Текст страницы
Benzin, kerosin, benzol, boya durulaşdırıcı, spirt və başqa partlayıcı maddələrlə çirklənmiş əşyaları yumayın.
•
Bu, elektrik zərbəsi, yanğın və ya partlayışla nəticələnə bilər.
İstismar edilən zaman (yüksək temperaturla yuyulma/qurutma/fırlanma) paltaryuyan maşının qapısını güclə
açmayın.
Azərbaycan dili
•
Paltaryuyan maşından axan su yanma ilə nəticələnə və ya yerin sürüşkən olmasına səbəb ola bilər. Bu, xəsarətlə
nəticələnə bilər.
•
Qapını güclə açmaq avadanlığın zədələnməsi və ya xəsarətlə nəticələnə bilər.
Ştepselə yaş əllə toxunmayın.
•
Bu, elektrik zərbəsi ilə nəticələnə bilər.
Maşın istismar edilən zaman, onu elektrik kabelini elektrik mənbəyindən ayırmaqla söndürməyin.
•
Elektrik kabelini yenidən elektrik yuvasına qoşmaq qığılcıma səbəb ola, nəticədə elektrik zərbəsi və ya yanğın
meydana gələ bilər.
Uşaqların avadanlığın üstünə və içinə dırmanmağına icazə verməyin.
•
Bu, elektrik zərbəsi, yanma və ya xəsarətlə nəticələnə bilər.
Paltaryuyan maşın istismar edilən zaman əlinizi və ya metal bir predmeti maşının altına salmayın.
•
Bu, xəsarətlə nəticələnə bilər.
Avadanlığı elektrik mənbəyindən elektrik kabelini çəkməklə ayırmayın. Hər zaman ştepseli möhkəm tutun və
birbaşa elektrik yuvasından çəkin.
•
Elektrik şəbəkəsinin zədələnməsi qısaqapanma, yanğın və/və ya elektrik zərbəsinə səbəb ola bilər.
Avadanlığı özünüz təmir etməyə, sökməyə və ya dəyişdirməyə çalışmayın.
•
Standart qoruyucu xaricində qoruyucudan (məsələn, mis, dəmir məftil və s.) istifadə etməyin.
•
Avadanlığı təmir etməyə və ya yenidən quraşdırmağa ehtiyac olduqda ən yaxın servis mərkəzi ilə əlaqə saxlayın.
•
Əks halda elektrik zərbəsi, yanğın, avadanlıqda problemlər və ya xəsarət meydana gələ bilər.
Su kranına bərkidilən su təchizatı şlanqı boşalarsa və avadanlığı su basarsa, elektrik kabelini elektrik mənbəyindən
ayırın.
•
Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Avadanlıq uzun müddət istifadə edilmədikdə və ya ildırım, yaxud tufan zamanı elektrik kabelini elektrik
mənbəyindən ayırın.
•
Əks halda elektrik zərbəsi və ya yanğın meydana gələ bilər.
Avadanlığın içinə hər hansı yad cisim daxil olarsa, elektrik kabeli elektrik mənbəyindən ayırın və Samsung Müştəri
xidmətləri ilə əlaqə saxlayın.
•
Bu, elektrik zərbəsi və ya yanğınla nəticələnə bilər.
Uşaqların (və ya ev heyvanlarının) paltaryuyan maşının içində və ya üstündə oynamalarına imkan verməyin.
Paltaryuyan maşının qapısı içəridən asanlıqla açılmır və içəridə qalan uşaq ciddi xəsarət ala bilər.
Azərbaycan dili
9
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 9
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 9
2024/1/22 19:27:19
2024/1/22 19:27:19