən sıxlaşdırıcının aşağı hissəsinin arxasına suyun axmasına
icazə verməyin.
İşıqdiodlu lampanın dəyişdirilməsi zəmanət öhdəliklərinə daxildir - servis mərkəzinə müraciət
edin.
İşıqdiodlu
lampanın
dəyişdirilməsi
43