Текст страницы
Suaxıtma
nasosunun
filtrinin
təmizlənməsi
• Suaxıtma nasosunun filtri yuma zamanı maşına düşən parça qırıqlarını və kiçik əşyaları
özündə saxlayır.
• Maşının normal işini təmin etmək üçün filtri müntəzəm olaraq təmizləmək tövsiyə olunur.
• Filtr həmçinin maşın suaxıtma və ya sıxma əməliyyatlarını icra etmədikdə, eləcə də suaxıtma
zamanı filtrə düşmüş kənar əşyalar səs çıxardıqda təmizlənməlidir.
DİQQƏT!
Maşın işləyərkən nasosdan isti su daxil ola bilər. Heç bir halda nasosun qapağını maşın
işləyərkən çıxarmayın. Maşının iş dövrəsinin bitməsini gözləyin. Filtri və qapağı yerinə
yerləşdirərkən onların yerinə etibarlı və kip oturduğundan əmin olun.
Suaxıtma nasosunun filtrinin təmizlənməsi üçün aşağıdakı addımlar atılmalıdır:
1. Filtrin qapağını açın.
2. Təcili suaxıtma şlanqını 90° çevirin və çıxarın.
3. Şlanqdan tıxacı çıxarıb suyun toplanması üçün qaba salın.
4. Suyun axmasını göxləyin, daha sonra tıxacı şlanqa salın və yerinə yerləşdirin.
5. Filtri saat əqrəbinin əksinə çevirin, bundan sonra onu maşının korpusundan çıxarın.
6. Filtrdən və maşının korpusundan çirki və kənar əşyaları təmizləyin.
7. Filtri yerinə yerləşdirin və saat əqrəbi ilə sonadək çevirin, bundan sonra isə filtrin qapağını
yerinə yerləşdirin.
DİQQƏT!
Bəzi modellərdə təcili suaxıtma şlanqı olmaya bilər. Təcili suaxıtma şlanqı olmadıqda
suyun axıdılması üçün filtrin qapağını çevirmək lazımdır.
Təcili suaxıtma şlanqı
1
2
3
AZƏRBAYCAN
6
5
4
Yuyucu
vasitələr
üçün
bölmənin
təmizlənməsi
1
Yuyucu vasitələr üçün bölmənin təmizlənməsi
üçün aşağıdakı addımlar atılmalıdır:
1. Bölməni tam çəkib fiksatora basın.
2. Bölməni səliqə ilə maşının kopusundan
çıxarın.
3. Bölmənin bütün gözlərini axar su altında
yuyun. Ehtiyac olduqda bölməni təmizləmək
üçün yumşaq fırçadan istifadə etmək olar.
4. Yumşaq fırça ilə maşının korpusunun içində
çirkləri təmizləyin.
5. Bölməni yerinə yerləşdirin və sonadək salın.
2
174