Инструкция Холодильник с морозильником Бирюса 420

Страница 39 (стр. 39 из 50)

Бренд: Холодильник

Страница 39 документа Холодильник с морозильником Бирюса 420. Раздел: Холодильники. Бренд: Холодильник.

Текст страницы

ÜMUMİ MƏLUMAT

Məişət soyuducuları, soyuducu-dondurucular, dondurucular (bundan sonra soyuducular) təzə
qida saxlama bölməsində qida və içkilərin qısamüddətli saxlanması, təzə qidaların dondurulması
və dondurulmuş qidaların uzunmüddətli saxlanması üçün nəzərdə tutulmuşdur.

Soyuducuların işarələrinin izahı:
«M»
- rəng xətti «Metallik»,
«W»
- rəng xətti «Tutqun qrafit»,
«B»
- rəng xətti «Qara»,
«I»
- rəng xətti «Paslanmayan polad»,
«C»
- rəng xətti «Gümüşü metalloplast»,
- rəng xətti «Ağ» - işarəsiz.

Soyuducular TR Gİ 004/2011, TR Gİ 020/2011, TR AAİİ 037/2016, DÜİST 16317-87-nin
tələblərinə uyğundur.

İSTİSMARA HAZIRLIQ

  • Qablaşdırma filmini kəsin, köpük amortizatorlarını çıxarın.
  • Soyuducunun daxili detallarını qablaşdırma materiallarından çıxarın.

Qablaşmanın
açılması

DİQQƏT!

• Soyuducunu şaquli vəziyyətə gətirdikdən sonra işə salmazdan əvvəl ən az 30 dəqiqə
gözləmək lazımdır. Dərhal işə salmaq soyuducu aqreqatın sıradan çıxmasına səbəb ola
bilər!
• Soyuducunu işə salmazdan əvvəl, kompressorun üstündə yerləşən ərimiş su qabının
(Biryusa 408, 410, 412, 414, 416 modelləri istisna olmaqla) möhkəm bağlandığını yoxlayın.
• Soyuducu 0 °C-dən aşağı temperaturda saxlanılıb və ya nəql edilibsə, daha sonra
elektrik şəbəkəsinə qoşmazdan əvvəl soyuducunu ən az 8 saat qapısı açıq vəziyyətdə
otaq temperaturunda saxlamaq lazımdır. Qızdırılmamış soyuducunun şəbəkəyə qoşulması
onun sıradan çıxmasına səbəb ola bilər!

AZƏRBAYCAN

Quraşdırılma

• Soyuducu birbaşa günəş işığı düşməyən yerdə, işıqlandırma və istilik cihazlarından (qaz və
elektrik plitələri, sobalar və isitmə radiatorlarından) ən az 50 sm məsafədə quraşdırılmalıdır.
• Havanın dövr etməsi üçün soyuducunun üstündə ən azı 10 sm boş yer olmalıdır.
• Yerinin rahat dəyişdirilməsi üçün soyuducular kompressorun altinda quraşdırılmış təkərlərlə
təchiz olunub.

QADAĞANDIR!

Soyuducunu divar oyuğuna quraşdırmaq və ya mebelin içərisində qurmaq.

DİQQƏT!

Soyuducu ətraf mühitin temperaturu 16- 32 ° C arasında olan, nisbi rütubət 75% -dən çox
olmayan otaqlarda quraşdırılmaq üçün nəzərdə tutulmuşdur (Biryus 409-dan başqa, 16-
dan 32 dərəcəyə qədər).

Soyuducunun üfüqi olaraq tarazlaşdırmaq üçün tənzimləyici ayaqları burub bərkitmək və ya
açılması lazımdır.
Tarazlaşdırılma

Soyuducunu tarazlaşdırarkən istismar prosesində vibrasiyanın və səsin yaranmasının
qarşısını almaq üçün onun dayanıqlı vəziyyətində olduğuna əmin olmaq lazımdır.
DİQQƏT!

TÖVSİYƏ
EDİRİK

• Qapıların öz-özünə bağlanması üçün soyuducunu biraz arxaya əyərək (5-7mm) quraşdırmaq
tövsiyə olunur.
• Zərurət olduqda əks istiqamətdə açmaq üçün kameranın qapılarını yenidən asmaq mümkündür.
Qapının yerinin dəyişdirilməsi zəmanət öhdəliklərinə aid deyil və servis mərkəzinin mexaniki
(ayrıca ödəniş ilə) və ya «Qapının yerinin dəyişdirilməsi» fəslində verilmiş təlimatlara uyğun
olaraq istifadəçi tərəfindən müstəqil şəkildə həyata keçirilir.

38

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.