Текст страницы
• Arxası rezindən olan palaz və ya ayaqaltıları paltaryuyan maşında yumaq olmaz. Rezin çıxıb
barabanın içində ilişə bilər və bu da kanalizasiya ilə bağlı problemlər ilə nəticələnə bilər.
Yuyucu vasitə bölməsi çıxarılan zaman maşını işə salmayın.
• Bu, su sızması səbəbindən cərəyan vurması və ya xəsarət ilə nəticələnə bilər.
Qurudulmadan dərhal sonra və ya qurudulma zamanı isti olduğu üçün barabanın iç hissələrinə
toxunmayın.
• Yanıq xəsarəti baş verə bilər.
Paltaryuyan qapısının şüşəsi yuma və qurutma prosesi zamanı qızır. Buna görə də qapının şüşəsinə
toxunmayın.
Həmçinin, uşaqların paltaryuyan maşının yanında oynamasına və ya qapı şüşəsinə toxunmasına icazə
verməyin.
• Yanıq xəsarəti baş verə bilər.
Yuyucu vasitə bölməsinə əlinizi qoymayın.
• Əliniz yuyucu vasitəni daxil edən cihaza keçərsə, xəsarət ala bilərsiniz.
Tozşəkilli yuyucu vasitədən istifadə edərkən maye yuyucu vasitə üçün dozatorunu (yalnız müvafiq
modellər) çıxarın.
• Əks halda, su yuyucu vasitə siyirməsinin ön hissəsindən sıza bilər.
Paltardan başqa əşyaları (ayaqqabı, ərzaq tullantısı, heyvanlar) paltaryuyan maşına yerləşdirməyin.
• Bu, paltaryuyan maşına ziyan vura və qəribə vibrasiyalar səbəbindən ev heyvanlarının ölümü ilə
nəticələnə bilər.
Cihazın düyməsini sancaq, çəngəl, mismar və s. Kimi kəsici vasitələrlə basmaq olmaz.
• Bu, cərəyan vurmasına və ya xəsarətə səbəb ola bilər.
Yağlar, kremlər və ya bədən kremləri ilə çirklənmiş paltarları paltaryuyan maşında yumaq olmaz.
• Əks halda, rezin plombun deformasiyası baş verəcək və su sızması ilə nəticələnəcək.
Sancaq, saç sancaqları və ya ağardıcı maddələr kimi metal əşyaları uzun müddət barabanda saxlamayın.
• Bu, barabanın pas atmasına səbəb ola bilər.
• Barabanın səthi paslanıbsa, (neytral) təmizləyici vasitədən istifadə edərək onu süngər ilə təmizləyin.
Metal fırça istifadə etməyin.
Birbaşa quru təmizləyici vasitə istifadə etmək və quru təmizləyici vasitəyə bulaşan paltarları yumaq,
durulamaq və sıxmaq olmaz.
• Bu, yanğın oksidləşməsi nəticəsində yaranan istiliyə görə qəfil alovlanma və ya qığılcıma səbəb ola
bilər.
Soyuducu/Qızdırıcı qurğularda saxlanılan sudan istifadə etmək olmaz.
• Əks halda, paltaryuyan maşında problemlər yarana bilər.
Paltaryuyan maşında təbii əl yuma sabunundan istifadə etməyin.
• Belə ki, sabun avadanlığın içində bərkiyib yığılarsa, məhsulda problemlərə, rəngin getməsinə, pas,
və ya pis qoxuya səbəb ola bilər.
Azərbaycan dili
13
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 13
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 13
2025/2/19 16:13:13
2025/2/19 16:13:13