Инструкция стиральная машина Бирюса WM-SC1214/15 W

Страница 142 (стр. 142 из 185)

Бренд: Wm-Sc1214/15

Страница 142 документа Стиральная машина Бирюса WM-SC1214/15 W. Раздел: Стиральные машины. Бренд: Wm-Sc1214/15.

Текст страницы

TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

İstismar
zamanı
təhlükəsizlik
tədbirləri

• Maşın fiziki, sinir və ya əqli qüsurlu və ya təcrübə və bilik çatışmazlığı olan insanlar
(uşaqlar da daxil olmaqla) tərəfindən istifadə üçün nəzərdə tutulmayıb, lakin bu cür
şəxslərin təhlükəsizliyinə məsul şəxs tərəfindən paltaryuyan maşının istifadəsinə nəzarət
edildiyi və ya təlimat verildiyi hallar istisnadır!
• Uşaqların maşın ilə oynamasının qarşısını almaq üçün onlara nəzarət edilməlidir!

Təhlükəsizlik
tədbirləri

• Maşının yerini dəyişdirərkən və onu nəql edərkən ehtiyat tədbirlərinə riayət edilməlidir, çünki
maşının böyük çəkisi var.
• Maşını su təchizatına qoşduqda yalnız tədarük dəstinə daxil olan yeni su vermə şlanqını
istifadə etmək lazımdır.
• Yuma zamanı maşının qapısının şüşəsinə toxunmaq tövsiyə olunmur, çünki o qıza bilər və
yanığa səbəb ola bilər.
• Yuma başa çatdıqdan sonra maşını söndürmək, elektrik şəbəkəsində ayırmaq və suvermə
kranını bağlamaq lazımdır.

QADAĞANDIR!

• Maşını isti su təchizatı şəbəkəsinə qoşmaq.
• Maşını altlıq, tumba və s. kimi istifadə etmək, maşının üzərinə çıxmaq.
• Maşının altına hər hansı əşyaları yerləşdirmək, fırlanan barabana toxunmaq.
• Maşının açıq qapısına dirənmək.
• Maşını qapalı yerdən kənar quraşdırmaq.
• Maşını quraşdırılmış qapayıcılar olmadan istismar etmək (bax bölmə «İstismara
hazırlıq»).
• Maşını quraşdırılmış nəqletmə boltları və oymaqlar olmadan istismar etmək (bax bölmə
«İstismara hazırlıq»).
• Yuma üçün tərkibində uçucu və tezalışan maddələr olan vasitələrdən istifadə etmək.
• Maşını ətraf mühitin temperaturu 0 °С aşağı olan yerlərdə istismar etmək.

Maşın elektrik məişət cihazıdır, buna görə onun istismarı zamanı ümumi elektrik
təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

Elektrik
təhlükəsizlik
qaydaları

AZƏRBAYCAN

• Maşını yalnız torpaqlanması olan elektrik şəbəkəsinə qoşmaq lazımdır.
• Maşının qoşulması üçün yuvanın torpaqlanması olmalı və maşının elektrik şəbəkəsindən təcili
ayrılması üçün əlverişli yerdə quraşdırılmalıdır.
• Maşının örtükləri ilə təmin edilən qorunma dərəcəsi - IPX4.
• Maşını elektrik şəbəkəsinə qoşmadan öncə qidalanma məftilində zədələrin olmamasına əmin
olmaq lazımdır. Qidalanma məftili sıxılmış və əyilmiş olmamalıdır. Qidalanma məftilində zədələr
olduqda onun dəyişdirilməsi servis xidmətinin mütəxəssisi və ya analoji ixtisaslaşmış personal
tərəfindən icra edilməlidir.

QADAĞANDIR!

• Maşını torpaqlanması olmayan yuvaya qoşmaq.
• Maşını cərəyan yüklənmələrindən mühafizə sistemi nasaz olan elektrik şəbəkəsinə
qoşmaq.
• Maşının elektrik şəbəkəsinə qoşulması üçün keçidlər və uzadıcı məftillər istifadə etmək.
• Qida məftilindən tutaraq maşını söndürmək.
• İşləyən maşına və qidalanma məftilinin vilkasına yaş əllər ilə toxunmaq.
• Maşının konsturksiyasını və su- və elektrik təchizatını müstəqil surətdə təmir etmək və
konstruksiyasına dəyişiklik etmək. Maşının təmiri yalnız servis mərkəzinin mütəxəssisləri
tərəfindən həyata keçirilməlidir.

Kənar küylər, tıqqıltı, tüstülənmə və s. yaranması ilə bağlı nasazlıqlar yarandıqda, maşını
dərhal elektrik şəbəkəsindən ayırmaq, suvermə kranını bağlamaq və qeydiyyatdan keçmiş
servis mərkəzinə müraciət etmək lazımdır.

Bu rəhbər kitabçada göstərilən təhlükəsizlik tələblərinə və istismar qaydalarına riayət
etmədikdə zəmanət qüvvəsini itirir.

İstehsalçı maşının zədələnməsinə və göstərilən təhlükəsizlik tələblərinin və maşının
istismar qaydalarının pozulması nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır.

141

Оглавление

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.