Текст страницы
Texniki problemlər və onların həlli
Nəzarət edilməli hallar
Paltaryuyan maşınınızda problem yaranarsa, öncə aşağıdakı cədvəli nəzərdən keçirin və təklifləri
sınaqdan keçirin.
Problem
Həll yolu
İşləmir.
• Paltaryuyan maşın cərəyana qoşulmalıdır.
• Paltaryuyan maşının qapısı tam bağlanmalıdır.
• Su kranları açıq olmalıdır.
• Maşını işə salmaq üçün Başlat/Dayandır düyməsinə basın və ya
toxunun.
• Uşaq Kilidi
aktiv olmadığından əmin olun.
• Paltaryuyan maşın su yığmağa başlamazdan öncə qapının kilidli
olduğunu yoxlamaq üçün çıqqıltı səsi eşidilir və sürətlə su boşaldılır.
• Elektrik qoruyucusunu yoxlayın və ya qoruyucu avtomatı əvvəlki
vəziyyətinə qaytarın.
Su yoxdur və ya kifayət
qədər deyil.
- Su kranını tam açın.
- Paltaryuyan maşının qapısı tam bağlanmalıdır.
- Su borusu donmuş vəziyyətdə olmamalıdır.
- Su borusunun tıxanmadığını və ya tutulmadığını yoxlayın.
- Suyun təzyiqi kifayət qədər olmalıdır.
- Su şlanqının torşəkilli filtrinin təmiz olduğunu dəqiqləşdirin.
Rejim başa çatdıqdan
sonra yuyucu vasitə
siyirməsində yuyucu
vasitə qalır.
• Paltaryuyan maşına gələn suyun təzyiqinə nəzarət edin.
• Yuyucu vasitənin yuyucu vasitə siyirməsinin ortasına töküldüyündən
əmin olun.
• Durulama qapağının düzgün yerləşdirildiyini yoxlayın.
• Toz halında olan yuyucu vasitə istifadə olunarsa, yuyucu vasitə
detektorunu yuxarı mövqedə saxlayın.
• Durulama qapağını çıxarın və yuyucu vasitə bölməsini təmizləyin.
Həddindən artıq
vibrasiya və səs-küy
var.
• Paltaryuyan maşın sürüşkən olmayan düz və möhkəm səthdə
quraşdırılmaldır. Əgər döşəmə düz deyilsə, paltaryuyan maşının
hündürlük səviyyəsini nizamlamaq üçün tarazalayıcı ayaqlardan istifadə
edin.
• Daşıma boltlarını açıb çıxarın.
• Paltaryuyan maşın hər hansı bir əşyaya toxunmamalıdır.
• Paltarların çəkisi balanslaşdırılmalıdır.
• Motor normal işləmə prosesində səs-küy yarada bilər.
• Kombinezonlar və ya metal bəzəkləri olan geyimlər yuma prosesində
səs-küy yaranmasına səbəb ola bilər. Bu normal haldır.
• Qəpik kimi metal əşyalar səs-küy yarada bilər. Yuma prosesi
qurtardıqdan sonra bu əşyaları barabandan və ya filter qutusundan
götürün.
Azərbaycan dili
54
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 54
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 54
2025/2/19 16:13:20
2025/2/19 16:13:20