Инструкция стиральная машина ATLANT СМА 70У1213-01

Страница 30 (стр. 30 из 68)

Бренд: ATLANT

Страница 30 документа Стиральная машина ATLANT СМА 70У1213-01. Раздел: Стиральные машины. Бренд: ATLANT.

Текст страницы

AZE

borucuq
qapı

4.2 ÇƏMAŞİR YUYULMASINDAN QABAQKI ÜMUMİ
TÖVSIYƏLƏR
4.2.1 Maşını işə salmadan qabaq, su kranını açlaraq, bir az su
axıdın və axan suyun içində qum, pas və s. şəklindəki kirin olmadığına
əmin olun.
DIQQƏT! İstehsalçı (satıcı), içində qum, pas, qırıntılar və s.
olan kirli sudan idtifədə edildikdə, yuyulma keyfiyyəti və həmçinin
maşının zədə və nasazlıqları üçün (o cümlədən zəmanət müddəti
ərzində) cavabdeh deyildir.
4.2.2 Su doldurma və boşaltma borularının düzgün taxılmasını
yoxlayın (md. 3.4-ə baxın).

Şəkil 13

Əgər maşın uzun müddət istifadə edilməmişsə, su doldurma bo-
rusunda toplanan suyu boşaldın, bunun üçün su doldurma borusununun
qaykasını açaraq, maşından və su şəbəkəsindən ayırın. Su doldurma
borusu maşına və su çəbəkəsinə md. 3.4.2 əsasında taxılır.
4.3 SƏS SİQNALLARI
4.3.1 Səs siqnalları maşın işə başlayarkən və işini birirərkən
verilir. Həmçinin səs siqnalları, maşın seçilmiş bir proqram üzrə
çalışarkən, bu proqramla uyuşmayan funksiyaları əlavə edən
düyməyər təsadüfən basıldığı zaman verilir.

bağlanmasını qabaqlamaq üçün md. 5.7-dəki blokdan istifadə etməyi
tövsiyə edirik.
DIQQƏT! Yuyum prosesində şəbəkədə elektrik cərəyanının
kəsilməsi maşının sonrakı işinə təsir etmir: elektrik cərəyanı
yenidən gəlməyə başlayanda maşın müstəqil olaraq yuyum
prosesini elektrik kəsilən zaman durdurulan əməliyyatın
başlanğıcından davam edir.
5.7 QAPI BAĞLANMASININ BLOK
EDİLMƏSİ
5.7.1 Bəzi modellərdə qapının
təsadüfən bağlanmasını, məsələn, uşaqlar
tərəfindən, qabaqlamaq məqsədi ilə blok
edilmə nəzərdə tutulmuşdur. Qapının
bağlanmasının bloku üçün şəkil 13-də
göstərildiyi kimi, borucuğu otvertka ilə
saat əqrəbi istiqamətində dirənənə qədər
çevirmək lazımdır – borucuq qabağa çəkilir
və qapını bağlanmağa qoymur. Çəmaşir
yumağa başlamadan öncə, bloku qaldırmaq üçün edilən əməliyyatlar
tərs ardıcıllıqla yerinə yetirilməlidir.

5 İ Ş L Ə T M Ə Q AY D A L A R I

6 T Ö V S I Y Ə V Ə M Ə S L Ə H Ə T L Ə R

6.1 ÇƏMAŞIR YÜKLƏMƏYƏ HAZIRLIQ
6.1.1 Çəmaşıri yumağa başlamadan qabaq aşağıdakılara əməl
edilməlidir:
— çəmaşir çeşidlənməli, rəngli və bəyaz paltarlar ayrılmalıdır;
— əşyalar, üstündəki etiketlərə baxaraq, parça tiplərinə görə
ayrılmalıdır (md. 6.3 baxın).

