Текст страницы
Biryusa WM-SC914/15, WM-SC1214/15
• İlkin yuma (Предварительная стирка): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların
yuyulması üçün işə salmaq tövsiyə olunur. Köhnə və hopmuş çirki təmizləməyə imkan verir.
Paltaryuyan
maşının
funksiyaları
• İslatma (Замачивание): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların yuyulması üçün işə
salmaq tövsiyə olunur. Bu funksiya işə düşdükdə lazımi miqdarda su yığıldıqdan sonra və yuma
başlamadan qabaq bir neçə dəqiqəlik pauza yerinə yetirilir.
• Təxirəsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrəsinin başa çatacağı vaxtı
təyin etmək imkanı verir. Müvafiq düyməyə ardıcıl basdıqda yuma dövrəsinin başa çatmasına
qalan vaxt dəyişir. Displeydə seçilmiş vaxt əks olunur. Yumanın başa çatmasına qalmış vaxt 1
saat addımla təyin edilə bilər. Funksiya yuma rejimi və funksiyaları seçildikdən sonra işə salına
bilər.
• Mənim dövrəm (Мой цикл): dövrənin parametrlərini maşının yaddaşına yazmaq üçün
dəyişdiricini istənilən rejimə keçirmə və lazımi parametrləri (temperaturu, sıxma sürətini), eləcə
də yuma funksiyalarını seçmək lazımdır. Bundan sonra «Mənim dövrəm» düyməsini basaraq
səsli siqnal əmələ gələnədək 3 saniyə saxlamaq lazımdır.
Maşını daha öncə seçilmiş rejimdə işə salmaq üçün «Mənim dövrəm» düyməsinə bir dəfə
basmaq, bundan sonra «Start/Pauza» düyməsinə basmaq lazımdır.
• Uşaqlardan kilidləmə (Блокировка от детей): bu funksiya uşaqların təsadüfən sazlamaları
dəyişməsinin qarşısını almaq üçün rejimlərin dəyişdiricisinin və idarəetmə düymələrinin («Yan./
Sön. düyməsi istisna olmaqla) kilidlənməsini işə salmaq üçün nəzərdə tutulub. Bu funksiyanı işə
salmaq üçün »16« düyməsini basmaq lazımdır. Bundan sonra uşaqlardan kilidləmə indikatoru
»17” yanmağa başlayır. Kilidləməni söndürmək üçün göstərilən hərəkətləri təkrar etmək lazımdır.
AZƏRBAYCAN
• Buxarla yuma (Стирка с паром): bu funksiyanı yuma zamanı işə saldıqda geyimlərin buxarla
emalı icra edilir, bu da yumanın effektivliyini artırır. Bu rejim xüsusi qulluq tələb edən, məsələn
həssas dərisi olan insanların çox çirklənmiş geyimlərinin yuyulması üçün nəzərdə tutulub.
• Ultrabənövşə (Ультрафиолет): bu funksiyanı yuma zamanı işə saldıqda geyimlərin
ultrabənövşəyi şüa ilə emalı icra edilir, bu da geyimlərin sterilləşdirilməsini təmin edir. Bu funksiya
yumanın «Barabanın təmizlənməsi» və «Pərğu» rejimləri üçün mövcud deyil.
• Yuma prosesində geyimlərin əlavə edilməsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesində barabana əlavə etməyə imkan verir. Bunun üçün dövrəni işə salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyədən sonra qapının kilidlənməsi indikatoru
sönəcək. Bu o deməkdir ki, qapını açıb geyimləri barabana əlavə etmək olar. Geyimləri əlavə
etdikdən sonra yuma dövrəsini davam etmək üçün qapını bağlayıb «Start/Pauza» düyməsinə
basmaq lazımdır.
Qapının kilidlənməsi indikatoru sönmürsə və qapı açılmırsa, dövrənin həmin anında geyimlərin
əlavə edilməsi, məsələn, temperaturun və yaxud barabanda su səviyyəsinin olduqca yüksək
olması səbəbi ilə mümkün deyil.
152