Текст страницы
Əməliyyatlar
SmartThings
Wi-Fi bağlantısı
Smartfonda və ya planşetdə Settings (Parametrlər) bölməsinə keçin və simsiz əlaqəni aktiv edərək QM
(Qəbul Məntəqəsi) seçin.
• Bu cihaz Wi-Fi 2,4 GHz protokolunu dəstəkləyir.
Endirmə
Tətbiq mağazasından (Google Play Store, Apple App Store, Samsung Galaxy Apps) “SmartThings” sözünü
axtararaq SmartThings tətbiqini tapın. Tətbiqi cihaza endirin və quraşdırın.
QEYD
Əvvəlcədən xəbərdarlıq edilmədən performansın artırılması üçün tətbiqdə dəyişikliklər oluna bilər.
Hesaba daxil olmaq
Əvvəlcə, Samsung hesabınızla SmartThings tətbiqinə daxil olun. Yeni Samsung hesabı yaratmaq üçün
tətbiqdəki təlimatlara əməl edin. Hesab yaratmaq üçün ayrıca tətbiqə ehtiyac yoxdur.
QEYD
Samsung hesabınız varsa, həmin hesabla daxil olun. Qeydiyyatda olan Samsung smartfonu və ya tableti
avtomatik daxil olur.
Qurğunu SmartThings tətbiqində qeydiyyatdan keçirmək
1. Smartfon və ya tablet simsiz şəbəkəyə qoşulu olmalıdır. Əgər qoşulu deyilsə, Settings (Parametrlər)
bölməsinə keçin və simsiz əlaqəni aktiv edərək QM (Qəbul Məntəqəsi) seçin.
2. Smartfon və ya planşetinizdə SmartThings tətbiqini açın.
3. Əgər “ A new device is found. (Yeni cihaz tapıldı.) ” mesajı varsa, Add (Əlavə et) seçin.
4. Heç bir mesaj görünməsə, + işarəsini seçin və cihazınızı mövcud cihazların siyahısından seçin.
Cihazınız siyahıda yoxdursa, Device Type (Cihaz Növü) > Specific Device Model (Xüsusi Cihaz Modeli)
seçin və sonra cihazınızı manual olaraq əlavə edin.
5. Cihazı SmartThings tətbiqində aşağıdakı kimi qeydiyyatdan keçirin:
a. Cihazı SmartThings tətbiqinə daxil edin. Cihaz maşın simsiz SmartThings tətbiqinə qoşulmalıdır.
b. Qeydiyyat tamamlandıqdan sonra cihaz smartfonunuzda və ya tabletinizdə görünəcək.
QEYD
• Məhsulun müxətlif dövrlərdə hazırlanması ilə əlaqədar olaraq PROQ adları fərqli ola bilər. Samsung
SmartThings, SmartThings, Samsung Connect, Samsung Smart Home və Samsung Smart Connect
eyni mənanı ifadə edir.
• Funksiya yeniləmələri nəticəsində məhsul proqram interfeysi və təlimat kitabçası ilə üst-üstə
düşməyəcək. Faktiki proqram interfeysinə istinad edin.
Azərbaycan dili
46
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 46
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 46
2025/2/19 16:13:19
2025/2/19 16:13:19