Текст страницы
Döşəmə
Divardakı oyuğa və ya kabinə quraşdırma
Paltaryuyan maşının sabit qaydada işləməsi
üçün minimum məsafə:
Yan Tərəflər
25 mm
Yuxarı
25 mm
Arxa
50 mm
Ön tərəf
550 mm
Maksimum performans üçün paltaryuyan
maşın möhkəm döşəmə üzərində
yerləşdirilməlidir. Avadanlığın vibrasiyasını və/
ya onun içindəki balanslaşdırılmamış ağırlığı
minimuma endirmək üçün taxta döşəmələrin
möhkəmləndirilməsinə ehtiyac ola bilər.
Paltaryuyan maşın xalçanın üzərində və ya
yumşaq kafellə döşənmiş səthin üzərində
yerləşdirilərsə, vibrasiyanın qarşısını almaq
mümkün olmayacaq və qurutma prosesi zamanı
avadanlığın yerdəyişməsi ilə nəticələnəcək.
EHTİYATLI OLUN
Həm paltaryuyan maşın, həm də quruducu eyni
yerdə quraşdırılarsa, havanın maneəsiz qəbulu
üçün quraşdırılma sahəsi və ya şkafın qarşısında
ən azı 550 mm boş yer qalmalıdır. Paltaryuyan
maşın təkcə quraşdırıldıqda hava axınına ehtiyac
yoxdur.
Paltaryuyan maşını platforma və ya yaxşı
bərkidilməmiş konstruksiyanın üzərində
quraşdırmaq OLMAZ.
Suyun temperaturu
Paltaryuyan maşın, adətən, su klapanında,
nasos və/ya şlanqlarda azacıq su saxladığına
görə onu suyun donma ehtimalı olan yerlərdə
quraşdırmaq olmaz. Belə ki, su dona bilər və
nəticədə, birləşmə hissələrindəki donmuş su
qalıqları avadanlığın kəmərlərini, nasosunu və
digər hissələrini zədələyə bilər.
Mərhələlər üzrə quraşdırma
QEYD
Paltaryuyan maşını qablaşdırmadan çıxaran zaman
onu qoruyucu penoplastdan tutaraq qaldırın.
Paltaryuyan maşının altından baraban dəstəyini
çıxarın.
Azərbaycan dili
19
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 19
DC68-04525B-00_IB_SU-PJT_COMBO-MD_AZ.indd 19
2025/2/19 16:13:14
2025/2/19 16:13:14