Текст страницы
İSTİSMAR
Soyuducunun işə salınması üçün elektrik kabelini rozetkaya qoşmaq lazımdır.
Soyuducunun
işə salınması
Soyuducunu elektrik şəbəkəsindən tamamilə ayırmaq üçün elektrik şnurunun çəngəlini
rozetkadan çıxarmaq lazımdır.
Soyuducunun
söndürülməsi
Biryusa 508, 514, 551, 553
Soyuducuda temperatur rejimi termostatın düyməsini çevirməklə təyin edilir və avtomatik saxlanılır.
Dəstəni saat əqrəbi istiqamətində çevirdikdə soyuducuda temperatur azalır, saat əqrəbinin əksinə
çevirdikdə temperatur artır.
Temperatur
rejiminin təyin
edilməsi
Maksimal soyuq
Minimal soyuq
Biryusa 508
• Təzə qida məhsullarının saxlanması üçün bölmədə temperatur rejimini altlıqda pəncərəni
böyütmək və ya kiçiltməklə dəyişmək olar. Pəncərənin ölçüsünü pərdəni əl ilə çəkməklə dəyişmək
mümkündür. Soyuducu kamerada ərzaqlar kifayət qədər soyumadıqda pəncərəni böyütmək,
həddən artıq soyuduqda isə - kiçiltmək lazımdır.
• Soyuducunu ilk dəfə işə saldıqda altlıqdakı pəncərəni tam açmaq lazımdır.
AZƏRBAYCAN
Pəncərə
Pərdənin dəstəsi
Altlıq
Biryusa 514
Dondurucu elektrik şəbəkəsinə qoşulduqda ön paneldə yaşıl indikatoru yanır və həmişə yanılı
qalır.
Dondurucu elektrik şəbəkəsinə qoşulduqda ön paneldə yaşıl indikatoru yanır. Dondurucuda təyin
olunmuş temperatura çatdıqda göstərici sönür. Həmçinin, dondurucuda temperatur təyin olunmuş
temperaturdan artıq olduqda qırmızı göstərici yanır. Temperatur təyin edilmiş həddə düşdükdən
sonra göstərici sönür.
Dondurucunun iş rejimi termostatın dəstəyini uyğun vəziyyətə çevirməklə təyin edilir:
«Saxlama» rejimi. Bu rejim standart olaraq təyin edilir. Termotənzimləyicinin dəstəsini çevirməklə
dondurucuda temperatur rejimi qurulur. Bu rejimdə dondurucunun kompressoru dövri işləyir.
«Dondurma» rejimi. «Dondurma» rejiminə keçid termostatın dəstəyini klik səsi eşidənə qədər
saat əqrəbi istiqamətində son vəziyyətə çevirməklə həyata keçirilir. Bu rejimdə işləyərkən
dondurucunun ön panelində sarı (və ya mavi) rəngli indikator yanmağa başlayır və həmişə yanır.
Kompressor işləmə dövrələrinin müddəti artır.
«Söndürülmüş» rejimi. «Söndürülmüş» rejiminə keçid termostatın dəstəyini klik səsi eşidənə
qədər saat əqrəbinin əksi istiqamətində son vəziyyətə çevirməklə həyata keçirilir. Bu rejimdə
dondurucunun kompressoru işləmir.
40