Текст страницы
Təhlükəsizlik təlimatları
Paltaryuyan maşına camaşır xaricimdə hər hansı predmet (məsələn, ayaqqabı, qida tullantısı, heyvan)
yerləşdirməyin.
• Güclü vibrasiya paltaryuyan maşının zədələnməsinə, yaxud ev heyvanının xəsarət almasına,
ölməsinə səbəb ola bilər.
Azərbaycan dili
Azərbaycan dili
Cihazın düyməsini sancaq, çəngəl, mismar və s. Kimi kəsici vasitələrlə basmaq olmaz.
• Bu, elektrik zərbəsinə və ya xəsarətə səbəb ola bilər.
Kosmetika mağazalarında və ya masaj salonlarında rast gəlinən yağ, krem və ya losyonlarla çirklənmiş
camaşırları yumayın.
• Bu, rezin kipləşdiricinin deformasiyaya uğramasına səbəb ola, su sızıntısı ilə nəticələnə bilər.
Sancaq, saç sancağı kimi metal əşyaları və ya ağardıcı maddələri uzun müddət barabanda saxlamayın.
• Bu, barabanın paslanmasına səbəb ola bilər.
• Barabanın səthində pas yaranmağa başlayırsa, səthə (neytral) təmizləyici maddə tətbiq edin və
süngərlə təmizləyin. Heç vaxt metal fırçadan istifadə etməyin.
Kimyəvi təmizləmə yuyucu vasitəsindən birbaşa istifadə etməyin və kimyəvi təmizləmə yuyucu vasitəsi
ilə çirklənmiş camaşırı yumayın, yaxalamayın və ya sıxmayın.
• Yağın oksidləşməsi nəticəsində öz-özünə yanma və ya alovlanma meydana gələ bilər.
Su qızdırıcı/isidici cihazların suyundan istifadə etməyin.
• Bu, paltaryuyan maşında problemlərin yaranması ilə nəticələnə bilər.
Paltaryuyan maşında təbii əl sabunundan istifadə etməyin.
• Sabun sərtləşib paltaryuyan maşında toplanarsa, avadanlıqda problemlər, rəngdə dəyişmə,
paslanma və ya pis qoxu meydana gələ bilər.
Corabları və büstqalterləri yuma torbasına yerləşdirin və başqa camaşırlarla birlikdə yuyun.
Yataq ləvazimatları kimi iri camaşırları yuma torbasında yumayın.
• Əks halda anormal vibrasiya səbəbindən xəsarət meydana gələ bilər.
Sərtləşmiş yuyucu vasitədən istifadə etməyin.
• Vasitə paltaryuyan maşının içində toplanarsa, su sızıntısı yarana bilər.
Yuyulacaq geyim əşyalarının ciblərinin boş olduğunu dəqiqləşdirin.
• Qəpik, sancaq, mismar və ya daş kimi sərt, iti əşyalar avadanlıqda ciddi zədələnmə yarada bilər.
İri qayışları, düymələri və ya başqa ağır əşyaları olan geyimləri yumayın.
Camaşırları rənginə, rənginin davamlılığına görə çeşidləyin, tövsiyə edilən dövrəni, su temperaturunu
və əlavə funksiyaları seçin.
• Bu, rəngin solması və ya parçanın zədələnməsi ilə nəticələnə bilər.
Qapayan zaman uşaqların barmaqlarının qapının arasında qalmaması üçün ehtiyatlı olun.
• Əks halda xəsarət meydana gələ bilər.
Qoxu və kifin qarşısını almaq üçün barabanın qurumasına imkan yaratmaq üçün yuyulma dövrəsindən
sonra qapını açıq saxlayın.
Ərpin toplanmasının qarşısını almaq üçün yuyulma dövrəsindən sonra yuyucu vasitə konteynerini açıq
saxlayın və içini qurudun.
Azərbaycan dili
12
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 12
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 12
2024/1/22 13:42:05
2024/1/22 13:42:05