Инструкция стиральная машина Бирюса WM-SC1214/15 W

Страница 152 (стр. 152 из 185)

Бренд: Wm-Sc1214/15

Страница 152 документа Стиральная машина Бирюса WM-SC1214/15 W. Раздел: Стиральные машины. Бренд: Wm-Sc1214/15.

Текст страницы

Biryusa WM-SC914/15, WM-SC1214/15

Paltaryuyan
maşının iş
rejimləri

• Ağıllı yuma (Умная стирка): bu rejim pambıq, kətan və ya xüsusi qulluq tələb etməyən
digər parçalardan hazırlanmış orta və çox çirklənmiş məmulatların (gündəlik geyimlərin, yataq
dəyişəklərinin) yuyulması üçün nəzərdə tutulub. Bu zaman yüklənmiş geyimlərin avtomatik
çəkilməsi və yuma dövrəsinin vaxtının təyin edilməsi baş verir.

• Delikat yuma (Деликатная): bu rejim xüsusilə həssas parçalardan olan məmulatların
ehtiyatla yuyulması üçün tövsiyə olunur.

• Köynəklər (Рубашки): bu rejim istənilən parça növündən köynək, bluz və s. yuyulması üçün
nəzərdə tutulub.

• İdman (Спортивная): bu rejim idman geyimləri və ayaqqabılarının yuyulması üçün nəzərdə
tutulub. İdman ayaqqabılarının yuyulması zamanı bir dəfəyə iki cüt ayaqqabıdan artıq yuyulması
tövsiyə olunmur.

• Yataq dəyişəkləri (Постельное белье): bu rejim yataq dəyişəklərinin və sterilləşdirilməsinə
yüksək tələblər olan digər məmulatların yüksək temperaturda intensiv yuyulması üçün nəzərdə
tutulub. Yumadan öncə əmin olmaq lazımdır ki, məmulatların markalanmasına əsasən maşında
yuma yolveriləndir. Yumanı işə salmadan öncə barabanda geyimləri bərabər yerləşdirmək
lazımdır.

• Yorğanlar (Одеяла): bu rejim böyük ölçülü qalın məmulatların (yorğan, yorğanağı, üst
geyimlərin) yuyulması üçün nəzərdə tutulub. Yuma başlamadan öncə geyimləri barabanda
bərabər yerləşdirmək tövsiyə olunur.

• Alt paltar (Нижнее белье): alt paltarların yuyulması üçün nəzərdə tutulan rejim.

AZƏRBAYCAN

• Tez yuma 15 dəq. (Быстрая 15 мин): bu rejim qısa vaxtda soyuq su temperaturunda istənilən
növ parçaları yuma rejimidir, az çirklənmiş əşyaların gündəlik yuyulması üçün nəzərdə tutulub.

• Tez yuma 30 dəq. (Быстрая 30 мин): bu rejim soyuq su temperaturunda istənilən növ
parçaları yuma rejimidir, az çirklənmiş əşyaların gündəlik yuyulması üçün nəzərdə tutulub.

• Yun (Шерсть): bu rejim yalnız istehsalçının maşında yuma nəzərdə tutduğu yun və yarıyun
məmulatların yuyulması üçün nəzərdə tutulub. Məmulatın etiketində yolverilən temperatur
rejiminə dair məlumatları diqqətlə oxumaq lazımdır. Yun məmulatlar üçün xüsusi yuyucu
vasitələrdən istifadə etmək tövsiyə olunur.

• Pərğu (Пух): bu rejm süni (sintepon və s.) və ya təbii (pərğu, lələk) isidicilərinin istifadəsi ilə
hazırlanmış məmulatların – balınc, yorğan, pərğu gödəkcə və s. yuyulması üçün nəzərdə tutulub.

• Barabanın təmizlənməsi (Очистка барабана): rejim maşının barabanının təmizlənməsi və
sterilləşdirilməsi üçün nəzərdə tutulub. Bu rejim geyimlərin yuyulması üçün nəzərdə tutulmayıb.
Ən yaxşı nəticəyə nail olmaq üçün az miqdarda yuyucu vasitə əlavə etmək tövsiyə olunur.

151

Оглавление

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.