Текст страницы
Təhlükəsizlik haqqında məlumat
23. Bu cihaz yalnız məişətdə istifadə üçün nəzərdə tutulmuşdur və
aşağıdakı hallarda istifadə edilməməlidir:
–
mağaza, ofis və digər iş mühitlərində heyət üçün nəzərdə
tutulmuş mətbəxlərdə;
–
təsərrüfat evləri;
–
müştərilər tərəfindən istifadə olunan otel, motel və digər
yaşayış tipli yerlərdə;
–
yataq və səhər yeməyi tipli yerlərdə;
–
çoxmənzilli bloklarda kommunal istifadə üçün olan yerlərdə və
ya camaşırxanalarda.
Ciddi quraşdırma xəbərdarlıqları
DİQQƏTLİ OLUN
Cihazın quraşdırılması ixtisaslı texnik və ya xidmət göstərən şirkət tərəfindən həyata keçirilməlidir.
• Əks halda, cərəyan vurması, yanğın, partlayış, cihaz ilə bağlı problemlər baş verə bilər və
xəsarətlənməyə səbəb ola bilər.
Cihaz ağırdır, qaldırarkən ehtiyatlı olun.
Elektrik kabelini yerli elektrik enerjisi xüsusiyyətlərinə uyğun gələn divar şəbəkə girişinə möhkəm
şəkildə taxın. Bu girişi yalnız cihaz üçün istifadə edin, ona əlavə naqil taxmayın.
• Elektrik blokundan istifadə edərək digər cihazları da elektrik mənbəyinə qoşmaq və ya elektrik
kabelini uzatmaq cərəyan vurması və ya yanğınla nəticələnə bilər.
• Enerji gərginliyi, tezlik və cərəyanın məhsul xüsusiyyətlərində göstərilən elementlər ilə eyni
olduğundan əmin olun. Əks halda, cərəyan vurması və ya yanğın baş verə bilər.
Gündəlik olaraq elektrik blokunu və qoşulma yerlərini quru əski ilə toz və ya su kimi yad cisimlərdən
təmizləyin.
- Elektrik blokunu cərəyandan ayırın və quru əski ilə təmizləyin.
- Əks halda, cərəyan vurması və ya yanğın baş verə bilər.
Elektrik blokunu elektrik mənbəyinə qoşun, naqil döşəmə istiqamətində olmalıdır.
• Elektrik blokunu əks istiqamətdə elektrik mənbəyinə daxil etsəniz, kabelin elektrik naqilləri
zədələnə bilər, bununla da cərəyan vurması və ya yanğın baş verə bilər.
Qablaşdırma materialları uşaqlar üçün təhlükəli hesab olunduğu üçün əlçatmayan yerdə saxlayın.
• Uşağın bağlamanı başına keçirməsi boğulma ilə nəticələnə bilər.
Cihaz, elektrik kabeli və ya elektrik bloku zədələnərsə, ən yaxın servis mərkəzi ilə əlaqə saxlayın.
Azərbaycan dili
8
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 8
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 8
2025/2/19 16:13:13
2025/2/19 16:13:13