Текст страницы
Ayaqların səviyyəsinin tənzimlənməsi
• Titrəyişin qarşısını almaq üçün cihaz tənzimlənməlidir.
• Lazım olarasa, nahamar döşəməni kompensasiya etmək üçün tənzimləyici
ayaqları nizamlayın.
• Qapının bağlanmasına kömək etmək üçün ön tərəf arxadan bir az daha yüksək
olmalıdır.
• Tənzimləyici ayaqlar kabini bir az əyməklə asanlıqla çevrilə bilər.
• Cihazı qaldırmaq üçün tənzimləyici ayaqları
saat əqrəbinin əksi, aşağı
salmaq üçün isə
saat əqrəbi istiqamətində çevirin.
İşığın dəyişdirilməsi
• LED lampaların hər hansı dəyişdirilməsi və ya texniki xidməti istehsalçı, onun
xidmət agenti və ya oxşar ixtisaslı şəxs tərəfindən həyata keçirilməlidir.
Cihazın qoşulması
Cihazı quraşdırdıqdan sonra enerji kabelini elektrik yuvasına qoşun.
DİQQƏT
Enerji təchizatı kanbelini (və ya naqilini) elektrik yuvasına qoşduqdan sonra cihaza yemək
qoymazdan əvvəl 2 və ya 3 saat gözləyin. Cihaz tam soyumamışdan əvvəl yemək əlavə
etsəniz, yeməyiniz xarab ola bilər.
Enerjiyə qənaət üçün məsləhətlər
• Cihazı sobaların, radiatorların və ya digər istilik mənbələrinin yaxınlığına qoymayın.
Ətrafın temperaturu yüksək olarsa, kompressor daha tez-tez və daha uzun müddət
işləyəcək və nəticədə enerji istehlakı artır.
AZ
• Cihazın altında, yanlarında və arxa tərəfində kifayət qədər havalandırma olduğundan
əmin olun. Heç vaxt havalandırma boşluqlarını örtməyin.
• Lütfən, həmçinin “Quraşdırma” bölməsindəki məsafə ölçülərinə də əməl edin.
• Şəkildə göstərildiyi kimi siyirmələrin, rəflərin və çərçivələrin düzülüşü enerjidən
ən səmərəli istifadəni təklif edir və buna görə də mümkün qədər olduğu kimi
saxlanmalıdır. Temperaturu sabit saxlamaq və enerjiyə qənaət etmək üçün bütün
siyirmə və rəflər cihazda qalmalıdır.
• Daha böyük saxlama yeri əldə etmək üçün (məsələn, böyük soyuducu/dondurulmuş
mallar üçün) orta siyirmələr çıxarıla bilər. Lazım olarsa, yuxarı və aşağı siyirmə və
rəflər ən son çıxarılmalıdır.
• Bərabər doldurulmuş soyuducu/dondurucu bölmə optimal enerji istifadəsinə kömək
edir. Buna səbəbdən boş və ya yarısı boş bölmələrdən çəkinin.
• İsti qidanı soyuducuya/dondurucuya qoymazdan əvvəl soyumasına icazə verin.
Artıq soyumuş qida enerji səmərəliliyini artırır.
• Dondurulmuş qidanın soyuducuda donun açılmasına icazə verin. Dondurulmuş
qidanın soyuqluğu soyuducu bölmədə enerji sərfiyyatını azaldır və bununla da enerji
səmərəliliyini artırır.
• Soyuq itkini minimuma endirmək üçün qapını lazım olduğu qədər qısaca açın.
Qapının qısa müddətə açılması və düzgün bağlanması enerji sərfiyyatını azaldır.
• Qapıların düzgün bağlanması və enerji sərfiyyatının lüzumsuz artmaması üçün
cihazınızın qapı möhürləri mükəmməl şəkildə bütöv olmalıdır.
10