Текст страницы
Biryusa WM-SL1014/15, WM-SL814/15
• İlkin yuma (Предварительная стирка): bu funksiyanı olduqca çox çirklənmiş əşyaların
yuyulması üçün işə salmaq tövsiyə olunur. Köhnə və hopmuş çirki təmizləməyə imkan verir.
Paltaryuyan
maşının
funksiyaları
• İntensiv (Интенсивная): düyməyə basmaqla yüksək temperaturda buxarla əlavə emal ilə
intensiv yuma rejimi işə düşür. Bu rejim xüsusi qulluq tələb edən, məsələn həssas dərisi olan
insanların orta və çox çirklənmiş geyimlərinin yuyulması üçün nəzərdə tutulub.
• Gecə yuma (Ночная стирка): düyməyə basdıqda gecə vaxtı yuma rejimi işə düşür. Bu rejimdə
gecə yuma zamanı rahat yuxunu təmin etmək üçün səsli siqnallar sönür və sıxma sürəti azalır.
Bu rejim parçanın növünə görə çeşidlənməmiş, adi çirklənmiş qarışıq geyimlərin yuyulması üçün
nəzərdə tutulub.
• Çirklənmə dərəcəsi (Степень загрязнения): bu funksiya yüklənmiş geyimlərin çirklənmə
dərəcəsindən asılı olaraq yumanın intensivliyini və müddətini azaltmağa və ya artırmağa imkan
verir.
• Mənim dövrəm (Мой цикл): dövrənin parametrlərini maşının yaddaşına yazmaq üçün
dəyişdiricini istənilən rejimə keçirmə və lazımi parametrləri (temperaturu, sıxma sürətini), eləcə
də yuma funksiyalarını seçmək lazımdır. Bundan sonra «Mənim dövrəm» düyməsini basaraq
səsli siqnal əmələ gələnədək 3 saniyə saxlamaq lazımdır.
Maşını daha öncə seçilmiş rejimdə işə salmaq üçün «Mənim dövrəm» düyməsinə bir dəfə
basmaq, bundan sonra «Start/Pauza» düyməsinə basmaq lazımdır.
• Təxirəsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrəsinin başa çatacağı vaxtı
təyin etmək imkanı verir. Müvafiq düyməyə ardıcıl basdıqda yuma dövrəsinin başa çatmasına
qalan vaxt dəyişir. Displeydə seçilmiş vaxt əks olunur. Yumanın başa çatmasına qalmış vaxt
1 saat addımla 3 saatdan 19 saatadək diapazonda təyin edilə bilər. Funksiya yuma rejimi və
funksiyaları seçildikdən sonra işə salına bilər.
AZƏRBAYCAN
• Yuma prosesində geyimlərin əlavə edilməsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesində barabana əlavə etməyə imkan verir. Bunun üçün dövrəni işə salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyədən sonra qapının kilidlənməsi indikatoru
sönəcək. Bu o deməkdir ki, qapını açıb geyimləri barabana əlavə etmək olar. Geyimləri əlavə
etdikdən sonra yuma dövrəsini davam etmək üçün qapını bağlayıb «Start/Pauza» düyməsinə
basmaq lazımdır.
Qapının kilidlənməsi indikatoru sönmürsə və qapı açılmırsa, dövrənin həmin anında geyimlərin
əlavə edilməsi, məsələn, temperaturun və yaxud barabanda su səviyyəsinin olduqca yüksək
olması səbəbi ilə mümkün deyil.
• Səsli siqnalın söndürülməsi (Отключение звукового сигнала): maşını işə saldıqdan
sonra səsli siqnalın söndürülməsi üçün «Sürət» düyməsini basıb 3 saniyə saxlayın. Səsli
siqnalizasiyanın bərpası üçün hərəkəti təkrar edin.
Səsli siqnalizasiya həmçinin i dəyişdiricinin köməyi ilə yuma rejimini seçərkən və ya «İntensiv
yuma» düyməsini basdıqda bərpa olunur.
• Uşaqlardan kilidləmə (Блокировка от детей): uşaqların təsadüfən sazlamaları
dəyişməsinin qarşısını almaq üçün rejimlərin dəyişdiricisi kilidlənməsinin və «Start/Pauza»
düyməsinin işə salmaq üçün nəzərdə tutulub. Bu funksiyanı işə salmaq üçün yuma dövrəsi
zamanı «Təxirəsalınmış start» düyməsini basıb 3 saniyə saxlamaq lazımdır. Bundan sonra
uşaqlardan kilidləmə indikatoru yanmağa başlayır, displeydə «CL» indikasiyası əks olunur.
Kilidləməni söndürmək üçün göstərilən düymələri ən az 3 saniyə basıb saxlamaq lazımdır.
• Barabanın təmizlənməsi (Очистка барабана): rejim maşının barabanının yüksək
temperaturda böyük miqdarda su ilə təmizlənməsi və sterilləşdirilməsi üçün nəzərdə tutulub.
Rejmi işə salmaq üçün «Temperatur» düyməsini basıb 3 saniyə saxlamaq lazımdır. Bu rejim
geyimlərin yuyulması üçün nəzərdə tutulmayıb. Ən yaxşı nəticəyə nail olmaq üçün az miqdarda
yuyucu vasitə əlavə etmək tövsiyə olunur.
156