Текст страницы
AZE
2.8 MÜMKÜN NASAZLIQLAR
2.8.1 Bölümdə indikatorlarının
və “2” və ya
və “mənfi 24” temperatur indikatorlarının eyni vaxtda yanması nasazlığı göstərir
və bunun aradan qaldırılması üçün servis mexanikini çağırmaq lazımdır.
2.8.2 Temepratur indikatorun uzun müddət yanıb-sönməsi zamanı, saxlanılan məhsulların vəziyyətini yoxlamaq və servis mexanikini
çağırmaq lazımdır.
2.9 SOYUDUCUNUN SÖNDÜRÜLMƏSİ
2.9.1 Soyuducunun kameralarini söndürdükdən sonra, cihazı elektrik çəngəlini elektrik mənbəyindən çıxarmaqla onu
şəbəkədən ayırın.
3 S O Y U D U C U N U N İ S T İ S M A R I
3.1 SK-NİN ISTISMARI
DİQQƏT! Şəkil 4-ə uyğun olaraq məhsulları SK-nin sağ tərəfində yerləşən istilik sensoruna yaxın qoymayın.
3.1.1 Şəkil 1-ə uyğun olaraq, butılkalar üçün rəf butılkada olan içkilərin saxlanması üçün nəzərdə tutulmuşdur, SK-nin daxili
boşluğundan səmərəli istifadə etməyə imkan verir. Butılkaları SK-nin arxa divarına toxunmayacaqları vəziyyətdə yerləşdirmək lazımdır.
Butılkalar üçün olan altlığı içkilərin ən optimal temperatura qədər soyudulduğu yuxarıdan ikinci olan şüşə-rəfin üzərində quraşdırmaq
tövsiyə olunur.
3.1.2 Şəkil 5-ə uyğun olaraq asma qab kolbasa və ya pendir kimi məhsulların saxlanması üçün nəzərdə tutulub.Qab, plastik sürgü
vasitəsilə (sürüşə bilən hissə) şüşə-rəfə bərkidilir və rəf boyunca hərəkət etdirilə/sürüşdürülə bilir. Ərzaq məhsullarını qaba yerləşdirmək
üçün qabı özünüzə tərəf çəkmək lazımdır. Sonra sürgünü çıxartmaq lazımdır:
— sürgünün (sürüşə bilən hissəninin) arxa tərəfini azca qaldıraraq onu şüşə rəfdən ayırın;
— аrxa hissəsini aşağıya endirin və sürgünü özünüzə tərəf çəkərək ön tərəfin bloklanmasının qarşısını alın;
— qabı və sürgünü seçdiyiniz şüşə-rəfə əks qaydada quraşdırın.
3.1.3 Meyvə-tərəvəz qabı şəkil 6-ya uyğun olaraq ayırıcıya malikdir, bu da üç mövqedən birində yönəldici oyuqlar boyunca
quraşdırılmışdır.
Lazım gələrsə, SK-dan qabı götürmək və ya ayırıcını yenidən quraşdırmaq üçün:
— qapını tam olaraq açın, və qapı rəfini çıxarın sonra isə qabı çıxarın;
— ayırıcını qabdan çıxarın və soyuducu kameranın arxa divarınadək hərəkət edən oyuqlar boyunca yeni bir yerə quraşdırın.
3.1.4 Təravət bölməsindəki qabı (əgər varsa) və qida məhsullarını yerləşdirmək və götürmək üçün tam olaraq özünüzə tərəf çəkin.
İstifadənin rahatlığı üçün qablar diyircəkli sürgülər boyunca hərəkət edir.
Qabı SK-dən çıxarmaq lazımdırsa, onu öz ünə tərəf çəkmək, sonra yan və ön səthlərdən tutaraq yuxarı qaldıraraq hər iki tərəfdəki
diyircəkli sürgülərdən ayırmaq tövsiyə olunur. Qabı soyuducuya yerləşdirmək üçün hər iki tərəfdən qabın diyircəkli sürgülərinə quraşdırmaq
və yuxarı qaldıraraq içəri itələmək lazımdır.
3.1.5 Şüşə qablar üçün olan ayırıcı qapının açılıb örtülməsi zamanı butılkaların aşmasının qarşısını alır. Həmçinin onu şəkil 7-də
göstərilən formaya uyğun yerləşdirilə bilər.
3.2 DK-NIN ISTIFADƏSI
3.2.1 DK-nin yeşiklərinə məhsulların rahatlıqla qoyulub və götürülməsi üçün ön paneldə tutacaqları vardır, həmçinin soyuducudan
kənarda hərəkət etmək üçün yan səthlərdə də (ən aşağı qutudan başqa) tutacaqlara malikdir (şəkil 8).
3.2.2 Pelmeni, kiçik ət parçaları, giləmeyvə və s. Şəkil 1-ə (əgər varsa) uyğun olaraq giləmeyvə və digər kiçik məhsulların dondurulması
üçün altığa yerləşdirmək tövsiyə olunur. Dondurulduqdan sonra məhsulları qablaşdırın və saxlama üçün DK-nin yeşiklərinə qoyun.
3.2.3 DK-nin qapılarındakı Slim Space rəfi dondurulmuş qidaların kiçik paketlərdə qısamüddətli saxlanması üçün nəzərdə tutulmuşdur.
Qabı çıxarmaq üçün onu hər iki əlinizlə yuxarı qaldırmalı və qapıdakı bərkidicilərdən ayırmalısınız.
3.3 SK-NIN AVTOMATİK DEFROST/ BUZ ƏRITMƏ SİSTEMİ
3.3.1 SK-də avtomatik bir buz əritmə sistemindən istifadə edilir. SK-nin arxa divarında yaranan don, kompressor söndürüldükdə
defrost dövründə əriyir və su damlalarına çevrilir. Əriyən suyun damcıları qaba tökülür, içindəki çuxurdan borudan keçərək şəkil 9-a uyğun
olaraq kompressor üzərindəki qaba daxil olur və buxarlanır. Drenaj sisteminin tıxanmasını aradan qaldırmaq üçün nəzərdə tutulmuş
qabın açılışında bir fırça quraşdırılmışdır.
Bəzi hallarda qırov kompressorun yandırılmasından sonra SK-nin arxa divarında qala bilər ki, bu nasazlıq demək deyil. Qırov
soyuducunun işində nəzərdə tutulmuş ərimənin sonrakı dövrlərində əriyəcək.
SK-nin temperatur
tənzimləyicisi
butulka üçün ayırıcı
ayırıcı
sürgü (sürüşə bilən hissə)
asma qab
Şəkil 4
Şəkil 6
Şəkil 5
Şəkil 7
13
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является