Текст страницы
Təhlükəsizlik haqqında məlumat
Yeni Samsung paltaryuyan maşını almağınız münasibətilə Sizi təbrik edirik. Təlimat kitabçasında
cihazın quraşdırılması, istifadəsi və baxımı ilə bağlı vacib məlumatlar qeyd olunub. Paltaryuyan maşının
bir çox üstünlük və funksiyalarından tam şəkildə yararlanmaq üçün bu kitabçanı oxuyun.
Təhlükəsizlik təlimatları barədə nəyi bilməlisiniz
Yeni cihazın təklif etdiyi xüsusiyyət və funksiyaları təhlükəsiz və səmərəli şəkildə istifadə etmək
üçün təlimat kitabçasını diqqətlə oxuyun. Kitabçanı cihazın yaxınlığında təhlükəsiz yerdə saxlayın və
gələcəkdə istifadə zamanı ona istinad edin. Bu cihazı yalnız təlimat kitabçasında göstərilən məqsədlər
üçün istifadə edin.
Bu təlimat kitabçasındakı Xəbərdarlıqlar və Ciddi Təhlükəsizlik Təlimatları meydana çıxa biləcək bütün
hal və vəziyyətləri əhatə etmir. Cihazın quraşdırılması, baxımı və istifadəsi zamanı sağlam düşüncəli,
ehtiyatlı və diqqətli davranmaqda siz məsuliyyət daşıyırsınız.
Aşağıdakı istifadə təlimatları müxtəlif modelləri əhatə etdiyindən, paltaryuyan maşının xüsusiyyətləri
bu təlimat kitabçasında göstərilənlərdən cüzi fərqlənə bilər və ya xəbərdarlıq işarələrinin hamısı tətbiq
olunmaya bilər. Sual və ya narahatlığınız varsa, ən yaxın servis mərkəzinə müraciət edə və ya
www.samsung.com saytından lazımı kömək və məlumatları əldə edə bilərsiniz.
Vacib təhlükəsizlik nişanları
Təlimat kitabçasında göstərilən nişan və işarələrin mənası:
DİQQƏTLİ OLUN
Ağır xəsarət, ölüm və ya maddi ziyanla nəticələnə biləcək təhlükələr və ya təhlükəli istifadə.
EHTİYATLI OLUN
Xəsarət və ya maddi ziyanla nəticələnə biləcək təhlükələr və ya təhlükəli istifadə.
Təlimatları oxuyun
Təlimat kitabçasını oxuduqdan sonra gələcəkdə də istifadə etmək üçün onu itirməyin.
Cihazı istifadə etməzdən öncə bütün təlimatları oxuyun.
QEYD
Xəsarət və ya maddi ziyanla nəticələnmə təhlükəsini bildirir.
Bu xəbərdarlıq işarələri sizi və digərlərini xəsarətdən qorumaq üçün nəzərdə tutulmuşdur.
Onlara düzgün şəkildə riayət edin.
Elektrik ilə işləyən və çıxarılan hissələri olan istənilən cihazda təhlükə riski vardır. Cihazı təhlükəsiz
şəkildə işə salmaq üçün onun fəaliyyət prosesi ilə tanış olun və istifadə edərkən diqqətli olun.
Azərbaycan dili
4
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 4
Web_IB_D-PJT_WASHER-MD_SimpleUX_AZ.indd 4
2025/2/25 19:01:09
2025/2/25 19:01:09