Текст страницы
XİDMƏT VƏ QULLUQ
DİQQƏT!
Maşını təmizləmədən və ya ona xidmət göstərmədən əvvəl qidalanma məftilini yuvadan
çıxarmaq və su vermə kranını bağlamaq lazımdır.
QADAĞANDIR!
• Maşının və onun tərkib hissələrinin təmizlənməsi üçün iti əşyalar və metalik fırçalar,
eləcə də tərkibində abraziv və həlledicilər olan vasitələr istifadə etmək!
• Maşını su axını altında yumaq.
Maşının səthini ehtiyac olduqda həll edilmiş qeyri-abraziv neytral təmizləyici vasitələrin köməyi
ilə təmizləmək lazımdır. Maşından su töküldükdə onu dərhal quru parça ilə silmək lazımdır.
İstismar prosesində suyun temperaturu sıfırdan aşağı düşərsə və maşın «donarsa», aşağıdakı
adıımlar atılmalıdır:
- maşını elektrik şəbəkədən ayırmaq;
- su vermə kranını isti su ilə yuyaraq su şlanqının birləşməsini zəiflətmək lazımdır.
- su vermə şlanqını ayıraraq isti suya qoymaq;
- barabana isti su tökərək ən az 10 dəqiqə gözləmək;
- su vermə şlanqını birləşdirib suaxıtmanın və su vermənin normal işləməsindən əmin olmaq.
Maşının istismarını bərpa etmədən öncə əmin olun ki, otaq temperaturu 0 °С-dən yüksəkdir.
Əgər maşın tez-tez donan otaqda quraşdırılbsa, hər yumadan sonra su vermə və çirkab su
vermə şlanqından su qalıqlarını axıdın.
Su vermə şlanqından su qalıqlarını axıtmaq üçün aşağıdakı addımlar atılmalıdır:
- su vermə kranını bağlamaq;
- su vermə şlanqını krandan ayırmaq və onun ucunu su yığımı qabına salmaq;
- «Suaxıtma» və «Sıxma» başqa istənilən iş rejimini işə salmaq;
- təqribən 40 saniyədən sonra şlanqdan su axmağa başlayacaq. suaxıtmanın bitməsini
gözləmək lazımdır;
- şlanqı krana qoşmaq lazımdır;
- qalan suyu axıtmaq lazımdır.
AZƏRBAYCAN
DİQQƏT!
Yanıqlardan qacınmaq üçün bu əməliyyatları yalnız maşında isti suyun soyumasından
sonra icra etmək lazımdır.
Maşının
barabanının
təmizlənməsi
Yumadan sonra barabanın daxili səthində pas və digər çirklənmələr dərhal tərkibində xlor
birləşmələri olmayan təmizləyici vasitələr ilə təmizlənməlidir.
Hər yumadan sonra maşının qapısının şüşəsini və barabanın kipləşdiricisini təmizləmək və
qurulamaq lazımdır. Yumadan sonra kipləşdiricidə qalan çirk və kənar əşyalar su sızmasının
səbəbi ola bilər.
Su vermə
filtlərinin
təmizlənməsi
Su vermə kranı tam açıqdırsa, lakin su kifayət edəcək miqdarda gəlmirsə, su vermə filtrlərin
təmizlənməsini aşağıdakı kimi icra edilməlidir:
- su vermə kranını bağlamaq;
- su vermə şlanqını krandan ayırmaq;
- su vermə şlanqının filtrini su axını altında yumaq;
- su vermə şlanqını maşından ayırmaq;
- maşının su vermə şlanqını kəlbətin ilə çıxarmaq;
- filtri su axını altında yumaq, bundan sonra isə filtri yerinə yerləşdirmək;
- su vermə şlanqını birləşdirmək və su sızmasının olmamasından əmin olmaq.
173