Инструкция холодильная витрина Бирюса L152

Страница 69 (стр. 69 из 77)

Бренд: L152

Страница 69 документа Холодильная витрина Бирюса L152. Раздел: Холодильники. Бренд: L152.

Текст страницы

Elektron kilid

1

3

5
4
2

1 - rəzənin plankası;
2 - qəza açılması qarmağı;
3 - rəzənin sabitləşdiricisi;
4 - vitrinin korpusu;
5 - vitrinin qapısı.

• Mexanik kilidlə təchiz olunmuş vitrinlərin
komplektləşməsinə əlavə olaraq aşağıdakılar daxildir: kilid
(vitrin üzərində quraşdırılmışdır), brelok, brelok tutqacı,
qəza açılması qarmağı.
• Elektron kilidli vitrini istifadə etməzdən əvvəl
aşağıdakılar edilməlidir (səhifə 9 şəkil C11 bax):
1. burğacla rəzənin sabitləşdiricisini «3» «işlək» vəziyyətə
çevirərək (oxu ilə aşağı) rəzənin plankasını «1» blokdan
çıxarın.
2. Kilidin işini yoxlamaq üçün brelokdan istifadə edin:
rəzənin plankasının «1» yuxarı-aşağı hərəkəti.
3. Ehtiyac olduqda, rəzəni bloka salmaq olar, bunun
üçün rəzənin sabitləşdiricisini «1» burğacla «bloklama»
vəziyyətinə çevirmək lazımdır (oxu ilə yuxarı). Bu
vəziyyətdə kilid elektrik cərəyanı olmadıqda qapının
açılmasına mane olmur və vitrinin daşınması zamanı
zədələnmir.
4. Kilidin qəza açılması üçün qarmağı «2» qapının
kipləşdiricisi ilə soyuducu vitrinin divarı arasındakı
boşluğa daxil etmək və qarmağın ucu ilə rəzənin bağlayıcı
plankasını «1» qaldırmaq lazımdır.

XİDMƏT VƏ QULLUQ

Soyuducu
bölməsi

Soyuducu bölmənin buxarlandırıcısının buzu avtomatik olaraq əriyir. Buxarlandırıcının üzərində
qırov və ya donmuş damcılar şəklində yığılan nəm kompressor söndürüldükdə əriyir və
suboşaltma sistemi vasitəsilə ərimiş su üçün olan konteynerə axır və burada kompressorun
verdiyi istilik hesabına buxarlanır.

DİQQƏT!

AZƏRBAYCAN

Normal iş üçün vitrinin drenaj deliyinin tıxanmamasına
diqqət yetirin. Drenaj deliyi tıxanıbsa, o, istismar sənədlərinə
daxil olan drenaj əlavəsi ilə təmizlənməlidir (Biryusa 235DN
modellərindən başqa).

Drenaj əlavəsi

Qulluq

• Vitrinin etibarlı və uzunmüddətli işləməsi üçün həm içərisi, həm də xarici müntəzəm olaraq
təmizlənməlidir.
• Bunun üçün vitrini elektrik şəbəkəsindən ayırın.
• Vitrinin daxili və xarici səthlərini sabunlu su ilə yuyun, təmiz su ilə durulayın, tam qurudun və
qapıları açıq vəziyyətdə bir saat havalandırın.
• Vitrinin arxa divarında yerləşən kondensatorunun üzərinə yığılan toz vitrinin normal işləməsinə
mane olur və enerji sərfiyyatının artmasına səbəb olur, buna görə də vaxtaşırı (6 ayda bir dəfə)
tüklü fırça və ya tozsorandan istifadə edərək kondensatoru tozdan təmizləmək lazımdır.
• Çıxarılabilən kondensator olan havalandırıcı ilə təchiz olunmuş avadanlığın qəzasız istismarını
təmin etmək üçün ventilyatorun pərlərini və kondensatorun borularını ən az iki ayda bir dəfə
tozdan təmizləmək lazımdır. Bunun üçün burğacdan istifadə edərək kompressor bölməsindən
kürsülü paneli çıxarın, bundan sonra tozsoran və fırça ilə diqqətlə tozdan təmizləyin.

Qeyd

Çıxarılabilən kondensatoru və havalandırıcını təmizləmək üçün səlahiyyətli servis mərkəzinə
müraciət etmək tövsiyə olunur.

DİQQƏT!

• Kürsülü paneli çıxarmazdan əvvəl avadanlığın elektrik şəbəkəsindən ayrıldığından əmin
olun! Qapağın arxasında isti və fırlanan detalların olduğuna diqqət edin.
• Havalandırıcı sıradan çıxdığı halda, avadanlığın istismarı qadağandır! Bu halda servis
mərkəzinə müraciət etmək lazımdır.
• Vitrinin korpusunda nəm kondensasiyasının (damcıların əmələ gəlməsinin) qarşısını
almaq üçün, konstruksiyada qapının perimetri boyunca yerləşən quraşdırılmış istilik
dövrəsinin köməyi ilə şkafın qızdırılması nəzərdə tutulub. Bununla bağlı, kompressorun
işləməsi zamanı vitrinin korpusu, kipləşdirici, qapının korpusu qıza bilər. Bu hadisə qüsur
deyil.

68

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.