Текст страницы
Atmazdan əvvəl paltaryuyan maşının qapısındakı rıçaqı çıxarın.
• Avadanlığın içində qapalı qalan uşaq boğulub ölə bilər.
İsifadədən əvvəl paltaryuyan maşının altına bərkidilmiş qablaşdırma materiallarını (süngər, penoplast)
kənarlaşdırdığınızdan əmin olun.
Azərbaycan dili
Benzin, kerosin, benzol, boya durulaşdırıcı, spirt və başqa partlayıcı maddələrlə çirklənmiş əşyaları
yumayın.
• Bu, elektrik zərbəsi, yanğın və ya partlayışla nəticələnə bilər.
İstismar edilən zaman (yüksək temperaturla yuyulma/qurutma/fırlanma) paltaryuyan maşının qapısını
güclə açmayın.
• Paltaryuyan maşından axan su yanma ilə nəticələnə və ya yerin sürüşkən olmasına səbəb ola bilər.
Bu, xəsarətlə nəticələnə bilər.
• Qapını güclə açmaq avadanlığın zədələnməsi və ya xəsarətlə nəticələnə bilər.
Ştepselə yaş əllə toxunmayın.
• Bu, elektrik zərbəsi ilə nəticələnə bilər.
Maşın istismar edilən zaman, onu elektrik kabelini elektrik mənbəyindən ayırmaqla söndürməyin.
• Elektrik kabelini yenidən elektrik yuvasına qoşmaq qığılcıma səbəb ola, nəticədə elektrik zərbəsi və
ya yanğın meydana gələ bilər.
Uşaqların avadanlığın üstünə və içinə dırmanmağına icazə verməyin.
• Bu, elektrik zərbəsi, yanma və ya xəsarətlə nəticələnə bilər.
Paltaryuyan maşın istismar edilən zaman əlinizi və ya metal bir predmeti maşının altına salmayın.
• Bu, xəsarətlə nəticələnə bilər.
Avadanlığı elektrik mənbəyindən elektrik kabelini çəkməklə ayırmayın. Hər zaman ştepseli möhkəm
tutun və birbaşa elektrik yuvasından çəkin.
• Elektrik şəbəkəsinin zədələnməsi qısaqapanma, yanğın və/və ya elektrik zərbəsinə səbəb ola bilər.
Avadanlığı özünüz təmir etməyə, sökməyə və ya dəyişdirməyə çalışmayın.
• Standart qoruyucu xaricində qoruyucudan (məsələn, mis, dəmir məftil və s.) istifadə etməyin.
• Avadanlığı təmir etməyə və ya yenidən quraşdırmağa ehtiyac olduqda ən yaxın servis mərkəzi ilə
əlaqə saxlayın.
• Əks halda elektrik zərbəsi, yanğın, avadanlıqda problemlər və ya xəsarət meydana gələ bilər.
Su kranına bərkidilən su təchizatı şlanqı boşalarsa və avadanlığı su basarsa, elektrik kabelini elektrik
mənbəyindən ayırın.
• Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Avadanlıq uzun müddət istifadə edilmədikdə və ya ildırım, yaxud tufan zamanı elektrik kabelini elektrik
mənbəyindən ayırın.
• Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
9
Azərbaycan dili
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 9
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 9
2024/1/22 13:42:05
2024/1/22 13:42:05