Инструкция холодильная витрина Бирюса L152

Страница 70 (стр. 70 из 77)

Бренд: L152

Страница 70 документа Холодильная витрина Бирюса L152. Раздел: Холодильники. Бренд: L152.

Текст страницы

MÜMKÜN NASAZLIQLAR VƏ ONLARIN ARADAN QALDIRILMASI ÜSULLARI

Nasazlıq, onun zahiri təzahürü
Ehtimal olunan səbəb
Nasazlığın müəyyən edilməsi və
aradan qaldırılması üsulu

Şəbəkəyə qoşulmuş vitrin işləmir
Şəbəkədə gərginlik yoxdur
Şəbəkədə gərginliyi yoxlayın

Tıxac ilə tıxaclıq arasında əlaqə
yoxdur
Əlaqəni təmin edin

Vitrinin içərisində və ya reklam
panelində (kanepeli vitrinlərdə)
işıqlandırma yoxdur, vitrin işləyir

İşıq lampası işləmir
Servis mərkəzinə müraciət edin
İşıqlandırma açarı nasazdır

Rəqəmsal termometr
temperaturu əks etmir
Termometr işləmir
Servis mərkəzinə müraciət edin

Soyuducu aqreqatın boru kəmərləri
vitrinin korpusuna və ya divarına
toxunur
Boru kəmərləri ilə təması aradan
qaldırın

İşləyən vitrində cingilti və taqqıltı

Vitrin qeyri-sabit və hamar olmayan
səth üzərndə quraşdırılıb
Vitrini düz səthə yerləşdirin,
nizamlayıcı dayaqlar vasitəsilə
vitrinin sabit vəziyyətini tənzimləyin

Vitrində qoxu
Qoxu verən məhsulların kip
qablaşdırılmaması
Vitrini isti sabunlu su ilə yuyun,silin
və havalandırın

Digər nasazlıqlar baş verərsə, servis mərkəzinə müraciət edin.

Vitrinin işləməsi zamanı aşağıdakı səslər eşidilə bilər:
• temperatur verici-relesinin işə düşməsinin klikləri;
• soyuducu sisteminin boruları ilə dövr edən soyuducu amilin şırıltısı;
• materialların temperatur deformasiyalarında yüngül çatıldamalar;
• işləyən ventilyatorların yaratdığı cüzi səs-küy (uğultu) eşidilə bilər.
Bu səslər funksional xarakter daşıyır və heç bir qüsurla əlaqəli deyil.

AZƏRBAYCAN

İstilik izolyasiyasının istehsalında ıxılma verən siklopentan köpükləndirici qaz kimi istifadə olunur.
İstilik izolyasiyasının sıxılması nəticəsində vitrinin korpusunun yan səthlərində və arxa divarında
yaranan cüzi qeyri-bərabərlik vitrinin işinə təsir etmir və nöqsan deyil.

Xəta kodları

Biryusa 154DN, 235DN, 461RDN, 521RDN, 461KRDN, 521KRDN, 461RDNQ, 521RDNQ,
461KRDNQ, 521KRDNQ:

«Е0» - temperatur sensorunun nasazlığı (qısaqapanma və ya sensor zəncirinin qırılması). Daim
əksolunma Digər xəbərdarlıqlar aktiv olduqda, səhv kodunun göstəricisi yanıb-sönür.
«-65» - Temperatur sensorunun nasazlığı. Səhv kodu sayrışır.

UTİLİZASİYA

Müəyyən edilmiş xidmət müddəti bitdikdən sonra istehsalçı-müəssisə vitrinin təhlükəsiz
istismarına cavabdeh deyil, buna görə də vitrinin elektrik və yanğından mühafizəsini təmin etmək
üçün ən az üç ildə bir dəfə elektrik naqillərin profilaktik yoxlanılması və ya təmiri üçün servis
mərkəzinin mütəxəssisini dəvət etmək tövsiyə olunur.

Əgər vitrinin gələcəkdə istismarı mümkün deyilsə, (vitrinin elektrik şəbəkədən ayıraraq) elektrik
qaytağını kəsərək onu istifadəyə yararsız hala salmağı tövsiyə edirik.

• Vitrinin korpusu yerli administrasiya tərəfindən müəyyən edilmiş qayda və tələblərə uyğun
olaraq məişət və sənaye tullantıları üçün poliqonlarda basdırılmalıdır
• Kompressor, soyuducu qurğu, işə salma relesi, elektrik naqilləri qara və əlvan metal qırıntıları
kimi utilizasiya edilə bilər.
• Avadanlığın tərkibində qiymətli metallar və daşlar yoxdur.
• Avadanlıqdakı əlvan metalların miqdarı www.biryusa.ru saytında baxa bilərsiniz.

QADAĞANDIR!

Yanma zamanı zəhərli maddələrin əmələ gəlməsi ilə əlaqədar vitrinin korpusunun istilik
izolyasiyasının yandırılması.

69

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.