Инструкция стирально-сушильная машина Samsung WD90DG5G34BELP

Təhlükəsizlik haqqında məlumat (стр. 146 из 200)

Бренд: Samsung

Страница 146 документа Стирально-сушильная машина Samsung WD90DG5G34BELP. Раздел: Стиральные машины. Бренд: Samsung.

Текст страницы

Təhlükəsizlik haqqında məlumat

Quraşdırma xəbərdarlıqları

EHTİYATLI OLUN

Cihaz elektrik blokuna yaxın yerləşdirilməlidir.

• Əks halda, elektrik sızıntısı yarana, bu isə cərəyan vurmasına və ya yanğına səbəb ola bilər.

Avadanlığı onun ağırlığını daşıya biləcək möhkəm, döşəmə səviyyəsində olan yerdə yerləşdirin.

• Əks halda, qəribə vibrasiyalar, yerdəyişmə, səs-küy və cihaz ilə bağlı digər problemlər yarana bilər.

Ciddi istifadə xəbərdarlıqları

DİQQƏTLİ OLUN

Cihazdan su daşdığı zaman dərhal suyu və enerji mənbələrini bağlayın və ən yaxın servis mərkəzi ilə
əlaqə saxlayın.

  • Elektrik blokuna yaş əllə toxunmayın.
  • Əks halda, cərəyan vurması baş verə bilər.

Cihazdan qəribə səs, yanıq, qoxu və ya tüstü gələrsə, dərhal elektrik kabelini şəbəkədən ayırın və ən
yaxın servis mərkəzinə müraciət edin.

• Əks halda, cərəyan vurması və ya yanğın baş verə bilər.

Qaz sızıntısı (propan qazı, maye qaz və s.) zamanı elektrik blokuna toxunmadan otağı havalandırın.
Cihaza və ya elektrik naqilinə toxunmayın.

  • Havalandırma ventilyatorundan istifadə etməyin.
  • Qığılcım partlayış və ya yanğına səbəb ola bilər.

Cihazı utilizasiya etmədən əvvəl onun qapı qolunu çıxarın.

• Uşaqlar cihazın içərisində qalsalar, boğulub ölə bilərlər.

İstifadə etməzdən öncə paltaryuyan maşının aşağısına əlavə edilmiş qablaşdırmanı (süngər, penoplast)
çıxarın.

Qaz, kerosin, benzol, rəngli həlledici, alkoqol və ya digər tezalışan, yaxud partlayıcı maddələrə bulaşan
əşyaları yumayın.

• Bu, cərəyan vurması, yanğın və ya partlayışa səbəb ola bilər.

Paltaryuyan maşın işləyərkən qapını açmayın (yüksək temperaturda yumaq/qurutmaq/sıxmaq).

• Paltaryuyan maşından axan su yanıqlara səbəb ola və ya döşəmənin sürüşkən olması ilə nəticələnə
bilər. Bu isə xəsarətə səbəb ola bilər.
• Qapını güclə açmağa çalışmaqla cihaza ziyan verə və ya xəsarət ala bilərsiniz.

Elektrik blokuna yaş əllə toxunmayın.

• Bu, cərəyan vurması ilə nəticələnə bilər.

Cihaz işləyərkən elektrik kabelini cərəyandan ayıraraq onu söndürməyin.

• Elektrik kabelini yenidən elektrik mənbəyinə qoşsanız, qığılcım yarana bilər və nəticədə, cərəyan
vurması və ya yanğın baş verə bilər.

Azərbaycan dili
10

DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 10
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 10
2025/2/19 16:13:13
2025/2/19 16:13:13

Оглавление

Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

AEG LTR6G261E

36 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Aceline WF-6A1H

44 стр.
Бытовая техника / Техника для дома / Стирка и сушка / Стиральные машины

Beko B3WFR572WB

68 стр.