Текст страницы
AZE
2
S OY U D U C U N U N İ Ş İ N İ N İ DA RƏ E D İ L M Ə S İ
2.1 IDARƏETMƏ PANELI
2.1.1 İdarəetmə paneli Şəkil 1 və 3-ə uyğun olaraq işıqlandırılmış indikatorlar və idarəetmə düymələri ilə təchiz edilmişdir. İdarəetmə
paneli üçün soyuducu kameranın qapısını açmaq lazımdır.
Düymələrə basarkən yad əşyalardan istifadə etmək qadağandır və düymələrin səthinin deformasiyasından və qırılmalarından
qorunmaq üçün həddindən artıq güc tətbiq etməyin.
2.2 SOYUDUCUNUN İŞƏ SALINMASI
2.2.1 Soyuducunu işə salmaq üçün cihazın elektrik çəngəlini elektrik mənbəyinə/şəbəkəsinə qoşmaq lazımdır.
2.3 YANDIRMAQ/SÖNDÜRMƏK BÖLMƏSİ
2.3.1 SK-nin qapısını açın.
SK və DK-nin işə salınması üçün müvafiq düyməni
basıb və 5 saniyədən artıq saxlamaq lazımdır. İdarəetmə panelində soyuducunun
söndürülməsindən əvvəl qurulmuş temperatur indikatorları yanacaq (SK-ni ilk dəfə işə salarkən “4”, DK-ni işə salarkən isə “mənfi -18”
yanacaqdır).
SK-nin qapısını bağlayın.
DİQQƏT! Elektrik şəbəkəsində cərəyanının kəsilməsi soyuducunun növbəti iş rejiminə təsir etmir. Elektrikin bərpasından
sonra soyuducu əvvəlcədən quraşdırılmış temperaturla işini davam edəcəkdir. Lazım gələrsə “Supersoyutma” və “Superdondurma”
funksiyalarını yenidən quraşdırın.
2.3.2 Soyuducunu söndürmək üçün müvafiq düyməni
basaraq 5 saniyədən artıq saxlamaq lazımdır. İdarəetmə panelində
həmin bölməyə aid bütün indikatorlar/göstəricilər sönür və SK-nin qapısını örtdükdə həmin bölmədəki bütün işıqlandırma sönəcəkdir.
2.4 BÖLÜMDƏKİ TEMPERATURUN SEÇİLMƏSİ
2.4.1 Temperaturun təyin edilməsi üçün müvafiq “оС” düyməsini qısamüddətli basmaq lazımdır – və şəkil 3-ə müvafiq olaraq
bölmədə bütün rəqəmsal temperatur göstəriciləri yanmağa başlayır.
2.4.2 Kameralarda aşağıdakı temperatur göstəricilərini təyin etmək olar:
— SK-də müsbət +2 0С -dən + 8 0С-dək;
— DK-də mənfi 16 0С-dən mənfi 24 0С-dək.
Bölmədə seçilmiş temperaturu əldə etmək üçün, xüsusən ilk işə salındıqdan sonra, həmçinin soyuducunu təmizlədikdən sonra
müəyyən bir vaxt lazımdır.
2.5 DK-DƏ YÜKSƏK TEMPERATUR GÖSTƏRİCİSİ
2.5.1 DK-də yüksək/artan temperatur göstəricisi vardır. DK-də temperatur artdıqda (məsələn, böyük miqdarda təzə ərzaq
doldurarkən) və həmçinin, ilk dəfə, və ya təmizlədikdən sonra işə salarkən indikator yanıb-sönməyə başlayır.
Qısa müddət içində göstəricinin yanması (məsələn, DK-nin qapısının uzun müddət açıq saxlanılması) nasazalıq əlaməti deyil: DK
kifayət qədər temperatur düşdükdən sonra göstərici avtomatik olaraq sönür. İndikatorun uzun zaman yanması halında saxlanılan ərzağın
keyfiyyətini yoxlayın və texniki xidmətindən usta çağırın.
2.6 “SK SUPERSOYUTMA” («super cool» —
) FUNKSI-YASININ YANDIRILIB/SÖNDÜRÜLMƏSI
2.6.1 İçkiləri və ya çox sayda təzə məhsulu SK-də tez bir zamanda soyutmaq lazımdırsa, funksiyanı işə salmaq tövsiyə olunur. Funksiya
işə salındıqda, məhsulların tez soyudulması üçün SK-də temperatur minimal səviyyəyə enir.
2.6.2 “Supersoyutma” funksiyasını işə salmaq üçün «super cool» düyməsi basılır — indikator yanır
. SK-nin digər indikatorları
sönəcəkdir.
2.6.3 6 saat sonra və ya «super cool» düyməsini yenidən basmaqla funksiya avtomatik olaraq sönür —
indikator sönür.
2.7 “SUPERDONDURMA” («super freeze»
) FUNKSIYASININ YANDIRILIB/SÖNDÜRÜLMƏSI
2.7.1 «Superdondurma” funksiyasını işə salmaq üçün «super freeze» düyməsi basılır —
indikator yanır. DK-nin digər indikatorları
sönəcəkdir.
2.7.2 (55±5) saat sonra və ya «super freeze» düyməsini yenidən basmaqla funksiya avtomatik olaraq sönür —
indikator sönür.
“Superdondurma”
funksiyasının indikatoru
SK-də “Supersoyutma”
funksiyasının indikatoru
DK-da temperaturun
indikatoru
SK-də temperaturun
indikatoru
DK-də temperaturun
seçimi düyməsi
SK-də temperaturun
seçimi düyməsi
SK-ni yandırmaq/
söndürmək düyməsi
DK-ni yandırmaq/
söndürməq
düyməsi
“Superdondurma”
funksiyasının düyməsi
SK-də “Supersoyutma”
funksiyasının düyməsi
Şəkil 3 – Idarəetmə paneli
12
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является