Текст страницы
Biryusa WM-SL1014/15, WM-SL814/15
• Pambıq (Хлопок): bu rejim pambıq, kətan və ya xüsusi qulluq tələb etməyən digər parçalardan
hazırlanmış orta və çox çirklənmiş məmulatların (gündəlik geyimlərin, yataq dəyişəklərinin)
yuyulması üçün nəzərdə tutulub.
Paltaryuyan
maşının iş
rejimləri
• EKO (ЭКО): aşağı temperaturda yuma Adi çirklənmiş ağ və solmayan rəngli pambıq,
sintetikadan olan geyimlərin yuyulması üçün. Bu rejim su və elektrik enerji istehlakına qənaətlə
bərabər optimal yuyulma keyfiyyətinin qorunub saxlanılması üçün nəzərdə tutulub.
• İdman (Спортивная): bu rejim idman geyimləri və ayaqqabılarının aşağı temperaturda
yuyulması üçün nəzərdə tutulub. İdman ayaqqabılarının yuyulması zamanı bir dəfəyə iki cüt
ayaqqabıdan artıq yuyulması tövsiyə olunmur.
• Yorğanlar (Одеяла): bu rejim böyük ölçülü qalın məmulatların (yorğan, yorğanağı, üst
geyimlərin) temperatur və sıxma sürətinin məhdudlaşdırılması ilə yuyulması üçün nəzərdə
tutulub. Yuma başlamadan öncə geyimləri barabanda bərabər yerləşdirmək tövsiyə olunur.
• Delikat yuma (Деликатная): bu rejim xüsusilə həssas parçalardan olan məmulatların
ehtiyatla yuyulması üçün tövsiyə olunur.
• Uşaq (Детская): uşaq geyimləri, bələk və s. yüksək temperaturda intensiv yuma rejimi. Uşaq
geyimlərini digərlərindən ayrı yumaq tövsiyə olunur.
• Buxarla yuma
(Стирка с паром
): buxarla əlavə emal ilə intensiv yuma rejimi Bu
rejim xüsusi qulluq tələb edən, məsələn həssas dərisi olan insanların orta və çox çirklənmiş
geyimlərinin yuyulması üçün nəzərdə tutulub.
• Qarışıq parçalar (Смешанные ткани): parçanın rənginə və növünə görə çeşidlənməmiş
qarışıq geyimlərin yuyulması üçün proqramlar.
• Tez yuma 15 dəq. (Быстрая 15 мин): bu rejim qısa vaxtda soyuq su temperaturunda istənilən
növ parçaları yuma rejimidir, az çirklənmiş əşyaların gündəlik yuyulması üçün nəzərdə tutulub.
AZƏRBAYCAN
• Tez yuma 42 dəq. (Быстрая 42 мин): bu rejim 20°С temperaturda istənilən növ parçaları
yuma rejimidir, az çirklənmiş əşyaların gündəlik yuyulması üçün nəzərdə tutulub.
• Sintetika (Синтетика): bu rejim həssas və sintetik parçalardan olan məmulatların, pərdələrin
və şəbəkəli parçalardan olan məmulatların yuyulması üçün nəzərdə tutulub. Toxunma
məmulatların yuyulması zamanı məmulatların formasının pozulmasının qarşısını almaq üçün
yuyucu vasitənin miqdarını azaltmaq tövsiyə olunur.
• Yun (Шерсть): bu rejim yalnız istehsalçının maşında yuma nəzərdə tutduğu yun və yarıyun
məmulatların yuyulması üçün nəzərdə tutulub. Məmulatın etiketində yolverilən temperatur
rejiminə dair məlumatları diqqətlə oxumaq lazımdır. Yun məmulatlar üçün xüsusi yuyucu
vasitələrdən istifadə etmək tövsiyə olunur.
155