Текст страницы
Elektrik kabelini yerli elektrik enerjisi xüsusiyyətlərinə uyğun gələn divar şəbəkə girişinə möhkəm
şəkildə taxın. Elektrik yuvasından yalnız bu avadanlıq üçün istifadə edin və uzadıcı kabeldən istifadə
etməyin.
Azərbaycan dili
• Yuva bloku və ya kabelin uzadılması vasitəsilə başqa avadanlıqların qoşulması üçün eyni elektrik
yuvasından istifadə etmək elektrik zərbəsi və ya yanğınla nəticələnə bilər.
• Elektrik gərginliyi, tezlik və cərəyanın məhsulun xüsusiyyətlərində göstərilənlərlə eyni olmasını
təmin edin. Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Müntəzəm olaraq ştepsel çəngəlini və kontakt nöqtələrini quru parça ilə təmizləyərək toz və ya su kimi
yad maddələri kənarlaşdırın.
- Ştepseli elektrik mənbəyindən ayırın və quru parça ilə təmizləyin.
- Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Ştepseli elektrik yuvasına kabelin səmti döşəməyə doğru olmaqla daxil edin.
• Ştepseli elektrik yuvasına əks-istiqamətdə daxil etsəniz, kabelin daxilindəki elektrik məftillər
zədələnə, nəticədə elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Təhlükəli ola biləcəyinə görə bütün qablaşdırma materiallarını uşaqların əlinin çatmayacağı yerlərdə
saxlayın.
• Torbanı başına keçirən uşaq boğula bilər.
Avadanlıq, elektrik kabeli və ya ştepsel zədələnərsə, sizə ən yaxın servis mərkəzi ilə əlaqə saxlayın.
Bu avadanlıq düzgün şəkildə torpaqlanmalıdır.
Avadanlığın torpaqlanmasını qaz borusu, plastik su borusu və ya telefon xətti üzərində həyata
keçirməyin.
• Bu, elektrik zərbəsi, yanğın, partlayış və ya avadanlıqda problemlərin yaranması ilə nəticələnə bilər.
• Heç vaxt ştepseli düzgün torpaqlanmamış elektrik yuvasına daxil etməyin və yerli və milli normalara
əməl edildiyindən əmin olun.
Avadanlığı heç vaxt qızdırıcının və ya tezalışan materialların yanında quraşdırmayın.
Avadanlığı rütubətli, yağlı və ya tozlu yerlərdə və ya birbaşa gün şüasına, yaxud suyun təsirinə (yağış
damlaları) məruz qalan yerlərdə quraşdırmayın.
Avadanlığı aşağı temperaturlu yerlərdə quraşdırmayın.
• Şaxta boruların partlamasına səbəb ola bilər.
Avadanlığı qaz sızıntısının meydana gələ biləcəyi yerlərdə quraşdırmayın.
• Bu, elektrik zərbəsi və ya yanğınla nəticələnə bilər.
Elektrik transformatorundan istifadə etməyin.
• Bu, elektrik zərbəsi və ya yanğınla nəticələnə bilər.
Zədələnmiş ştepsel, elektrik kabel və ya boşalmış elektrik yuvasından istifadə etməyin.
• Bu, elektrik zərbəsi və ya yanğınla nəticələnə bilər.
Elektrik kabelini çəkməyin və ya həddən artıq əyməyin.
Elektrik kabelini burmayın və ya düyünləməyin.
Azərbaycan dili
7
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 7
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 7
2024/1/22 19:27:19
2024/1/22 19:27:19