Текст страницы
Avadanlığın üstünə çıxmayın və ya başqa əşyalar (camaşır, yandırılmış şam, yandırılmış siqaret, kimyəvi
maddə, metal əşya və s.) qoymayın.
• Bu, elektrik zərbəsi, yanğın, avadanlıqda problemlər və ya xəsarətlə nəticələnə bilər.
Avadanlığın səthinə həşəratlara qarşı vasitə kimi uçucu maddələr çiləməyin.
Azərbaycan dili
• Bu, insanların sağlamlığı üçün zərərli olmaqla yanaşı, elektrik zərbəsi, yanğın və ya avadanlıqda
problemlərin yaranması ilə nəticələnə bilər.
Elektromaqnit sahəsi yaradan əşyaları paltaryuyan maşının yanında yerləşdirməyin.
• Bu maşının nasaz işləməsi səbəbindən xəsarətə gətirib çıxara bilər.
Yüksək temperaturla yuyulma və ya qurutma dövrəsində boşladılan su qaynardır. Suya toxunmayın.
• Bu, yanma və ya xəsarətlə nəticələnə bilər.
Suyun boşaldılma müddəti suyun temperaturundan asılıdır. Su temperaturu həddən artıq yüksək
olduqda, suyun boşaldılması prosesi su soyuduqdan sonra başlayır.
Avadanlıqda xüsusi dövrə yoxdursa, suyadavamlı oturacaq örtüyü, ayaqaltı və ya geyimləri (*) yumayın,
sıxmayın və ya qurutmayın.
(*): Yun yataq ləvazimatları, yağmurluqlar, balıqçı gödəkcələri, xizək sürmək üçün şalvarlar, yataq
torbaları, uşaq bezləri üçün örtüklər, idman kostyumları, velosiped, motosiklet və avtomobil örtükləri
və s.
• Etiketlərində paltaryuyan nişanı olsa da, qalın və ya cod ayaqaltıları paltaryuyan maşında yumayın.
Anormal vibrasiya səbəbindən bu, xəsarət, paltaryuyan maşının, divarların, döşəmə və ya paltarların
zədələnməsi ilə nəticələnə bilər.
• Rezin tərkibli kiçik xalıları və ya ayaqaltıları yumayın. Rezin hissə çıxa, barabanın içinə yapışa, bu isə
suboşaltma probleminin yaranması kimi nasazlıqlara səbəb ola bilər.
Yuyucu vasitə konteyneri kənarlaşdrıldıqda, paltaryuyan maşını işlətməyin.
• Su sızıntısı səbəbindən bu, elektrik zərbəsi və ya xəsarətlə nəticələnə bilər.
Qurutma zamanı və ya qurudulmadan dərhal sonra barabanın daxili səthinə toxunmayın.
• Bu, yanma ilə nəticələnə bilər.
Yuma və qurutma zamanı qapının şüşəsi isinir. Ona görə də qapı şüşəsinə toxunmayın.
Həmçinin uşaqların paltaryuyan maşının ətrafında oynamalarına və ya qapının şüşəsinə toxunmalarına
icazə verməyin.
• Bu, yanma ilə nəticələnə bilər.
Əlinizi yuyucu vasitə konteynerinə salmayın.
• Əlinizin yuyucu vasitə yükləyici qurğuya ilişməsi nəticəsində xəsarət meydana gələ bilər.
Toz yuyucu vasitədən istifadə edən zaman maye yuyucu vasitə dozatorunu (yalnız müvafiq modellərdə)
çıxarın.
• Əks halda yuyucu vasitə konteynerindən su sıza bilər.
11
Azərbaycan dili
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 11
DC68-04472G-01_IB_SU-PJT_WASHER-MD_LED_AZ.indd 11
2024/1/22 13:42:05
2024/1/22 13:42:05