Инструкция Холодильник с морозильником Бирюса 420

Страница 41 (стр. 41 из 50)

Бренд: Холодильник

Страница 41 документа Холодильник с морозильником Бирюса 420. Раздел: Холодильники. Бренд: Холодильник.

Текст страницы

TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

Təhlükəsizlik
qaydaları
Soyuducudan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edin:
• Soyuducunu elektrik şəbəkəsinə qoşmazdan əvvəl rozetkanın saz vəziyyətdə olduğuna və
elektrik şnurunda və çəngəldə zədələnmələrin olmamasına əmin olun.
• Elektrik şnuru zədələnibsə, elektrik cərəyanı vurma riskinin qarşısını almaq üçün, o, istehsalçı
və ya onun agenti və ya oxşar təcrübəli şəxs tərəfindən dəyişdirilməlidir.
• Soyuducunun korpusuna cərəyan keçirən hissələrin qısaqapanmasının əlamətləri varsa
(metal hissələrə toxunduqda çimdiklənmə), soyuducunu elektrik şəbəkəsindən ayırın və problemi
aradan qaldırmaq üçün mexaniki çağırın.
• Soyuducuya və təbii torpaqlamaya malik qurğulara (qaz plitəsi, isitmə radiatorları, su kəməri
kranları) eyni vaxtda toxunmayın.
• Soyuducunu içəridən və xaricdən təmizləyərkən, soyuducunun altında döşəmələri yuyarkən və
nasazlıqların aradan qaldırılması zamanı onu elektrik şəbəkəsindən ayırın.
• Soyuducunun üfüqi vəziyyətdə daşınmasına yalnız qapı tərəfdən sağ tərəfindən icazə verilir.
Soyuducunun qablaşdırmasında qapının yan tərəfi göstərilib.

DİQQƏT!
• Bu soyuducu, fiziki, sinir və ya əqli qüsurlu və ya təcrübə və bilik çatışmazlığı olan
insanlar (uşaqlar da daxil olmaqla) tərəfindən istifadə üçün nəzərdə tutulmayıb, lakin bu
cür şəxslərin təhlükəsizliyinə məsul şəxs tərəfindən bu soyuducunun istifadəsinə nəzarət
edildiyi və ya təlimat verildiyi hallar istisnadır!
• Uşaqların soyuducu ilə oynamasının qarşısını almaq üçün onlara nəzarət edilməlidir!
• Soyuducu sistemin dövrəsinin zədələnməsinə yol verməyin!
• Soyuducu sistemin germetikliyi itirildikdə, otağı yaxşı havalandırın və açıq alovdan
istifadə etməyin!
• Soyuducunun korpusunda yerləşən ventilyasiya dəliklərinin qabağını bağlamayın!
• İstehsalçı tərəfindən tövsiyə olunanlardan başqa, buzun ərimə prosesini sürətləndirmək
üçün mexaniki cihazlardan və ya digər vasitələrdən istifadə etməyin!
• İstehsalçı tərəfindən tövsiyə olunan tipdə olmadıqda, qida saxlama bölmələrinin
içərisində elektrik cihazlarından istifadə etməyin!

AZƏRBAYCAN

Soyuducunun düzgün işləməsi və uzun müddət sizə xidmət etməsi üçün bir sıra məhdudiyyətlərə
əməl edilməlidir:

QADAĞANDIR!
• Soyuducudan yüksək rütubətlə xarakterizə olunan otaqlarda (tavan, divarlar və otaqdakı
əşyalar rütubətlə örtülmüşdür), həmçinin elektrik keçirici döşəməli otaqlarda istifadə
etmək! Soyuducu - ilk növbədə elektrik cihazıdır və onun yüksək rütubətdə istifadəsi qısa
qapanmaya və ya elektrik cərəyanı ilə vurmaya səbəb ola bilər!
• Soyuducunu elektrik şəbəkəsinə qoşmaq üçün keçid, ikilik, üçlük və uzatma
kabellərindən istifadə etmək, çünki onlar yanğına səbəb ola bilər!
• İşləmə zamanı soyuducunun kompressoruna toxunmaq, çünki iş zamanı o 90°C
temperatura qədər qızır!
• Soyuducunun üzərinə yanğına səbəb ola biləcək elektrik qızdırıcılarını quraşdırmaq!
• Mayenin soyuducunun elektrik sisteminə daxil olmasının qarşısını almaq üçün
soyuducunun üzərinə maye olan qablar qoymaq!
• Soyuducunun konstruksiyasına müstəqil şəkildə dəyişiklik etmək! Bu, soyuducunun
qırılmasına və ya düzgün işləməməsinə gətirib çıxara bilər! Soyuducunun elektrik
dövrəsinin pozulması qısaqapanmaya və bunun nəticəsində yanğına səbəb ola bilər!
• Soyuducunu taxta qutulara, stollara, stullara və s. quraşdırmaq.

KOMPLEKTASİYA

• Soyuducunuzun görünüşü və komplektasiyası 1-3-ci səhifələrdə A1 - A5 şəkillərində
göstərilmişdir.
• Komplektasiyaya bir sıra istismar sənədləri daxildir: təlimat kitabçası, zəmanət talonu, enerji
səmərəliliyi etiketi.

40

Оглавление

Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.
Бытовая техника / Техника для кухни / Холодильное оборудование / Холодильники

Aceline В37ВHR

32 стр.