Текст страницы
Quraşdırılma
Quraşdırılma tələbləri
Elektrik təchizatı və torpaqlama
Su təchizatı
Azərbaycan dili
Azərbaycan dili
• Paltaryuyan maşın üçün ayrıca dövrə
budağından istifadə edin.
Torpaqlanmanın düzgün aparılmasının təmin
edilməsi üçün paltaryuyan maşınla birlikdə
düzgün quraşdırılmış və torpaqlanmış elektrik
yuvasında istifadə üçün üçkontaktlı torpaqlama
ştepseli olan elektrik kabeli təchiz edilir.
Paltaryuyan maşın üçün müvafiq su təzyiqi
50 kPa və 800 kPa arasında dəyişir. 50
kPa-dan aşağı su təzyiqi su klapanının tam
qapanmamasına səbəb ola bilər. Yaxud baraban
daha gec dola bilər və bu, paltaryuyan maşının
sönməsi ilə nəticələnə bilər. Su yükləyici
şlanqların paltaryuyan maşına çatması üçün su
kranları paltaryuyan maşının arxa panelindən
120 sm. məsafədə olmalıdır.
Sızıntı riskini azaldın:
Torpaqlanmanın düzgün aparıldığından əmin
deyilsinizsə, kvalifikasiyalı elektrik və ya servis
əməkdaşı ilə əlaqə saxlayın.
Təmin edilmiş ştepselə dəyişiklik etməyin.
Ştepsel elektrik yuvasına uyğun gəlmirsə, uyğun
yuvanın quraşdırılması üçün kvalifikasiyalı
elektrikə zəng edin.
XƏBƏRDARLIQ
• Su kranlarından rahat istifadə edə
bildiyinizdən əmin olun.
• Paltaryuyan maşın istifadə edilməyən zaman
kranı qapayın.
• Müntəzəm olaraq su yükləyici şlanqın
araqatında su sızıntısının olub-olmadığını
yoxlayın.
DİQQƏT
Paltaryuyan maşından ilk dəfə istifadə etməzdən
əvvəl su klapanı və kranlardakı birləşmələrdə
hər hansı sızıntının olmadığını dəqiqləşdirin.
• Uzadıcı kabeldən istifadə ETMƏYİN.
• Yalnız paltaryuyan maşın ilə birlikdə təmin
edilən elektrik kabelindən istifadə edin.
• Torpaqlayıcı naqili plastik su borusu, qaz xətti
və ya isti su borusuna BİRLƏŞDİRMƏYİN.
• Düzgün quraşdırılmayan torpaqlayıcı naqillər
elektrik zərbəsinə səbəb ola bilər.
Suyun boşaldılması
Samsung 60-90 sm. hündürlüyə malik su
basqısı borusundan istifadə etməyi tövsiyə edir.
Suboşaltma şlanqı sıxacı vasitəsilə su basqısı
borusuna birləşdirilməlidir və şlanq su basqısı
borusunu tam tutmalıdır.
Azərbaycan dili
16
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 16
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 16
2024/1/22 13:42:06
2024/1/22 13:42:06