Инструкция холодильник с морозильником Бирюса I940NF

Страница 42 (стр. 42 из 48)

Бренд: I940Nf

Страница 42 документа Холодильник с морозильником Бирюса I940NF. Раздел: Холодильники. Бренд: I940Nf.

Текст страницы

QİDALARIN SAXLANMASI VƏ DONDURULMASI ÜÇÜN TÖVSİYƏLƏR

Təzə qida
məhsullarının
saxlanması

• Full No Frost soyutma sistemi (FNF) soyuq havanın davamlı dövranını təmin edir, bununla da
nəmi çıxarır və şaxtanın əmələ gəlməsinin qarşısını alır.
• Sistem, soyuducu bölmənin işıq lampasının yan tərəflərində yerləşən havalandırma deliklərinin
olması ilə fərqlənir.
• Ərzaqları və ya qabları arxa divara söykəməyin, ərzaqları şüşəli rəflərin kənarından uzaq
qoymayın, havalandırma deliklərini bağlamayın - bu, kondensatın yaranmasında və soyutmanın
pisləşməsinə səbəb ola bilər.
• Spesifik qoxusu olan və ya qoxuları asanlıqla hopduran ərzaqlar qablaşdırılmış şəkildə,
mayelər isə yalnız qapalı vəziyyətdə saxlanılmalıdır.
• Ərzaqların yaxşı saxlanması üçün soyudulmuş hava dövranının kifayət qədər olması vacibdir.
• Soyuducu və dondurucu bölmələri ərzaqlar ilə həddindən artıq doldurmayın - bu, havanın
sərbəst dövranına, düzgün iş rejiminə mane olur və artıq elektrik enerji sərfinə gətirib çıxarır.
• Soyuducuya qapaqsız qablarda maye qoymayın - bu, soyuducu bölmədə nəmliyin artmasına
və temperaturun qalxmasına səbəb olur.

Meyvə-tərəvəz
qabının
nəmlik
tənzimləyicisi

Meyvə-tərəvəzlərin saxlanması üçün optimal şərait
yaratmaq üçün yerləşdirilmiş ərzaqın miqdarına uyğun
olaraq qabda havanın nəmliyini tənzimləyə bilərsiniz.
• Nəmliyin tənzimlənməsi aşağıdakı kimi icra edilir rəfin
dəstəsini qabın üstündən (sağa-sola) çevirərək (şəkilə
bax).
• Saxlanılan ərzaqların növündən və miqdarından asılı
olaraq meyvə-tərəvəz qabında kondensat əmələ gələ bilər.
Kondensat quru parça ilə təmizləyin və tənzimləyicinin
dəstəsi ilə qabdakı nəmliyi tənzimləyin.

AZƏRBAYCAN

Dondurulmuş
ərzaqları
saxlama
bölməsində
ərzaqların
dondurulması

• Dondurma müddəti çəkilib bükülmədən, qablaşdırmadan, döşənmə üsulundan, məhsulların
növündən asılıdır. Uzunmüddətli saxlama üçün nəzərdə tutulan ərzaqların keyfiyyətli
dondurulması üçün onlar dondurulmuş ərzaq saxlama bölməsinə dondurma gücünü aşmayan
porsiyalar ilə yerləşdirilməlidir. Dondurma gücü texniki xarakteristikalar cədvəlində göstərilmişdir.
• Dondurulacaq ərzaqları yerləşdirmədən əvvəl porsiyalara bölünməli və qablaşmada mümkün
qədər az hava qalması üçün kip qablaşdırılmalıdır.
• Dondurulmuş ərzaqların yanında isti ərzaqlar qoymayın.
• Qazlı içkilər ilə doldurulmuş şüşə qabları uzun müddətə dondurulmuş ərzaqların saxlanması
üçün olan bölməyə yerləşdirməyin. Maye donaraq qabı sındıra bilər.
• Ərzaqları yerləşdirməzdən əvvəl onları otaq temperaturuna qədər soyudun.
• Bölmənin qapısını lazımsız yerə açmayın və çox uzun müddət açıq saxlamayın.
• Dondurulmuş qidanın əriməsi zamanı temperaturun hər hansı bir artımı belə ərzaqların
saxlama müddətini qısaldır.

Mağazadan alınmış hazır dondurulmuş qidaların qablaşdırmalarında göstərilən saxlama
müddətinə riayət etməyi tövsiyə edirik. Öz-özünə dondurulmuş qidaları saxlayarkən aşağıdakı
cədvələ baxın.

Dondurulmuş
ərzaqların
saxlanma
müddəti

Dondurulmuş ərzaqların təqribi saxlanma müddəti

Ərzaqlar
Saxlama müddəti aylarla
1
2
3
4
5
6
7
8
9
10
11
12

Ət qiyməsi
balıq, dəniz məhsulları
Ət (donuz, mal əti, quzu)

Göbələklər
Pendir, yağ
Meyvələr, tərəvəzlər, giləmeyvələr

Quş əti

41

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.