Текст страницы
Təhlükəsizlik təlimatları
Elektrik kabelini metal əşyanın üzərindən asmayın, üstünə ağır əşya qoymayın, kabeli əşyaların
arasından keçirməyin və ya avadanlığın arxasına itələməyin.
• Bu, elektrik zərbəsi və ya yanğınla nəticələnə bilər.
Ştepseli elektrik mənbəyindən kabeli çəkməklə ayırmayın.
Azərbaycan dili
Azərbaycan dili
- Ştepseli əlinizlə tutaraq elektrik mənbəyindən ayırın.
- Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Avadanlıq elə yerləşdirilməlidir ki, ştepsel, su təchizatı kranları və çirkab boruları əlinizin asanlıqla
çatdığı yerdə olsun.
Məhsul səlahiyyəti olmayan xidmət təminatçısı, yaxud istifadəçinin özü tərəfindən təmir edildikdə
və ya qeyri-peşəkar qaydada təmir edildikdə Samsung bu təmir və texniki təlimatlara diqqətlə
əməl edilmədən göstərilən təmir cəhdinin səbəb olduğu hər hansı xəsarətə, məhsulun hər hansı
zədələnməsinə və ya məhsulun təhlükəsizliyi ilə bağlı hər hansı başqa məsələyə görə məsuliyyət
daşımır. Samsung-un təsdiq edilmiş xidmət təminatçılarından başqa hər hansı şəxs tərəfindən
göstərilən təmir cəhdi nəticəsində məhsula dəyən hər hansı zərər zəmanətlə əhatə olunmur.
Quraşdırılma zamanı ehtiyat tədbirləri
DİQQƏT
Avadanlığı elə yerləşdirin ki, ştepselə əliniz asanlıqla çatsın.
• Əks təqdirdə elektrik zərbəsi və ya elektrik sızması ilə əlaqədar olaraq yanğın meydana gələ bilər.
Avadanlığı ağırlığına tab gətirə biləcək möhkəm və düz yerdə quraşdırın.
• Əks halda avadanlıqda qeyri-xarakterik vibrasiyalar, hərəkətlər, səs və ya problemlər yarana bilər.
İstifadə barədə vacib xəbərdarlıq
XƏBƏRDARLIQ
Avadanlığı su basıbsa, dərhal su və enerji təchizatını dayandırın və ən yaxın servis mərkəzi ilə əlaqə
saxlayın.
- Ştepselə yaş əllə toxunmayın.
- Əks halda elektrik zərbəsi meydana gələ bilər.
Avadanlıqdan qəribə səs gəlirsə, yanıq qoxusu və ya tüstü varsa, dərhal ştepseli elektrik mənbəyindən
ayırın və ən yaxşı servis mərkəzi ilə əlaqə saxlayın.
• Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Qaz sızması halında (məsələn, propan, təbii qaz kondensatı və s.) ştepselə toxunmayın və dərhal məkanı
havalandırın. Avadanlığa və ya ştepselə toxunmayın.
- Ventilyatordan istifadə etməyin.
- Qığılcım partlayış və ya yanğınla nəticələnə bilər.
Azərbaycan dili
8
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 8
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 8
2024/1/22 13:42:05
2024/1/22 13:42:05