Текст страницы
Problem
Həll yolu
Yanlış temperaturlu su
ilə dolur.
• Kranları tam açın.
• Temperatur düzgün seçilməlidir.
• Su şlanqları düzgün kranlara qoşulmalıdır. Su xətlərini yuyub təmizləyin.
• Su qızdırıcısını kranda ən azı 49°C temperaturda isti su təmin etmək
üçün sazlayın. Eyni zamanda, su qızdırıcısının tutumunu və yenidən işə
düşmə müddətini yoxlayın.
• Boruları çıxarın və tük filterini təmizləyin. Tük filteri tutula bilər.
• Paltaryuyan maşın su yığan zaman suyun temperaturu dəyişə bilər, buna
səbəb isə avtomatik suyun temperaturuna nəzarət funksiyasının gələn
suyun temperaturunu yoxlamasıdır. Bu normal haldır.
• Paltaryuyan maşın su yığarkən və soyuq, yaxud isti su temperaturları
seçilərkən su dispenserindən yalnız soyuq və/ya isti suyun keçdiyini
hiss edə bilərsiniz. Paltaryuyan maşın suyun temperaturunu
müəyyənləşdirdiyinə görə bu, avtomatik suyun temperaturuna nəzarət
funksiyasının normal xüsusiyyətidir.
Paltarlar rejim
bitdikdən sonra sulu
qalır.
• Yüksək və ya Ekstra Yüksək sıxma sürəti seçin.
• Köpüyün miqdarının azalması üçün yüksək keyfiyyətli (HE) yuyucu
vasitələrdən istifadə edin.
• Paltar çox azdır. Az paltar (bir və ya iki paltar) tarazlıq yaratmadığından
tam sıxılmır.
• Drenaj xortumu tıxanmamalı və ya tutulmamalıdır.
Su sızır.
• Paltaryuyan maşının qapısı tam bağlanmalıdır.
• Bütün şlanqlar kip birləşdirilməlidir.
• Drenaj xortumunun ucu drenaj sisteminə düzgün daxil edilməli və
sabitlənməlidir.
• Normadan artıq paltarla yükləməyin.
• Həddindən artıq köpüyün yaranmasının qarşısını almaq üçün yüksək
keyfiyyətli (HE) yuyucu vasitələrdən istifadə edin.
• Drenaj xortumunu yoxlayın.
-
Drenaj xortumunun digər ucu döşəmənin üzərinə düşməməlidir.
-
Drenaj xortumu tıxanmamalıdır.
• Qapı və diafraqma arasında nəyinsə ilişib qalmadığını yoxlayın.
-
Qapı ilə diafraqma arasında nəsə ilişib qalarsa, bu, diafraqmanın
sızmasına və ya zədələnməsinə səbəb ola bilər.
Qoxu gəlir.
• Artıq köpüklər boşluqlara dolaraq pis qoxunun yaranmasına səbəb ola
bilər.
• Vaxtaşırı təmizləmə rejimlərini həyata keçirərək dezinfeksiya edin.
• Qapının kipləşdirici rezinini (diafraqma) təmizləyin.
• Rejim bitdikdən sonra paltaryuyan maşının içəri hissəsini qurulayın.
Azərbaycan dili
57
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 57
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 57
2025/2/25 19:01:21
2025/2/25 19:01:21