5.1 Çəmaşiri hazırlayıb maşına yükləyin (md. 6.1 baxın).
Silinrdə kənar cisimlərin, həmçinin ev heyvanlarının olmamasını
yoxlayın.
Maşının qapısını qıfıla salmaq üçün, öncədən qapının qapanma
blokunu açaraq, (əgər maşında mövcuddursa) sıx bağlayın (bax 5.7).
DIQQƏT! Çəmaşir silindrinin hüdudlarından kənara
çıxmamalı və qapı ilə sıxlaşdırıcı arasında qalmamalıdır.
DIQQƏT! Sintetik yuyucu maddələrə (irəlidə — SYM), elektrik
enerjisinə qənaət etmək üçün və ətraf mühitin kirlənməsini
azaltmaq üçün yuyulma proqramı seçərkən parçanın tipini və
kirlik dərəcəsini nəzərə alın.
5.2 Maşından konteyneri çəkin və bölmələrdə əvvəlki yuyulmadan
Sintetik yuyucu vasitələr (irəlidə — SYM) qalıqlarının və suyun
qalmamasına əmin olun. Əks halda, 7.1.2-yə uyğun olaraq konteyner
yuyulmalıdır.
Sürgüyə yalnız avtomatik çəmaşir maşınları üçün nəzərdə
tutulmuş olan yuyucu maddə və xüsusi işləm maddələri tökülməlidir
(md. 6.2 baxın). Sürgünü üsulluca örtün.
Maşın çalışarkən, syun tökülməməsi və sıçramaması üçün
yuyucu maddələr sürgüsünün çıxardılması QADAĞANDIR.
5.3 Elektrik çəngəlini ştepselə taxın, su doldurma dəstəyini açın
(şəkil 9 baxın).
5.4 Maşını əlavəyə uyğun olaraq işə salın. Yuyulma proqramı
seçin, lazım olduğunda əsas parametrələri dəyişdirin, əlavə
funksiyalar seçin. İşə başlamaq üçün START/PAUZA düyməsini
basın: səs siqnalı verilir, qapı blok edilir və maşın işlıməyə başlaıyır.
Diqqət! Qapının blok mexanizminin qırılmasına yol
verməmək üçün:
— blok mexanizmi avtomatik açılana qədər qapını açmaq
üçün həddindən ziyadə güc tətbiq etməyin;
— qapını açarkən və ya qapayarkən çırpmayın.
Diqqət! Əgər qapını START/PAUZA düyməsi basıldıqdan
sonra və ya maşın işləyərkən açmaq mümkünsə, maşını
dayandırmaq və xidmət servisinə müraciət etmək lazımdır.
Blok mexanizmi nasaz olan manının istifadə edilməsi
QADAĞANDIR.
5.5 Axırıncı yuyum əməliyyatı bitdikdən sonra qapının blok
mexanizmi dayndırılır, səs siqnalı verilir.
5.6 Yuyulma bitdikdən sonra maşını əlavəyə uyğun olaraq
söndürün. Elektrik çəngəlini ştepseldən çıxarın, su doldurma dəstəyini
bağlayın

Əşyaların kirlilik dərəcəsinə görə proqram seçin (əlavəyə baxın):
— yüngül kirli çəmaşir xoşa gəlməz qoxu verir, ləkə və kir
görünmür;
— orta dərəcədə kirli çəmaşirdə kir əlamətləri və/ya az ləkələr
görünür;
— çox kirli çəmaşirdə kir və ləkələr görünür.
Bəzi ləkələrin (ot, kürəcikli qələm, bitki yağı, boya və s. ləkələrinin)
maşında adi yuyulma ilə təmizlənməsi mümkün deyil. Ona görə bu
ləkələr, çəmaşirin maşına qoyulmasından əvvəl əllə təmizlənməlidir.
Ləkə təmizlənməsinə əvvəlcə az görünən yerlərdən başlayın, ləkə
izləri qalmasın deyə, ləkə yerlərinin kənarlarından başlayıb, ortalarına
döğru təmizləyin.
DIQQƏT! Təzə rəngli çəmaşiri başqa əşyalarla birlikdə
yumayın, çünki bu çəmaşir rəng verə bilər. Ağ çəmaşir ayrıca
yuyulmalıdır.
6.1.2 Çəmaşiri maşına qoymamışdan qabaq aşağıdakılara əməl
edilməlidir:
— paltarların ciblərini yoxlayın ki, boş olsun, açılan yerlərini:
zincirli kilid, düymə, kəmərləri, qarmaqları bağlayın, çətın çıxarı
ləkələrin çıxarıldığına əmin olun;
— paltarları (ciblərini, qatlarını) fırça ilə təmizləyin;
— şalvarları, üstünə naxışlı parçalar tikilmiş (aplikasiya),
toxunmuş əşyaları (trikotaj çəmaşiri, futbol köynəkləri, birçəkli
toxumalar və s.) tərs üzünə çevirin.
DIQQƏT! Paltarla birlikdə metal əşyaların (metal pul, sancaq
və s.) maşına düşməsi, onun rezin sıxlaşdırıcısını və plastik
çənini zədələyə bilər. Bu cür nasazlıqlar zəmanət təmirinə aid
deyildir.
6.1.3 Kiçik əşyaları (corab, cib dəstmalı və s.), məftilli lifçikləri,
həmçinin incə malları (incə qadın kolqotları, corabları və s.)
yumaqdan əvvəl xüsusi tor və ya torbaya qoyaraq, başqa çəmaşirlə
birlikdə yuyun.
6.1.4 Daha yaxşı yuyum və sıxma nəticəsi almaq üçün seçilib
ayrılmış çəmaşiri tumarlayaraq yayın və silindrin içində sərbəst
yerləşdirin.
Böyük əşyaları kiçiklərlə mütəmadi qarışdıraraq (sıra ilə böyük-
kiçik) birlikdə yuyun. Belə yerləşdirilmış çəmaşir sıxılarkən silindrin
içində müntəzəm şəkildə yerləşir.
Maşına ancaq çox su hopan parçalardan tikilmiş paltarların
(montlar, bəçəkli dəstmallar, xalatlar, xalçalar və s.) yüklənməsi
QADAĞANDIR.

Əgər maşın elektrik şəbəkəsindən kəsilməyibsə, üçər səs siqnalı
bir dəqiqəlik intervalla beş dəfə təkrar ediləcək.
Qapını açın və çəmaşiri çıxardın.
Azacıq sürgünü açın, maşının qapısını aralı qoyun ki, maşının
iç hissələri qurusun. Maşında istənilməz qoxuların yaranmaması
üçün qapısı gələn yuyuma qədəd aralı qalmalıdır. Qapının öz-özünə

30

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.