Текст страницы
İSTİSMARA HAZIRLIQ
Qablaşmanın
açılması
• Maşından karton qutunu çıxarın və qablaşdırma materiallarını (qoruyucu
örtü, penoplast amortizatorlar, çirkab su şlanqı və qidalanma məftilindən
bərkidici lentləri) açın;
• Su vermə şlanqını maşının barabanından çıxarın;
• Maşını qaldırın və ya əyin, bundan sonra penoplast dibi çıxarın. Əmin olun
ki, dibin üçkünc formalı çıxıntılı elementi (əgər varsa) onunla birlikdə çıxıb.
Əks halda maşını yan tərəfə qoyun və dibin göstərilən elementini əl ilə çıxarın.
Uşaqların qablaşdırma materiallara ilə oynamasına yol verməyin!
DİQQƏT!
Təhlükəsiz nəqletməni təmin etmək üçün paltaryuyan maşının çəni
maşının arxa hissəsində yerləşən dörd ədəd nəqletmə boltu və
oymaqlar ilə bərkidilib (aşağıdakı şəklə bax).
Nəqletmə
bərkidicisinin
çıxarılması
Maşının istifadə etmədən əvvəl aşağıdakı addımlar atılmalıdır:
• Qaykalı açarın köməyi ilə nəqletmə boltlarını açın;
• Oymaqlar ilə nəqletmə boltlarını çıxarın;
• Dəlikləri tədarük dəstinə daxil olan qapayıcılar ilə bağlayın.
Qeyd
Nəqletmə bərkidicisini maşının gələcəkdə nəqli zamanı quraşdırılması üçün
saxlamaq lazımdır.
DİQQƏT!
Yuyucu vasitə bölməsindən, qapıdan və ya barabanın kipləşdiricisindən tutaraq maşının
yerini dəyişməyin!
AZƏRBAYCAN
Maşın divar, mebel və digər əşyalardan ən az 20 mm məsafədə möhkəm, düz və quru səthdə
quraşdırılmalıdır.
Maşının
quraşdırılması
DİQQƏT!
Maşının xalça və ya yumşaq örtüklü döşəməyə quraşdırılması tövsiyə olunmur. Bu, tam
havalandırmaya mane ola və maşın işlədikdə vibrasiyanın artmasına gətirib çıxara bilər.
Kontrqayka
Quraşdırdıqdan sonra maşını üfüqi şəkildə səviyyə ilə aşağıdakı kimi
yerləşdirmək lazımdır:
• qaykalı açar ilə nizamlayıcı dayaqlarda olan kontrqaykaları boşaltmaq;
• Dayaqları açıb-bağlayaraq onların hündürlüyünü nizamlamaq;
• qaykalı açar ilə kontrqaykaları sıxmaq.
Dayaq
Maşının düzgün quraşdırılmaması və ya kontrqaykaların kifayət qədər sıxılmaması maşın
işlədikdə yüksək vibrasiyaya və küyə gətirib çıxara bilər.
DİQQƏT!
Elektrik
şəbəkəyə
qoşma
• Maşın tezliyi 50 Hz və nominal gərginliyi 220 V olan dəyişən cərəyan şəbəkəsinə qoşmaq
lazımdır (maşın şəbəkədə 220-240 V arası gərginlik ilə normal işləyə bilər). Maşının göstərilən
parametrlərə uyğun olmayan şəbəkəyə qoşulması onun sıradan çıxmasına gətirib çıxara bilər.
• Maşın torpaqlanan naqilli «I» sinif ayrıca yuva ilə şəbəkəyə qoşulmalıdır.
• Elektrik qidalanma məftili ən az 16A olan işçi cərəyana hesablanmalı və kəsiyi ən az 1,5 mm2
olmalıdır.
• Elektrik qidalanmanın faza naqili 16A işə düşmə cərəyanına hesablanmış, işə düşmə vaxtı 0,1
san. çox olmayan və ayrılma cərəyanı 30 mA çox olmayan avtomatik qoruyucu qurğu vasitəsilə
qoşulmalıdır.
• Yuva və elektrik qidalanma məftili göstərilən tələblərə uyğun olmadıqda və ya yuva maşının
quraşdırma yerindən uzaqlaşdırıldıqda, elektrik şəbəkəsinin işinin tamamlanması üçün
ixtisaslaşmış mütəxəssisə müraciət etmək lazımdır.
142