Текст страницы
• Elektrik şokundan yayınmaq üçün heç vaxt bu cihazın
daxili hissələrinə toxunmayın. Yalnız ixtisaslı bir texnik bu
cihazın içini aça bilər.
• Enerji naqili tam yerinə oturana qədər möhkəm
basılmalıdır. Enerji kabelini elektrik rozetkasından
çıxararkən həmişə enerji kabelini ştepselindən çəkin. Heç
vaxt enerji kabelindən dartaraq elektrik şəbəkəsindən
ayırmayın. Enerji naqilinə yaş əllərlə toxunmayın.
• Əgər bu cihaz normal şəkildə işləməzsə, xüsusən də,
əgər ondan hər hansı qeyri-adi səs yaxud qoxu gələrsə,
onu dərhal elektrik şəbəkədən ayırın və səlahiyyətli diler
yaxud xidmət mərkəzi ilə əlaqə saxlayın.
• Servantın saxlanılması.
‒
Digər komponentləri bu məhsula qoşmazdan əvvəl
onları söndürməyi unutmayın.
• Əgər məhsul istifadəsiz qalarsa yaxud evi bir müddətlik
tərk etməyiniz lazım gələrsə, enerji kabelini ştepsel
rozetkasından çıxarın (xüsusən də, uşaqlar, yaşlılar və ya
əmək qabiliyyətini itirmiş şəxslər evdə tək qalarsa).
• Bu aparatı tamamilə söndürmək üçün onu divar
rozetkasından ayırmalısınız. Buna görə də divar rozetkası
və ştepsel çəngəli hər zaman əlçatan və hazır vəziyyətdə
olmalıdır.
• Uşaqların məhsuldan sallanmasına icazə verməyin.
• Aksessuarları (batareya və s.) uşaqların əli çatmayan
yerdə təhlükəsiz şəkildə saxlayın.
• Məhsulu titrəyən şkaf, maili döşəmə və ya vibrasiyaya
məruz qalan yerlər kimi qeyri-sabit məkanlarda
quraşdırmayın.
• Məhsulu yerə salmayın və ya zərbə ilə vurmayın. Məhsula
zərər dəyərsə, enerji naqilini çıxarın və xidmət mərkəzi ilə
əlaqə saxlayın.
• Bu aparatı təmizləmək üçün elektrik kabelini divar
rozetkasından çıxarın, sonra məhsulu yumşaq, quru parça
ilə silin. Mum, benzol, spirt, aşındırıcı, həşəratöldürən,
hava təravətləndiricilər, sürtkü yağları və ya yuyucu
vasitə kimi kimyəvi maddələrdən istifadə etməyin. Bu
kimyəvi maddələr məhsulun görünüşünü zədələyə və ya
məhsulun üzərindəki çap məlumatlarını poza bilər.
• Bu aparatı su damcılarının və ya sıçrantısının təsirinə
məruz qoymayın. Aparatın üzərinə vazalar kimi mayelərlə
doldurulmuş əşyalar qoymayın.
• Bir neçə elektrik cihazını eyni divar rozetkasına qoşmayın.
Rozetkanın həddindən artıq yüklənməsi onun həddindən
artıq qızmasına, nəticədə isə yanğına səbəb ola bilər.
‒
Toplanmış toz hissəcikləri enerji naqilində qığılcım
çıxararaq və ya istilik yaradaraq elektrik şokuna,
elektrik sızmasına yaxud yanğına səbəb ola bilər,
yaxud izolyasiyanın pisləşməsinə şərait yarada bilər.
• Məhsulunuzu güclü toza, yüksək və alçaq temperatur
göstəricilərinə, yüksək rütubətə, kimyəvi maddələrə
məruz qalan, eləcə də, hava limanı, qatar stansiyası və
s. kimi gün ərzində 24 saat işləyən yerdə quraşdırmaq
istəyən zaman məlumat üçün səlahiyyətli xidmət
mərkəzi ilə əlaqə saxlayın. Bu addımın icra edilməməsi
məhsulunuza ciddi zərərə səbəb ola bilər.
• Yalnız düzgün şəkildə torpaqlanmış ştepsel və divar
rozetkasından istifadə edin.
‒
Qeyri-düzgün torpaqlanma elektrik şoku və ya
avadanlığa zərərə səbəb ola bilər. (Yalnız I Sinif
avadanlıqlar.)
XƏBƏRDARLIQ
• YANĞININ YAYILMASININ QARŞISINI ALMAQ
ÜÇÜN ŞAM VƏ YA DİGƏR AÇIQ ALOV
MƏNBƏLƏRİNİ BU MƏHSULDAN HƏMİŞƏ
UZAQDA SAXLAYIN.
• Yanğın və ya elektrik zərbəsi riskini azaltmaq üçün bu
cihazı yağışın və ya nəmliyin təsirinə məruz qoymayın.
• Məhsulun ətrafında ağcaqanad qovucu və ya hava
təravətləndiricisi kimi kimyəvi maddələrdən ibarət olan
maye fumiqatorlardan istifadə etməyin. Buxar məhsulun
səthi ilə təmasda olarsa və ya məhsula nüfuz edərsə,
ləkələrə və ya nasazlığa səbəb ola bilər.
azærbajʤan - 2