Текст страницы
İstifadəyə hazırlıq
ADDIM 5 Camaşır tutumunu müəyyən edin
Paltaryuyan maşını həddən artıq yükləməyin. Həddən artıq yükləmək maşının camaşırları yaxşı
yumamasına səbəb ola bilər. Camaşır növünə əsasən yük tutumunu öyrənmək üçün bax: səh. 38.
QEYD
Azərbaycan dili
Yataq ləvazimatları və ya yataq örtükləri yuyulan zaman yuyulma müddəti uzana və ya sıxma effektivliyi
azala bilər. Yataq ləvazimatları və ya yataq örtüklərini maksimum dəqiqədə 800 dövrə sıxma sürəti ilə
yumaq tövsiyə edilir, camaşırın çəkisi 2.0 kq və ya daha az olmalıdır.
DİQQƏT
- Qeyri-bərabər camaşır yükü sıxılma effektivliyini azalda bilər.
- Camaşırların barabana tam daxil edildiyini və qapının arasında qalmadığını dəqiqləşdirin.
- Qapını çırpmayın. Qapını ehtiyatla örtün. Əks halda örtülməyə bilər.
ADDIM 6 Düzgün yuyucu vasitə növündən istifadə edin
Yuyucu vasitənin növü parçanın növü (pambıq, sintetika, zərif parça, yun), rəngi, yuyulma temperaturu
və çirklənmə dərəcəsindən asılıdır. Avtomatik paltaryuyan maşınlar üçün nəzərdə tutulan yuyucu
vasitədən istifadə etdiyinizdən əmin olun.
QEYD
• Camaşırın çəkisi, çirklənmə dərəcəsi, ərazinizdəki suyun sərtliyi əsasında yuyucu vasitə
istehsalçısının tövsiyələrinə əməl edin. Suyun sərtliyi haqqında dəqiq məlumatınız yoxdursa, yerli su
təsərrüfatı idarəsi ilə əlaqə saxlayın.
• Sərtləşməyə və ya qatılaşmağa meylli yuyucu vasitədən istifadə etməyin. Belə yuyucu vasitə
yaxalama dövrəsindən sonra maşında qala, su çıxışını qapaya bilər.
DİQQƏT
Yun məmulatları yuyan zaman yun üçün nəzərdə tutulan yuyucu vasitədən istifadə edin. Yun
dövrəsindən istifadə edildikdə, toz yuyucu vasitə camaşırda qala və camaşırın rəngini soldura bilər.
Azərbaycan dili
30
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 30
SU-PJT_WASHER-MD_SimpleUX_DC68-04474A-01_AZ.indd 30
2024/1/22 19:27:25
2024/1/22 19:27:25