Текст страницы
QİDALARIN SAXLANMASI VƏ DONDURULMASI ÜÇÜN TÖVSİYƏLƏR
Mərtəbələr üzrə soyuqluq. Təzə qida məhsullarının saxlama bölməsində saxlama üçün optimal temperatur
0-dan 8 °C-ə qədər olur və yuxarı rəfdən meyvə qablarına qədər tədricən azalır.
Təzə
ərzaqların
saxlanması
Soyuducunuzda ən aşağı temperatur tərəvəzlərin ən yaxşı saxlandığı meyvə qablarının
üstündədir, ən az soyuq yer isə qapının yuxarı rəfidir.
YADDA
SAXLAYIN!
- ərzaqların mənfi 18 °С artıq olmayan temperaturda saxlanması üçün bölmə.
- ərzaqların mənfi 12 °С artıq olmayan temperaturda saxlanması üçün bölmə.
Dondurulmuş
ərzaqların
saxlanma
müddəti
Qidaların
dondurulması
- qida məhsullarının ətraf mühitin temperaturundan mənfi 18 °C-ə qədər dondurulması
və dondurulmuş qida məhsullarının mənfi 18 °C-dən çox olmayan temperaturda saxlanması üçün
bölmə.
• "Dondurulma" rejimi təzə qida məhsullarını qoymazdan 24 saat əvvəl istehlakçı tərəfindən
qoşulur.
• Biryusa 14 modelində böyük həcmdə isti ərzaq dondurulan zaman (9-12 kq) yuxarı qabı
dondurucu kameradan çıxarın. Ərzaqları qablaşmadan çıxarın, hissələr bölün və buxarlandırıcının
yuxarı rəfinin üstünə bərabər yerləşdirin. Ərzaqlar tam dondurulduqdan sonra onları qaba qoyun
və qabı yerinə yerləşdirin.
«Dondurma» rejimi məhsullarınızın daha tez dondurulması üçün lazımdır.
DİQQƏTİNİZƏ!
Əlavə
məsləhətlər
AZƏRBAYCAN
• Soyuducunun daxilindəki temperatura soyuducunun yeri, ətraf mühitin temperaturu, qapının
açılma tezliyi təsir edə bilər.
• Dondurulacaq məhsullar qablaşdırmadan əvvəl hissələrə bölünməli və qablaşdırmada mümkün
qədər az hava qalması üçün sıx şəkildə qablaşdırılmalıdır.
• Uzunmüddətli saxlama üçün nəzərdə tutulan məhsulların yüksək keyfiyyətli dondurulması
üçün onlar dondurulmuş qida saxlama bölməsinə dondurma qabiliyyətini aşmayan hissələrlə
yüklənməlidir. Dondurma müddəti çəkilib bükülmədən, qablaşdırmadan, döşənmə üsulundan,
məhsulların növündən asılıdır. Dondurma gücü texniki xarakteristikalar cədvəlində göstərilib.
• Xüsusi qoxuya malik olan və ya qoxuları asanlıqla özünə hopduran qidalar qablaşdırmada,
mayelər isə yalnız qapalı vəziyyətdə saxlanılmalıdır.
• Dondurulmuş qidaların yanında isti yeməkləri qoymayın.
• Dondurulmuş qida saxlama bölməsinə qazlı içkilər qoymayın.
• Buxarlandırıcıda qar örtüyünün sürətlə yığılmasının qarşısını almaq istəyirsinizsə, dondurucu
bölməsinə otaq temperaturuna qədər soyumuş ərzaqları yerləşdirin. Dondurulmuş yemək
bölməsinin qapısını lazımsız yerə açmayın və çox uzun müddət açıq saxlamayın.
• Əgər soyuducu temperaturu +16 °C-dən aşağı olan otaqda uzun müddətlik quraşdırılıbsa,
o, düzgün işləməyə bilər (dondurulmuş qida saxlama bölməsində ərzaqların əriməsi və ya
temperaturun artması ehtimalı var).
• Dondurulmuş qidanın əriməsi zamanı temperaturun hər hansı bir artımı belə qidaların saxlama
müddətini qısaldır.
• Kondensatorun üzərinə yığılan toz soyuducunun normal işləməsinə mane olur və enerji
sərfiyyatının artmasına səbəb olur, buna görə də vaxtaşırı (ildə bir dəfə) tüklü fırça və ya
tozsorandan istifadə edərək kondensatoru tozdan təmizləmək lazımdır.
• Soyuducu müvəqqəti olaraq söndürülübsə və ya uzun müddət işlək vəziyyətdə deyilsə, cihazı
boşaldın, təmizləyin, qurudun və qapıları açıq qoyun.
Mağazadan alınmış hazır dondurulmuş ərzaqların qablaşmasında göstərilən saxlama müddətinə
riayət etməyi tövsiyə edirik. Öz-özünə dondurulmuş qidaları saxlayarkən aşağıdakı cədvələ baxın.
Dondurulmuş
ərzaqların
saxlanma
müddəti
41