Текст страницы
Texniki xidmət
Tullantı fıltri
Tutulmasının qarşısını almaq üçün tullantı fıltrini 2 ayda bir dəfə təmizləmək tövsiyə edilir. Tutulmuş
tullantı fıltri köpük effektini azalda bilər.
Azərbaycan dili
1. Paltaryuyan maşını söndürün, elektrik kabelini elektrik
mənbəyindən ayırın.
2. Barabanın içində qalan suyu boşaldın. Bax: Qəza
vəziyyətində suyun boşaldılması bölməsi.
3. Filtr qapağını açın.
4. Tullantı filtrinin çevirgəcini sola çevirin, qalan suyu
boşaldın.
5. Tullantı fıltrini yumşaq fırçalardan istifadə edərək
təmizləyin. Filtrin daxilindəki nasos pərlərinin tıxanıb-
tıxanmadığını yoxlayın.
6. Tullantı filtrini yerinə qaytarın və filtrin çevirgəcini sağa
çevirin.
QEYD
•
Bəzi tullantı fıltrlərində uşaqlara zərər verə biləcək
qəza hallarının qarşısını almaq üçün nəzərdə tutulan
təhlükəsizlik çevirgəcləri mövcuddur. Tullantı fıltrinin
təhlükəsizlik çevirgəcini açmaq üçün çevirgəci içəri
doğru basın və saat əqrəbinin əksi istiqamətində çevirin.
Təhlükəsizlik çevirgəcinin yay mexanizmi filtri açmağa
kömək edir.
•
Tullantı fıltrinin təhlükəsizlik çevirgəcini bağlamaq üçün
onu saat əqrəbi istiqamətində çevirin. Yaydan cırıltı səsi
gəlir, normaldır.
QEYD
•
Hər 100 yumadan sonra idarəetmə panelinin ekranında “Очистите фильтр слива (Drenaj filterinin təmizləyin)”
mesajı görünür.
•
Nasos filtri tutulubsa, ekranda “Проверьте слив (Suyun necə boşaldığını yoxlayın)” informasiya kodu görünür.
DİQQƏT
•
Filtri təmizlədikdən sonra filtrin çevirgəcinin düzgün bağlanıb-bağlanmadığını yoxlayın. Əks halda bu, sızıntıya
səbəb ola bilər.
•
Təmizlədikdən sonra filtrin düzgün daxil edildiyini dəqiqləşdirin. Əks halda bu avadanlıqda nasazlığa və ya su
sızıntısına səbəb ola bilər.
Azərbaycan dili
52
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 52
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 52
2024/1/22 19:27:33
2024/1/22 19:27:33