Инструкция холодильник с морозильником Бирюса W920NF

Страница 37 (стр. 37 из 48)

Бренд: W920Nf

Страница 37 документа Холодильник с морозильником Бирюса W920NF. Раздел: Холодильники. Бренд: W920Nf.

Текст страницы

ÜMUMİ MƏLUMAT

Məişət soyuducuları, soyuducu-dondurucular və dondurucular (bundan sonra mətndə -
soyuducular) təzə qida məhsullarını saxlama bölməsində ərzaqların qısamüddətli saxlanması
və içkilərin soyudulması, dondurulmuş qida məhsullarını saxlama bölməsində təzə ərzaqların
dondurulması və dondurulmuş ərzaqların uzunmüddətli saxlanması üçün nəzərdə tutulub.

Soyuducularda soyuducu və dondurucu bölmə üçün şaxtasız soyutma sistemi (Full No Frost) var.

Soyuducuların işarələrinin izahı:
«NF» - şaxtasız (No frost),
«M»
- rəng xətti «Metalik»,
«W»
- rəng xətti «Tutqun qrafit»,
«B»
- rəng xətti «Qara paslanmaz polad»,
«G»
- rəng xətti «Bej»,
«H»
- rəng xətti «Qırmızı»,
«T»
- rəng xətti «Narıncı»,
«I»
- rəng xətti «Paslanmaz polad»,
«C»
- rəng xətti «Gümüşü metalloplast»,
- rəng xətti «Ağ»- işarəsiz.

Soyuducular TR Gİ 004/2011, TR Gİ 020/2011, TR AAİİ 037/2016, DÜİST 16317-87-nin
tələblərinə uyğundur.

İSTİSMARA HAZIRLIQ

Qablaşmanın
açılması

  • Qablaşdırma lentlərini kəsin, qablaşdırmanı səliqə ilə çıxarın.
  • Soyuducunun daxili komplektləşdiricilərini qablaşdırma materiallarından çıxarın.

DİQQƏT!

AZƏRBAYCAN

• Əgər soyuducu üfüqi vəziyyətdə nəql edilibsə və ya qablaşdırmasından çıxarılıbsa,
daha sonra soyuducunu şaquli vəziyyətə gətirildikdən sonra onu işə salmazdan əvvəl ən
az 30 dəqiqə gözləmək lazımdır. Dərhal işə salmaq soyuducu aqreqatın sıradan çıxmasına
səbəb ola bilər!
• Soyuducunu işə salmazdan əvvəl, kompressorun üstündə yerləşən ərimiş su qabının
möhkəm bağlandığını yoxlayın.
• Soyuducu 0 °C-dən aşağı temperaturda saxlanılıb və ya nəql edilibsə, daha sonra
elektrik şəbəkəsinə qoşmazdan əvvəl soyuducunu ən az 8 saat qapısı açıq vəziyyətdə otaq
temperaturunda saxlamaq lazımdır.
Şəbəkəyə qızdırılmayan soyuducunun qoşulması onun sıradan çıxmasına səbəb ola bilər!

Quraşdırılma

• Soyuducu birbaşa günəş işığı düşməyən yerdə, işıqlandırma və istilik cihazlarından (qaz və
elektrik plitələri, sobalar və isitmə radiatorlarından) ən az 50 sm məsafədə quraşdırılmalıdır.
• Havanın dövr etməsi üçün soyuducunun üstündə ən azı 10 sm boş yer olmalıdır.
• Yerinin rahat dəyişdirilməsi üçün soyuducular kompressorun altında quraşdırılmış təkərlər ilə
təchiz olunub.

DİQQƏT!

Soyuducu ətraf mühitin temperaturu 16-38 °C arasında olan, nisbi nəmliyi 75%-dən artıq
olmayan otaqlarda quraşdırılmaq üçün nəzərdə tutulub.

QADAĞANDIR!

Soyuducunu divar oyuğuna və ya mebelə quraşdırmaq.

Tarazlaşdırma

Soyuducunu tarazlaşdırarkən işləmə prosesində vibrasiyanın və səs-küyü yaranmasının qarşısını
almaq üçün onun dayanıqlı vəziyyətində olmasına əmin olmaq lazımdır.

Soyuducunu tarazlaşdırarkən istismar prosesində vibrasiyanın və səsin yaranmasının
qarşısını almaq üçün onun dayanıqlı vəziyyətində olduğuna əmin olmaq lazımdır.
DİQQƏT!

TÖVSİYƏ
EDİRİK

• Qapıların öz-özünə bağlanması üçün soyuducunu biraz arxaya əyərək (5-7mm) quraşdırmaq
tövsiyə olunur.
• Zərurət olduqda əks istiqamətdə açmaq üçün kameranın qapılarını yenidən asmaq
mümkündür. Qapının yerinin dəyişdirilməsi zəmanət öhdəliklərinə aid deyil və servis mərkəzinin
mexaniki (ayrıca ödəniş ilə) və ya «Qapının yerinin dəyişdirilməsi» fəslində verilmiş təlimatlara
uyğun olaraq istifadəçi tərəfindən müstəqil şəkildə həyata keçirilir.

36

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.