Текст страницы
AZE
İstehsalçı “ATLANT” QSC
Pobediteley prospekti, 61, 220035, Minsk şəhəri, Belarus Respublikası
www.atlant.by
Dondurucu
Hörmətli alıcı!
Dondurucunu aldığınız zaman zəmanət kartının düzgün doldurulmasını, onu satmış təşkilatın ştampının, və qopardılan talonlarda
satışın tarixinin olmasını yoxlayın.
İstismar üzrə rəhbər kitabçanı diqqətlə öyrəndikdən sonra Siz dondurucudan düzgün istifadə edə biləcəksiniz.
İstismar üzrə rəhbər kitabçanı dondurucunun bütün xidmət müddəti boyunca saxlayın.
“ATLANT” QSC-nin məmulatların işlənib hazırlanmasının və istehsalının keyfiyyət menecmenti sistemi СТБ ISO 9001-2015
tələblərinə uyğundur və BR-nın Uyğunluğun təsdiqi Milli sisteminin Reyestrində BY/112 05.01. 002 07183№ ilə qeydiyyata alınmışdır.
1 Ü M U M İ M Ə L U M AT L A R
2 T Ə H L Ü K Ə S İ Z L İ K T Ə L Ə B L Ə R İ
1.1 İstismar üzrə rəhbər kitabçanın əlavəsi vardır, burada
dondurucunun idarə edilməsi haqqında məlumat və onun istismarının
xüsusiyyətləri göstərilib. İstismar üzrə rəhbər kitabça müxtəlif model
dondurucular üçün işlənib hazırlanıb.
Dondurucunun modelində sonuncu rəqəmlər (şərti
olaraq “-ХХ” və ya “-ХХХ”) zəmanət kartında və dondurucunun
kamerasının içərisində sol tərəfdə yerləşən lövhəcikdə qeyd
edilən növünün nömrəsini göstərir. Dondurucunun növləri səthlərin
örtüklərinin materialı, enerji effektivliyinin sinfi və rənglərin seçimi
ilə fərqlənir.
Dondurucunun orijinal istehsal nömrəsi məlumat bloku və
zəmanət kartına əlavə edilmişdir. Məhsulun buraxılma həftəsi və
ili haqqında məlumat zəmanət kartında təqdim edilmişdir.
1.2 Dondurucu ev şəraitində və bənzər şəraitlərdə istifadə üçün
nəzərdə tutulmuşdur, yəni:
– mağazaların, ofislərin və başqa iş yerlərinin əməkdaşlarının
yemək yedikləri otaqlarda;
– kənd (fermer) təsərrüfatlarında; mehmanxanalarda, motellərdə
və digər yaşayış yerlərində yaşayanlar tərəfindən istifadə üçün;
– səhər yeməyi verilən nömrələri olan mehmanxanalarda;
– ictimai əmtəə yerlərində və buna bənzər pərakəndə satiş
olmayan yerlərdə.
1.3 Dondurucu:
– ətraf mühitin əlavədə göstərilən temperaturunda;
– nisbi nəmlik 75%-dən çox olmayan şəraitdə;
– dəyişən cərəyanın elektrik şəbəkəsində gərginliyin nominal
gərginlikdən ± 10 % kənaraçıxması və (50±1) Hz tezliyi ilə 220-230 V
nominal gərginliklər diapazonunda istifadə edilməlidir.
Başqa istismar şəraitlərində dondurucunun istilik-enerji
xarakteristikaları istehsalçının qeyd etdiklərinə uyğun olmaya bilər.
Dondurucunun yataq üçün istifadə olunan yerlərdə istismarı
zamanı nəzərə almaq lazımdır ki, dondurucunun işləməsi funksional
səslərlə müşayiət olunur.
DİQQƏT! Dondurucunun istifadə edildiyi yerin həcmi
məmulatda R600а soyuducu agentinin 8 q-na ən azı 1 m3
həcmindən irəli çıxaraq hesablanmalıdır. Soyuducu agentinin
kütləsi dondurucunun lövhəciyində göstərilib. Otağın
havalandırma sistemi işlək vəziyyətdə olmalıdır.
1.4 Təchizat dəstinə komplektləşdirici məmulatlar, əlavə ilə
istismar üzrə təlimat, səlahiyyətli servis təşkilatlarının siyahısı,
zəmanət kartı və soyuducu cihazların enerji səmərəliliyinin etiketi
(bundan sonra – etiket) daxildir.
Zəmanət kartında dondurucunun texniki qaydalara uyğunluğu
göstərilmişdir, cədvəllərdə dondurucunun xüsusiyyətləri və
komponentlərin sayı barədə məlumat var.
