Текст страницы
Paltaryuyan maşını işə salmazdan öncə
Yuyucu vasitə bölməsi təlimatları
Paltaryuyan maşında üç bölməli dispenser var: əsas yuma üçün sol bölmə, yumşaldıcı vasitə üçün
mərkəzi bölmə və önyuma üçün sağ bölmə.
1.
Önyuma bölməsi: Önyuma üçün yuyucu vasitə və
ya paltar nişastası əlavə edin.
A
2.
Əsas yuma bölməsi: Əsas yuma üçün nəzərdə
tutulmuş yuyucu vasitə, suyu yumşaldıcı vasitə,
nəmləndirici, ağartdıcı və/ya ləkə təmizləyiciləri.
3.
Yumşaldıcı bölməsi: Parça yumşaldıcı kimi
əlavə yuyucu vasitələr daxil edin. Maks (A) xəttini
keçməyin.
EHTİYATLI OLUN
• Paltaryuyan maşın işləyərkən yuyucu vasitə bölməsini açmaq olmaz.
• Aşağıdakı növ yuyucu vasitələrdən istifadə etməyin:
-
Tablet və ya kapsulşəkilli
-
Top və ya torşəkilli
• Konsentratlaşdırılmış və ya yüksək zənginləşdirilmiş agentlər (yumşaldıcı və ya yuyucu vasitə),
bölmənin tıxanmasının qarşısını almaq üçün istifadə etməzdən əvvəl su ilə duruldulmalıdır.
• Gecikdirərək Bitirmə funksiyası seçilən zaman yuyucu vasitəni birbaşa barabanın içərisinə tökməyin.
Bu, paltarların rənginin solmasına səbəb ola bilər. Gecikdirərək Bitirmə funksiyası seçilən zaman
yuyucu vasitə bölməsindən istifadə edin.
• Barabanı təmizləmək üçün heç bir təmizləyici vasitələrdən istifadə etməyin. Barabandakı kimyəvi
maddə qalıqları yuyulmanın keyfiyyətini pisləşdirir.
• Yumşaldıcını maşın üzırindəki iş səthinə və ya idarəetmə panelinə tökməyin.
Azərbaycan dili
34
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 34
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 34
2025/2/19 16:13:17
2025/2/19 16:13:17