Инструкция холодильник с морозильником Бирюса G960NF

Страница 44 (стр. 44 из 48)

Бренд: G960Nf

Страница 44 документа Холодильник с морозильником Бирюса G960NF. Раздел: Холодильники. Бренд: G960Nf.

Текст страницы

Soyuducunun gövdəsində nəm kondensasiyasının (damcıların) qarşısını almaq üçün, konstruktiv
olaraq qapının perimetri boyunca yerləşən quraşdırılmış istilik dövrəsinin köməyi ilə dondurulmuş
qida saxlama üçün bölmənin ərazisində şkafın qızdırılması təmin edilir. Bu baxımdan,
kompressorun işləməsi zamanı soyuducunun gövdəsi, kipləşdirici, qapı korpusu qıza bilər.

DİQQƏT!

Bu hadisə qüsur deyil.

Soyuducunun işləməsi zamanı aşağıdakılar eşidilə bilər:
• temperatur sensoru-relesinin işədüşməsinin klikləri;
• soyuducu sisteminin boruları ilə dövr edən soyuducu amilin şırıltısı;
• materialların temperatur deformasiyalarında yüngül çatıldamalar.

Bu səslər funksional xarakter daşıyır və heç bir qüsurla əlaqəli deyil.
DİQQƏT!

İstilik izolyasiyasının istehsalında ıxılma verən siklopentan köpükləndirici qaz kimi istifadə olunur.

DİQQƏT!

Soyuducunun korpusunun yan səthlərində və arxa divarında istilik izolyasiyasının
sıxılması nəticəsində yaranan cüzi qeyri-bərabərlik soyuducunun işinə təsir göstərmir və
qüsur deyil.

UTİLİZASİYA

Soyuducunun qablaşdırılması üçün istifadə olunan materiallar tamamilə təkrar emal oluna
və təkrar istifadə oluna bilər. Lütfən, qablaşdırma materiallarını təkrar emal üçün toplama
məntəqəsinə aparın.

DİQQƏT!

Uşaqların qablaşdırma materialları ilə oynamasına icazə verməyin, çünki onlar karton
qutuya girərək və ya qablaşdırma plyonkasına dolaşaraq, boğula bilərlər.

Göstərilən xidmət müddəti bitdikdən sonra istehsalçı soyuducunun təhlükəsiz istismarına
cavabdeh deyil, buna görə də soyuducunun elektrik və yanğın təhlükəsizliyini təmin etmək
üçün ən azı üç ildə bir dəfə elektrik naqillərinin müntəzəm yoxlanılması və ya təmiri üçün xidmət
mərkəzinin mütəxəssisini dəvət etmək tövsiyə olunur.

AZƏRBAYCAN

Soyuducunun işləməsi artıq mümkün deyilsə, onu yararsız vəziyyətə salmaq tövsiyə olunur -
soyuducunu elektrik şəbəkəsindən ayırın və elektrik kabelini kəsin.
• Soyuducunun gövdəsi və qapının korpusu yerli idarəetmə tərəfindən müəyyən edilmiş qayda
və tələblərə uyğun olaraq məişət və istehsalat tullantıları üçün poliqonlarda utilizasiya edilməlidir.
• Kompressor, soyuducu qurğu, işə salma relesi, elektrik naqilləri qara və əlvan metal qırıntıları
kimi utilizasiya edilə bilər.

QADAĞANDIR!

Yanma zamanı zəhərli maddələrin əmələ gəlməsi ilə əlaqədar soyuducunun korpusunun
və qapılarının istilik izolyasiyasının yandırılması.

Avadanlığın tərkibində qiymətli metallar və daşlar yoxdur.
Avadanlıqdakı əlvan metalların tərkibinə www.biryusa.ru saytında baxa bilərsiniz.

43

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.