1.5 İstehsalçı, dondurucunun əsas texniki xarakteristikalarını
saxlayaraq, onun konstruksiyasını təkmilləşdirə bilər.
DİQQƏT! İstehsalçı (satıcı) məmulatın istismarı və ya onun
saxlanılması şərtlərinin pozulması, qarşısıalınmaz qüvvənin
(yanğın, təbii fəlakət və s.) yaranması, ev heyvanlarının,
həşəratların və gəmiricilərin təsiri nəticəsində məmulatda
əmələ gəlmiş nöqsanlara və zədələnmələrə görə (o cümlədən
zəmanət müddətində də) məsuliyyət daşımır.
2.1 Dondurucu – elektrik-məişət cihazıdır, bu səbəbdən onun
istismarı zamanı ümumi elektrik təhlükəsizliyi qaydalarına riayət
etmək lazımdır.
2.2 Cihaz fiziki, hissi və ya əqli imkanları az olan (uşaqlar da
daxil) şəxlər tərəfindən və ya həyat təcrübəsi, bilikləri kifayət dərəcədə
olmayan və onların təhlükəsizliyinə cavabdeh olan şəxsin nəzarəti
altında olmayan, və yaxud cihazın istifadə təlimatını almayan şəxslər
tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır.
Uşaqların cihazla oynamasına yol verilməməyi üçün onlar nəzarət
altında olmalıdır.
2.3 Dondurucu elektrik cərəyan vurmasından müdafiə növü üzrə
I sinfə aiddir və torpaqlanmış kontaktlı ikizolaqlı rozetka vasitəsilə
elektrik şəbəkəsinə qoşulmalıdır.
Torpaqlanmış kontaktlı rozetkanın quraşdırılması üçün ixtisaslı
elektrikə müraciət etmək lazımdır. Rozetka dondurucunun xarici
elektrik şəbəkəsindən təcili olaraq ayrılmasına yol verən yerdə
quraşdırmalıdır.
Qaz, isitmə, su və ya kanalizasiya cihazlarından ayrıca məftillə
torpaqlama xətti cəkmək QADAĞANDIR.
Diqqət! İstehsalçı (satıcı), göstərilən şəbəkəyə bağlanma
qaydalarının pozulması nəticəyində sağlamlığa və ya əmlaka
vurulan zərər üçün cavabdeh deyildir.
2.4 Dondurucunu elektrik şəbəkəsinə qoşmadan öncə qida
şnurunda və vilkada zədələrinin olmadığını vizual olaraq yoxlamaq
lazımdır. Şnur zədələnmiş olduğu halda, təhlükəsizlik məqsədi
ilə onun dəyişdirilməsi istehsalçı, servis xidməti yaxud analoji
ixtisaslaşdırılmış personal tərəfindən həyata keçirilməlidir.
2.5 Aşağıdakı hallarda qida şnurunun vilkasını rozetkadan
çıxararaq dondurucunu elektrik şəbəkəsindən ayırmaq lazımdır:
– onu başqa yerdə yenidən quraşdırdıqda;
– altındakı döşəməni yuduqda;
– uzun (14 gündən çox) müddətə evdən getdikdə.
Diqqət! dondurucu işlədiyi zaman kompressov isinir və
ona toxunarkən yanıq alınmasına səbəb yarada bilər.
2.6 Dondurucunun soyutma sistemində soyuducu agent
izobutan (R600а)vardır.
DIQQƏT! Soyuducu sistemin konturunun zədələnməsinə
imkan verməyin.
DIQQƏT! Buz ərimə prosesini tezləşdirmək üçün mexanik
vasitələrdən və ya digər vasitələrdən isifadə etməyin.
Dondurucunun istifadə təlimatında göstərilməyən əşya
və vasitələri qar təbəqəsinin təmizmənməsi üçün tətbiq
etməyin.
DIQQƏT! Dondurucunun içində elektrik cihazları işlətməyin.
DIQQƏT! Soyuducu sistemin konturunun zədələnməsi
halında diqqətlə otağı yoxlayın və dondurucunun yaxınlığında
açıq alov qaynaqlarının meydana gəlməsinə yol verməyin, çünki
izobutan tez alışan qazdır.
DİQQƏT! Dondurucunu tez alovlanan və odu yayan əşyaların
və maddələrin (pəncərə pərdəsi, lak, boya və s.) bilavasitə
yaxınlığında quraşdırmayın.
Dondurucunu mebelin içərisinə quraşdırmaq, eləcə də arxa
dayaqların otağın divarı ilə dondurucunun arxa divarı arasında əmələ
gətirdiyi aranı bağlamaq QADAĞANDIR.
18
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является