Текст страницы
Camaşıryuma təlimatları
ADDIM 1 Çeşidləmə
Azərbaycan dili
Camaşırları bu meyarlar əsasında çeşidləyin:
• Parçaya qulluq etiketi: Camaşırları pambıq, qarışıq lif, sintetika, ipək, yun və viskoz materiallara görə
ayırın.
• rəng: Ağ camaşırları rənglilərdən ayırın.
• Ölçü: Barabanda müxtəlifölçülü əşyaların qarışıq yerləşdirilməsi yuyulma effektivliyini artırır.
• Həssaslıq: Xalis, yeni yun məmulatlar, pərdə və ipək materialları kimi zərif parçaları ayrıca yuyun.
Camaşırların üzərindəki etiketləri nəzərdən keçirin.
QEYD
Yumağa başlamazdan əvvəl geyim əşyalarının üzərindəki parçaya qulluq etiketilərini nəzərdən keçirin.
ADDIM 2 Cibləri boşaldın
Camaşırların ciblərini boşaldın
• Geyimlərdəki qəpik, sancaq və qayış kimi metal əşyalar başqa camaşırları, eləcə də barabanları
zədələyə bilər.
Düyməli və naxışlı geyimləri tərs üzünə çevirin
• Yuyulma zamanı şalvar və ya gödəkcələrin zəncirbəndləri açıq olarsa, baraban zədələnə bilər.
Zəncirbəndlər bağlanmalı və qaytan vasitəsilə bərkidilməlidir.
• Uzun qaytanlar başqa paltarlara dolana bilər. Yumağa başlamazdan əvvəl qaytanları düyünləməyi
unutmayın.
ADDIM 3 Camaşır torbasından istifadə edin
• Büstqalterlər (maşında yuyula bilən) mütləq camaşır torbasına qoyulmalıdır. Büstqalterlərin metal
hissələri yerindən çıxa və başqa camaşırları cıra bilər.
• Corab, əlcək, uzunboğaz corab və əl dəsmalı kimi kiçik, yüngül camaşırları qapının arasına ilişə bilər.
Onları nazik materialdan hazırlanan torbalara yerləşdirin.
• Camaşır torbalarını başqa camaşır olmadan təklikdə yumayın. Bu, paltaryuyan maşını hərəkət etdirə
biləcək anormal vibrasiyalara səbəb ola və xəsarətlə nəticələnə bilər.
ADDIM 4 İlkin yuyulma (zəruri olduqda)
Camaşır çox çirklidirsə, seçilmiş dövrədə İkin yuyulma seçimini edin. Yuyucu vasitə barabana əl ilə əlavə
edildikdə, İlkin yuyulma funksiyasından istifadə etməyin.
Azərbaycan dili
29
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 29
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 29
2024/1/22 19:27:25
2024/1/22 19:27:25